Araşdırma - Ekomuhit.org - Təbiət üçün bir addım.

Prezidentin şiddətli töhmət verdiyi sədr 675 min manatı görün nəyə xərcləyib
Azərbaycanın turizm potensialı 2026-cı ildə Yaxın Şərqdə təbliğ olunacaq

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi 2026-cı il üçün Yaxın Şərq ölkələrində təbliğat xidmətlərinin satın alınması məqsədilə “VATA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 674.900 AZN məbləğində müqavilə bağlayıb.

ekomuhit.org xəbər verir ki, razılaşmaya əsasən, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində silsilə “roadshow” xarakterli B2B tədbirlər, həmçinin Küveyt, Oman, Bəhreyn və Qətərdə işgüzar görüşlər təşkil edilir.

Satınalma çərçivəsində nəzərdə tutulan bütün işlər müvafiq iş həcminə və texniki tapşırığın tələblərinə uyğun olaraq icra ediləcək.

Qeyd edək ki, ötən il martın 4-də Prezident İlham Əliyev tərəfindən ona işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət verilib.//32gun.az

İşsizlik aliment öhdəliyindən azad edir, yoxsa? - MÜHÜM NÜANSLAR
Azərbaycanda boşanma hallarında ən çox müzakirə olunan məsələlərdən biri də uşağın saxlanılması və aliment öhdəliyidir. Xüsusilə, valideynlərdən birinin işsiz qalması bu məsələ ətrafında müxtəlif suallar yaradır və cəmiyyətdə fərqli yanaşmalar formalaşdırır.

Bəs işsiz olmaq aliment ödəməkdən azad edirmi?

ekomuhit.org bildirri ki, mövzu ilə bağlı açıqlama verən hüquqşünas Mehman Muradlı bildirib ki, valideynin işləyib-işləməməsindən asılı olmayaraq, onun uşağa baxmaq məsuliyyəti qalır.

“Əgər valideyn övladının saxlanılmasında iştirak etmirsə və uşaq digər valideynin yanında yaşayırsa, həmin şəxs məhkəməyə müraciət edərək aliment tələbi qaldıra bilər. Məhkəmə belə hallarda uşağın maraqlarını əsas götürərək alimentin tutulması barədə qərar qəbul edir. Bu zaman valideynin işsiz olması onun aliment ödəməkdən yayınması üçün hüquqi əsas sayılmır”.

Ekspert qeyd edib ki, aliment öhdəliyi valideynlik borcundan irəli gəlir və bu məsuliyyət valideynin sosial vəziyyətindən asılı olmayaraq qüvvədə qalır. Bu baxımdan, işsiz şəxslər də qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş qaydada aliment ödəməlidirlər.