Cəmiyyət - Ekomuhit.org - Təbiət üçün bir addım.

Yasamal Rayon Prokurorluğunda “Açıq qapı” günü və əmək hüquqlarına dair seminar təşkil olunub
İyunun 5-də Yasamal Rayon Prokurorluğunun inzibati binasında media nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və ictimai fəalların iştirakı ilə “Açıq qapı” günü və “Əmək hüquqlarının müdafiəsində prokurorluğun, medianın və vətəndaş cəmiyyətinin rolu” mövzusunda seminar keçirilib.

Ekomuhit.org xəbər verir ki, tədbirlərin keçirilməsində əsas məqsəd prokurorluq orqanlarının fəaliyyəti barədə ictimaiyyətin məlumatlılığının artırılması, şəffaflığın təmin olunması, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın genişləndirilməsi, eləcə də hüquqi maarifləndirmə işinin gücləndirilməsi olub.

“Açıq qapı” günü çərçivəsində iştirakçılar Yasamal Rayon Prokurorluğunun inzibati binası ilə tanış olub, əməkdaşların iş şəraiti və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat əldə ediblər. Həmçinin “Elektron prokurorluq” informasiya sisteminin imkanları və müasir kriminalistik avadanlıqların istintaq prosesində tətbiqi barədə əyani təqdimatlar nümayiş etdirilib.

Tədbirdə çıxış edən Yasamal rayon prokuroru Elman Süleymanov bildirib ki, belə görüşlər dövlət qurumları ilə ictimaiyyət arasında açıq dialoqun inkişafına, hüquqi biliklərin artırılmasına və prokurorluq orqanlarına ictimai etimadın möhkəmlənməsinə xidmət edir. O, həmçinin rayon prokurorluğunun fəaliyyət istiqamətləri, cinayətkarlığa qarşı mübarizə və vətəndaş müraciətlərinə baxılması mexanizmləri barədə məlumat verib.

Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov çıxışında prokurorluq orqanlarında aparılan rəqəmsal transformasiya, “Elektron prokurorluq” sisteminin imkanları və ictimaiyyətlə kommunikasiyanın təkmilləşdirilməsi istiqamətində görülən işlərdən bəhs edib. O, şəffaflıq və vətəndaşyönümlülüyün əsas prioritetlərdən biri olduğunu qeyd edib.

Daha sonra keçirilən seminar çərçivəsində “Əmək hüquqlarının müdafiəsində prokurorluğun, medianın və vətəndaş cəmiyyətinin rolu” mövzusu müzakirə olunub. Elman Süleymanov əmək hüquqlarının qorunması sahəsində görülən işlər və qanun pozuntularına qarşı həyata keçirilən tədbirlər barədə məlumat verib.

Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin böyűk prokuroru Elşad Ağayev əmək hüquqlarının pozulması halları üzrə müraciətlərə baxılması, hüquqların bərpası istiqamətində görülən tədbirlər və profilaktik fəaliyyət barədə çıxış edib.

Seminar zamanı media və vətəndaş cəmiyyəti institutlarının bu sahədə rolu, əmək münasibətlərində qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyi və hüquqi maarifləndirmənin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir interaktiv formatda davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.

Sürücü yatacaq, avtomobil özü gedəcək: Yeni qaydalar tətbiq olunur
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “Yol hərəkəti haqqında” qanuna dəyişiklik layihəsi gündəliyə salınıb. Layihədə avtonom, yəni sürücüsüz nəqliyyat vasitələrinin hərəkətinə dair tələblər də əksini tapır. Layihəyə əsasən, avtonom nəqliyyat vasitələri yalnız səlahiyyətli dövlət qurumlarının müəyyən etdiyi ərazilərdə və avtomobil yollarında hərəkət edə biləcək. Layihədə göstərilir ki, avtonom nəqliyyat vasitələrinin idarəetmə sistemləri xüsusi nəzarət mərkəzinə inteqrasiya olunacaq. Bu mərkəz onların hərəkətini izləyəcək, fəaliyyətlə bağlı məlumatları saxlayacaq və zəruri hallarda nəqliyyat vasitəsinin hərəkətdən kənarlaşdırılması barədə tədbirlər görəcək. Nəzarət mərkəzi nəqliyyat vasitəsində və ya idarəetmə sistemində nasazlıq aşkarlandıqda, müəyyən edilmiş marşrutdan kənara çıxıldıqda və ya yol şəraiti təhlükə yaratdıqda avtonom nəqliyyat vasitəsinin istismarını dayandıra biləcək.

Azərbaycanda sürücüsüz avtomobillər yoxdur. Bu halda belə bir qanun nədən ötrüdür? Ölkədə sürücüsüz avtomobillərin istismarına hazırlıq görülürmü?

Ekomuhit.org-un məlumatına görə, "Medianews"un sualını cavablandıran nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, dünyada texnologiyalar sürətlə inkişaf edir və Azərbaycan bu dəyişikliklərə həmişə hazır, açıq olmalıdır:

“Buraya qanunvericilik bazasının təkmilləşdirilməsi, möhkəmləndirilməsi tədbirləri də aiddir. Əslində bu cür avtomobillər artıq Azərbaycanda var və idarə olunur. Amma onların istismarı məsələsində müəyyən boşluqlar mövcuddur. Tutaq ki, sürücü sükan arxasında deyilsə, buna yanaşma necə olmalıdır? Axı bizim qanunvericiliyə görə, sürücü mütləq sükan arxasında oturmalı, əli də sükanda olmalıdır. Hətta sükandan əlini çəkmək belə məsuliyyət yaradır. Amma avtonom avtomobillərdə sistem elə qurulub ki, avtomatlaşdırılmış idarəetməni işə salıb sükan arxasında yata da bilərsən. Maşın öz-özünə gedir və səni əvvəldən naviqasiyaya yazdığın, proqramlaşdırdığın ünvana çatdırır. Bax, belə fərqli məqamlar var, ona görə bunların hamısı qanunda əksini tapmalıdır.

Avtonom nəqliyyat vasitəsini idarə edirsənsə, buna uyğun tələblər olmalıdır, hansı şərtlər çərçivəsində hərəkət etməli olduğunu bilməlisən. Məsələn, kimsə gəlib paytaxtın Neftçilər prospektində avtonom nəqliyyat vasitəsini idarə edə bilməz. Deyək ki, magistral yoldursa, bəli, orda idarə edə bilər. Dünyada bu cür avtomobillərə yanaşma belədir”.

E.Muradlının fikrincə, “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişikliklər tamamilə ədalətlidir: “Müvafiq qurumlar qaydaları müəyyənləşdirəcək, normativ hüquqi aktlar formalaşdırılacaq. Avtonom nəqliyyat vasitəsi hansı halda yol hərəkətindən kənarlaşdırılmalı, hərəkəti dayandırılmalı, sadə dildə desək, cərimə meydançasına aparılmalı, cərimə tətbiq olunmalıdır? Bu və digər məsələlərin qanunla tənzimlənməsi vacibdir və hazırda parlament komitəsinin gündəliyinə salınan düzəlişlər də buna xidmət edir”.

Yeniyetmələr onlara siqaret verməyən kişini daşqalaq etdi – Polis 4 nəfəri saxladı - VİDEO
Yeniyetmələr onlara siqaret verməyən kişini daşqalaq edib.

Beləki, Rusiyanın Buratiya Respublikasında baş verən hadisə bir binanın müşahidə kamerası tərəfindən anbaan qeydə alınıb.

Məlumata görə, 15-16 yaşlarında olan bir qrup yeniyetmə yoldan keçən bir şəxsdən siqaret istəyiblər, lakin kişi onlara siqaret verməkdən imtina edib. Bundan sonra tərəflər arasında başlayan mübahisə qısa müddətdə təqib və fiziki zorakılığa çevrilib. Yeniyetmələr qaçmağa çalışan kişini daş ataraq təqib ediblər. Hadisə zamanı yol kənarında dayanan bir neçə park edilmiş avtomobilə də ciddi ziyan dəyib.

Hücumda iştirak edən yeniyetmələrdən dördü artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Hazırda polis saxlanılan yeniyetmələr və onların valideynləri ilə dindirilmə və profilaktiki işlər aparır. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.

Sözügedən hadisənin videosunu təqdim edirik:

Sürücülərin NƏZƏRİNƏ: Mühərrik yağları kəskin bahalaşdı - VİDEO
Yaxın Şərqdə baş verənlərlə əlaqədar əvvəlcə 20 faizə qədər artan qiymətlər indi daha 30 faiz yüksəlib.

Ekomuhit.org Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət ölkəyə idxal edilən avtomobil mühərrik yağlarından gedir.

Bu yağlar qısa müddətdə yenidən kəskin bahalaşıb. Bazarda bəzi məhsullar üzrə qiymət artımı artıq 30 faizə çatır. Mütəxəssislər deyirlər ki, Yaxın Şərqdə baş verən hadisələr və beynəlxalq daşımalarda yaranan çətinliklər qiymətlərə birbaşa təsir göstərir.

Ekspert Aftil Əliyev deyir ki, bahalaşma yalnız avropamənşəli məhsullarda müşahidə edilmir, Rusiya istehsalı olan mühərrik yağlarında da qiymət artımı var.

Mütəxəssis bildirir ki, bölgədə vəziyyət sabitləşməzsə, qarşıdakı aylarda yeni qiymət artımları da istisina edilmir.

Paytaxtın bu küçələrində sıxlıq var - SİYAHI
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

Ekomuhit.org  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hazırda:

1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;

2. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

3. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

4. Neftçilər prospekti, "Azneft" dairəsi istiqamətində;

5. Dənizkənarı küçəsi, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;

6. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;

7. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

9. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

10. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

11. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində;

12. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

13. Heydər Əliyev prospekti kənar yol, mərkəz istiqamətində;

14. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

15. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

16. Əbdülvahab Salamzadə küçəsi, "Qələbə" dairəsi istiqamətində;

17. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

18. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

19. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

20. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən Zığ şosesi istiqamətində;

21. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində sıxlıq müşahidə olunur.

Qanunsuz saxlanılan silahlar aşkarlanıb
İyunun 1-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 tapança, 1 qumbara, 2 tüfəng, 1 patron darağı və 7 ədəd patron aşkar edərək götürüblər.

Bu barədə Ekomuhit.org-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Prezident tapşırıq verib: Azərbaycanın rayonlarında köklü dəyişiklik əsasən bu sahələrdə olacaq — RƏSMİLƏR DANIŞIR
Qlobal çağırışların, iqlim dəyişikliklərinin, geosiyasi gərginliklərin və ərzaq təhlükəsizliyi ilə bağlı risklərin artdığı bir dövrdə kənd təsərrüfatı hər bir dövlət üçün strateji əhəmiyyət daşıyan sahəyə çevrilib. Son illərdə dünyada baş verən müharibələr, logistika zəncirlərinin pozulması və ərzaq bazarlarında müşahidə olunan dalğalanmalar göstərir ki, ölkələrin dayanıqlı inkişafı ilk növbədə onların daxili istehsal potensialından və ərzaq təminatı imkanlarından asılıdır. Bu baxımdan kənd təsərrüfatı artıq yalnız iqtisadi fəaliyyət sahəsi deyil, həm də milli təhlükəsizliyin mühüm tərkib hissəsi hesab olunur.

Azərbaycanda da aqrar sektorun inkişafı, kənd yerlərində məşğulluğun artırılması, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və regionların sosial-iqtisadi inkişafı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Son illər ərzində həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri, fermerlərə göstərilən dövlət dəstəyi, subsidiyalar, güzəştli kreditlər, aqroparkların yaradılması və müxtəlif kənd təsərrüfatı sahələri üzrə qəbul edilmiş dövlət proqramları bu istiqamətdə mühüm nəticələrin əldə olunmasına şərait yaradıb. Bununla yanaşı, aqrar sahədə yeni çağırışlar və qarşıda duran vəzifələr daha çevik yanaşmaların tətbiqini zəruri edir.

Məhz bu baxımdan Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə xüsusi əhəmiyyət daşıyır. Müşavirədə kənd təsərrüfatının mövcud vəziyyəti ətraflı təhlil olunub, sahənin inkişafına mane olan amillər müzakirə edilib, eyni zamanda, 2026–2030-cu illəri əhatə edəcək yeni Dövlət Proqramının əsas hədəfləri müəyyənləşdirilib. Dövlət başçısının çıxışında səsləndirilən fikirlər göstərir ki, qarşıdakı dövrdə aqrar sektorun inkişafı, məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqi, su ehtiyatlarından səmərəli istifadə və insanların kəndlərə qayıdışının təşviqi dövlət siyasətinin əsas istiqamətlərindən biri olacaq.

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə səsləndirilən fikirlər, qarşıya qoyulan hədəflər və kənd təsərrüfatının inkişafı ilə bağlı yeni Dövlət Proqramının perspektivləri cəmiyyətdə geniş maraq doğurub.

Ekomuhit.org  xəbər verir ki, aqrar sektorun gələcək inkişaf istiqamətləri, kəndlərə qayıdışın təşviqi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və özəl investisiyaların artırılması məsələlərini Milli Məclisin deputatları və ekspertlər Oxu24.com-a şərh edərək müşavirənin əhəmiyyətini müxtəlif aspektlərdən dəyərləndiriblər.

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki çıxışı aqrar sektorun gələcək inkişafı üçün mühüm yol xəritəsidir və bu çıxışda çox vacib məsələlər gündəmə gətirilib.

Deputatın sözlərinə görə, müşavirədə kənd təsərrüfatı sahəsində əldə olunan nailiyyətlər, mövcud problemlər və qarşıda duran vəzifələr geniş şəkildə təhlil olunub. Dövlət başçısı bir daha vurğulayıb ki, son illərdə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurla icrası bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatının inkişafına da ciddi təkan verib. Kəndlərin və regionların siması dəyişib, sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılıb, əhalinin kənd yerlərində məşğulluğunun artırılması istiqamətində mühüm addımlar atılıb.Bir sıra sahələrdə əldə olunan nəticələr xüsusilə diqqətəlayiqdir. Pambıqçılıq, taxılçılıq, üzümçülük, şəkər çuğunduru istehsalı və heyvandarlıq sahələrində əvvəlki illərlə müqayisədə əhəmiyyətli artım müşahidə olunur.Bununla yanaşı, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, aqrar sahədə inkişaf dinamikası hələ də qənaətbəxş deyil və bu istiqamətdə daha mühüm tədbirlərin həyata keçirilməsinə ehtiyac var. İlk növbədə, şəhərdən kəndə qayıdış təşviq edilməli, insanların kənd yerlərində məşğulluğuna, işlə təminatına və yaşayış şəraitinin yaxşılaşdırılmasına diqqət artırılmalıdır.

Komitə sədri vurğulayıb ki, kənd təsərrüfatının inkişafında texnoloji yeniliklərin tətbiqi, müasir texnologiyalardan istifadə, yeni infrastruktur layihələrinin həyata keçirilməsi, toxumçuluğun inkişafı, yeni soyuducu anbarların yaradılması, su ehtiyatlarından və digər təbii resurslardan səmərəli istifadə mühüm əhəmiyyət daşıyır. Həmçinin gübrə, texnika, su və torpaq resurslarından səmərəli istifadə məhsuldarlığın artırılmasına xidmət edən əsas amillərdəndir.Pambıqçılıq, üzümçülük, tütünçülük və heyvandarlıq kimi sahələr ölkəyə valyuta gətirən strateji istiqamətlərdir. Buna görə də həmin sahələrə diqqət daha da artırılmalı, ixrac potensialı genişləndirilməlidir. Eyni zamanda, idxaldan asılılığın azaldılması və daxili istehsalın artırılması əsas prioritetlərdən biri olmalıdır.Dövlət başçısı müşavirədə xüsusilə buğda istehsalının artırılması və məhsuldarlığın yüksəldilməsi məsələsinə diqqət çəkib. Qeyd olunub ki, hazırda taxılçılıqda və pambıqçılıqda əldə olunan məhsuldarlıq göstəricilərinin yaxın illərdə hər hektardan 5 tona çatdırılması qarşıya mühüm hədəf kimi qoyulub.

Heyvandarlıq sahəsində də mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Buraya cins ətlik və südlük heyvanların sayının artırılması, subsidiya mexanizmlərinin təkmilləşdirilməsi və yeni heyvandarlıq komplekslərinin yaradılması daxildir. Bu tədbirlər sahənin inkişafına və məhsuldarlığın yüksəldilməsinə mühüm töhfə verəcək.Kənd təsərrüfatında subsidiya mexanizmlərinin təkmilləşdirilməsi də xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı subsidiyaların daha səmərəli, çevik və nəticəyönümlü şəkildə tətbiq olunmasının vacibliyini vurğulayıb və bununla bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verib.

Tahir Rzayev bildirib ki, ölkə əhalisinin təxminən yarısının kənd yerlərində yaşaması və ya aqrar sahə ilə bağlı fəaliyyət göstərməsi kənd təsərrüfatının strateji əhəmiyyətini daha da artırır. Bu sahə həm ərzaq təhlükəsizliyinin təmin olunmasına, həm də milli təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir.

Onun sözlərinə görə, müşavirədə məhsulların saxlanılması, emalı, yeni soyuducu anbarların və su anbarlarının yaradılması kimi məsələlər də geniş müzakirə olunub. Prezident İlham Əliyev vurğulayıb ki, aqrar sahənin inkişafını təmin etmək üçün yeni dövlət proqramı hazırlanmalı və qısa müddətdə icraya başlanmalıdır.

Komitə sədri xatırladıb ki, elə həmin gün “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” təsdiq edilib. Bu proqram aqrar sektorun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır və təxminən 6 milyard manata yaxın investisiyanın cəlb olunmasını nəzərdə tutur.Poqramda dayanıqlı və rəqabətqabiliyyətli aqrar sektorun formalaşdırılması, məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqi, innovativ üsullardan istifadə və ixrac potensialının genişləndirilməsi kimi mühüm hədəflər əksini tapıb.

“Prezident İlham Əliyevin də vurğuladığı kimi, torpaq və su ehtiyatlarından səmərəli istifadə, rayonların ixtisaslaşması, torpaq analizlərinin aparılması və məhsulların düzgün yerləşdirilməsi gələcək inkişafın əsas istiqamətlərindəndir. Bu gün bir sıra rayonlar artıq pambıqçılıq, üzümçülük və heyvandarlıq üzrə ixtisaslaşıb. Bununla yanaşı, digər məhsulların istehsal imkanlarının da araşdırılması və genişləndirilməsi vacibdir. Torpaqların münbitliyi artırılmalı, dəqiq analizlər aparılmalı və məhsuldarlıq göstəriciləri elmi əsaslarla müəyyən edilməlidir. Hesab edirəm ki, dövlət proqramının uğurla icrası nəticəsində yaxın illərdə Azərbaycanda kənd təsərrüfatı daha sürətlə inkişaf edəcək və qarşıya qoyulan hədəflərə nail olunacaq”, – deyə Tahir Rzayev vurğulayıb.

Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, Aqrar siyasət komitəsinin üzvü Azər Badamov açıqlamasında bildirib ki, qarşıdakı 4–5 ildə kənd təsərrüfatının bir sıra sahələri daha sürətli nəticə verərək ölkə iqtisadiyyatına əhəmiyyətli töhfə göstərə bilər.

Onun sözlərinə görə, mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramının müzakirəsi və qəbulu ilə bağlı keçirilən müşavirədə dövlət başçısı kənd təsərrüfatı sektorunda idxaldan asılılığın azaldılması, daxili istehsalın artırılması və özəl investisiyaların cəlb olunması istiqamətində prioritet sahələri diqqətə çatdırıb.2026–2030-cu illəri əhatə edən Dövlət Proqramının əsas məqsədi kənd təsərrüfatı məhsulları üzrə ölkənin özünütəminetmə səviyyəsini yüksəltmək, ərzaq təhlükəsizliyini gücləndirmək və ixrac potensialını artırmaqdır. Proqramda investisiyaların yönəldiləcəyi sahələr və qarşıya qoyulan konkret hədəflər açıq şəkildə müəyyən edilib.

Azər Badamov vurğulayıb ki, əsas hədəflərdən biri torpaqların aqrokimyəvi analizinin aparılması və pasportlaşdırılmasıdır. Bu proses nəticəsində hər bir regionun torpaq-iqlim xüsusiyyətlərinə uyğun məhsul növləri müəyyən ediləcək, torpağın münbitlik səviyyəsi və mineral çatışmazlıqları aşkar olunacaq. Bu isə gübrələmə və digər aqrotexniki tədbirlərin daha səmərəli həyata keçirilməsinə imkan verəcək.

Deputatın sözlərinə görə, ikinci mühüm istiqamət istehsal və ixrac strategiyasının hazırlanmasıdır. Burada məqsəd istehsal olunan məhsulların xarici bazarlara çıxışını genişləndirmək, ixrac bazarlarını şaxələndirmək və Azərbaycan məhsullarının beynəlxalq rəqabət qabiliyyətini artırmaqdır.Dövlət Proqramında aqrar sığortanın genişləndirilməsi və fermerlərin risklərdən qorunması da mühüm yer tutur. Aqrar sektor təbii fəlakətlər, iqlim dəyişiklikləri və bazar riskləri baxımından həssas sahə olduğundan, sığorta mexanizmlərinin geniş tətbiqi istehsalın dayanıqlılığını artıracaq.

Azər Badamov diqqətə çatdırıb ki, su təminatının yaxşılaşdırılması məqsədilə proqram çərçivəsində 10 yeni su anbarının tikilməsi və suvarma infrastrukturunun genişləndirilməsi nəzərdə tutulur. Hədəfə əsasən, 2030-cu ilədək innovativ suvarma sistemləri ilə əhatə olunan ərazilərin həcmi 130 min hektardan 300 min hektara çatdırılacaq. Bu isə məhsuldarlığın əhəmiyyətli dərəcədə yüksəlməsinə şərait yaradacaq.Məhsuldarlıq göstəricilərinin artırılması proqramın əsas prioritetlərindəndir. Belə ki, taxıl üzrə orta məhsuldarlığın hektardan 32 sentnerdən 50 sentnerə, pambıq üzrə isə 36 sentnerdən 50 sentnerə çatdırılması planlaşdırılır. Eyni zamanda, istixana komplekslərinin sahəsinin 1500 hektardan 2000 hektara qədər genişləndirilməsi nəzərdə tutulur ki, bu da ilboyu istehsal və ixrac imkanlarını artıracaq.

Onun sözlərinə görə, özəl investisiyaların cəlb olunması proqramın əsas dayaqlarından biridir. Hesablamalara əsasən, 2030-cu ilin sonunadək aqrar sektora 2,2 milyard manat dövlət vəsaiti və 3,7 milyard manat özəl investisiya olmaqla ümumilikdə 5,9 milyard manat investisiyanın yatırılması nəzərdə tutulur. Bu investisiyalar kənd təsərrüfatının modernləşdirilməsinə, yeni texnologiyaların tətbiqinə və ərzaq təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verəcək.Proqramın uğurlu icrası həm daxili bazarın yerli məhsullarla təminatını gücləndirəcək, həm də Azərbaycanın ixrac potensialını artıraraq ölkə iqtisadiyyatında kənd təsərrüfatının payının yüksəlməsinə şərait yaradacaq.

Azər Badamov bildirib ki, hazırda ölkədə məşğul əhalinin təxminən 40 faizi aqrar sektorda fəaliyyət göstərir. Dövlət Proqramının icrası yeni istehsal sahələrinin yaradılmasına, mövcud təsərrüfatların genişlənməsinə və nəticə etibarilə məşğulluğun artmasına ciddi təkan verəcək.

Onun sözlərinə görə, proqram çərçivəsində regionların iqtisadi və təbii xüsusiyyətləri nəzərə alınaraq hansı rayonlarda hansı sahələrin inkişaf etdirilməsinin daha məqsədəuyğun olduğu müəyyənləşdirilib. Bu yanaşma hər bir bölgənin üstünlüklərindən səmərəli istifadə etməyə və daha yüksək gəlirlilik əldə etməyə imkan yaradacaq.Subsidiya mexanizmlərinin təkmilləşdirilməsi də mühüm rol oynayacaq. Dövlət dəstəyi konkret məhsullar üzrə ixtisaslaşmanın təşviqinə yönəldildikcə fermerlər daha səmərəli fəaliyyət göstərə biləcəklər.

Azər Badamovun fikrincə, insanların kəndlərə qayıdışının təşviqi baxımından son illərdə kəndlərdə sosial infrastrukturun əhəmiyyətli dərəcədə yenilənməsi mühüm amildir. Bununla yanaşı, kənd əhalisinin asudə vaxtının təşkili, sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi, torpaq münasibətlərinin təkmilləşdirilməsi və kiçik sahibkarlığın dəstəklənməsi də kənd yerlərinin cəlbediciliyini artıran vacib faktorlar olacaq.

Deputat bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi qarşısında qoyulan əsas vəzifələrdən biri regionların ixtisaslaşmasının daha dəqiq müəyyənləşdirilməsidir. Hər bir bölgənin torpaq, su və iqlim şəraitinə uyğun məhsulların istehsalına üstünlük verilməsi həm məhsuldarlığın, həm də rentabelliyin artmasına xidmət edəcək.Bu proses subsidiyaların daha məqsədyönlü şəkildə tətbiqi vasitəsilə tənzimlənə bilər. Məsələn, pambıqçılıq üzrə subsidiyaların yalnız pambıqçılıq üçün əlverişli rayonlarda tətbiq edildiyi kimi, digər məhsullar üzrə də regionların ixtisaslaşmasına uyğun dəstək mexanizmləri formalaşdırıla bilər.

Azər Badamov vurğulayıb ki, gələcəkdə əsas məqsəd fermerlərin istənilən məhsulu istənilən ərazidə əkməsi deyil, hər bir bölgədə ən yüksək məhsuldarlıq və iqtisadi səmərə verən məhsulların istehsalını təşviq etmək olmalıdır. Bu yanaşma ölkə üzrə orta məhsuldarlığın yüksəlməsinə, istehsal xərclərinin azalmasına və əsas ərzaq məhsulları üzrə idxaldan asılılığın minimuma endirilməsinə imkan verəcək.

Deputatın fikrincə, regionlar üzrə düzgün ixtisaslaşma, müasir texnologiyaların tətbiqi, suvarma infrastrukturunun genişləndirilməsi və investisiyaların artırılması Azərbaycan kənd təsərrüfatının inkişafında yeni mərhələnin əsas hərəkətverici qüvvələri olacaq.

Aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmli bildirib ki, son illərdə kənd təsərrüfatının inkişafı istiqamətində müəyyən işlər görülsə də, əldə olunan nəticələr mövcud potensial və imkanlarla müqayisədə daha yüksək ola bilərdi.

Ekspertin sözlərinə görə, Azərbaycanın aqrar sektorunun inkişaf səviyyəsini qiymətləndirərkən oxşar təbii-iqlim şəraitinə malik ölkələrin təcrübəsinə də diqqət yetirmək vacibdir:

“Qazaxıstan nümunəsinə baxdıqda görürük ki, son illərdə kənd təsərrüfatında ciddi irəliləyişlər əldə olunub. Onlar bir sıra məhsullar üzrə daxili tələbatı tam ödəməklə yanaşı, ixrac imkanlarını da genişləndirə biliblər. Taxılçılıq, kartofçuluq və digər sahələrdə məhsuldarlığın əhəmiyyətli dərəcədə artması bunun göstəricisidir. Bu baxımdan hesab edirəm ki, Azərbaycanda da mövcud potensialdan daha səmərəli istifadə etmək mümkündür”.

Vahid Məhərrəmli qeyd edib ki, müxtəlif illərdə baramaçılıq, pambıqçılıq, tütünçülük, üzümçülük və digər istiqamətlər üzrə dövlət proqramları qəbul olunub. Lakin bəzi proqramlarda nəzərdə tutulan göstəricilərə tam nail olunmayıb:

“Məsələn, baramaçılığın inkişafı ilə bağlı proqramda müəyyən edilmiş hədəflərlə faktiki nəticələr arasında ciddi fərq müşahidə olunub. Bu da göstərir ki, proqramların icrası zamanı qarşıya qoyulan məqsədlərlə onların həyata keçirilməsi mexanizmləri arasında uyğunluğun daha da gücləndirilməsinə ehtiyac var”.

Ekspert hesab edir ki, aqrar siyasətin uğurlu nəticə verməsi üçün sahə üzrə peşəkar yanaşmanın, elmi əsaslandırılmış qərarların və uzunmüddətli planlaşdırmanın rolu böyükdür:”Kənd təsərrüfatı xüsusi bilik və təcrübə tələb edən sahədir. Buna görə də qəbul edilən qərarların elmi əsaslara söykənməsi, mövcud problemlərin səbəblərinin düzgün müəyyənləşdirilməsi və onların həlli yollarının konkret şəkildə göstərilməsi vacibdir”.

Onun sözlərinə görə, Azərbaycanın ərzaq təhlükəsizliyi baxımından hələ də həllini gözləyən məsələləri mövcuddur:“Ərzaqlıq buğda, süd və ət istehsalı istiqamətində daxili təminatın artırılması üçün əlavə tədbirlərə ehtiyac var. Qarşıya qoyulan hədəflər vacibdir, lakin həmin nəticələrə hansı mexanizmlərlə nail olunacağının da aydın şəkildə göstərilməsi önəmlidir”.

Vahid Məhərrəmli toxumçuluq sahəsində mövcud problemlərə də diqqət çəkib. O bildirib ki, məhsuldarlığın artırılması üçün ilk növbədə keyfiyyətli toxum təminatı gücləndirilməli, yerli toxumçuluğun inkişafına daha çox diqqət ayrılmalıdır:“Fermerlərin keyfiyyətli və sertifikatlaşdırılmış toxumla təmin olunması məhsuldarlığın yüksəldilməsində əsas amillərdən biridir. Eyni zamanda, bitki xəstəliklərinin qarşısının alınması və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi də vacibdir”.

Ekspert torpaq və su ehtiyatlarının idarə olunmasını da aqrar sektorun əsas məsələlərindən biri kimi qiymətləndirib:“Torpaqların münbitliyinin qorunması, deqradasiyanın qarşısının alınması, su ehtiyatlarından səmərəli istifadə və müasir suvarma sistemlərinin genişləndirilməsi kənd təsərrüfatının dayanıqlı inkişafı üçün mühüm şərtlərdir. Suvarma infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı layihələrin daha detallı şəkildə planlaşdırılması məqsədəuyğun olardı”.

Heyvandarlıq sahəsinə toxunan Vahid Məhərrəmli bildirib ki, məhsuldarlığın artırılması üçün yalnız cins heyvanların gətirilməsi kifayət deyil:“Bu istiqamətdə yem bazasının möhkəmləndirilməsi, fermerlərin maarifləndirilməsi, seleksiya işlərinin gücləndirilməsi və heyvandarlıq təsərrüfatlarında müasir idarəetmə metodlarının tətbiqi vacibdir. Əks halda gözlənilən nəticələri əldə etmək çətinləşir”.

Ekspertin fikrincə, qəbul edilən yeni Dövlət Proqramı kənd təsərrüfatının inkişafı baxımından mühüm sənəddir. Bununla belə, proqram çərçivəsində nəzərdə tutulan tədbirlərin daha detallı işlənməsi, icra mexanizmlərinin dəqiq müəyyənləşdirilməsi və nəticələrin mütəmadi qiymətləndirilməsi qarşıya qoyulan məqsədlərə nail olunmasına müsbət təsir göstərə bilər.

“Əsas məsələ yalnız hədəfləri müəyyənləşdirmək deyil, həmin hədəflərə hansı vasitələr və hansı mərhələlər vasitəsilə çatılacağını dəqiq planlaşdırmaqdır. Bu yanaşma həm dövlət proqramlarının səmərəliliyini artırar, həm də aqrar sektorun inkişafına daha güclü töhfə verər”, – deyə Vahid Məhərrəmli vurğulayıb.

Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Namiq Şalbuzov bildirib ki, Prezident İlham Əliyevin müşavirədə vurğuladığı prioritetlər və Azərbaycanın resurs məhdudiyyətləri nəzərə alındıqda, qarşıdakı 4–5 ildə kənd təsərrüfatının inkişafında əsas məqsəd sadəcə istehsalı artırmaq deyil, hər hektar torpaqdan, hər kubmetr sudan və hər kənd sakininin əməyindən daha çox gəlir əldə etmək olmalıdır. Bu baxımdan perspektiv sahələri beş əsas meyar üzrə qiymətləndirmək mümkündür:

•ərzaq təhlükəsizliyi;

•əlavə dəyər yaratma potensialı;

•məşğulluğa verdiyi töhfə;

•ixrac potensialı;

•idxalı əvəz etmə potensialı.

Ən sürətli nəticə verəcək və iqtisadiyyata ən böyük töhfə göstərəcək sahələrhansılar olacaq?

Namiq Şalbuzovun sözlərinə görə,qarşıdakı 4–5 il ərzində kənd təsərrüfatında ən sürətli nəticə verə və ölkə iqtisadiyyatına ən böyük töhfə göstərə biləcək istiqamətlərdən biri müasir istixana tərəvəzçiliyidir.

Açıq sahədə tərəvəz məhsuldarlığı orta hesabla hektardan 20 ton təşkil etdiyi halda, müasir suvarma sistemlərinin tətbiqi ilə bu göstərici 60 tona çatır. İstixana şəraitində isə məhsuldarlıq hektardan 300 ton və daha artıq olur. Bu da eyni torpaq sahəsindən 10–15 dəfə çox məhsul əldə etməyə imkan verir. İstixana təsərrüfatları yüksək ixrac potensialına malik olmaqla yanaşı, ilboyu istehsalın təmin edilməsinə, kənd yerlərində daimi məşğulluğun yaradılmasına, xüsusilə qadınların və gənclərin əmək bazarına cəlb edilməsinə, həmçinin su ehtiyatlarından daha səmərəli istifadəyə şərait yaradır. Bu baxımdan 2030-cu ilə qədər istixana aqroparklarının yaradılması və genişləndirilməsi kənd təsərrüfatına yönələcək investisiyalar arasında ən yüksək iqtisadi səmərə vəd edən istiqamətlərdən biri hesab oluna bilər.

Perspektivli sahələr sırasında intensiv bağçılıq da xüsusi yer tutur. Azərbaycan artıq xurma ixracına görə dünyada ikinci, fındıq ixracına görə dördüncü, şaftalı və nektarin ixracına görə isə doqquzuncu yerdə qərarlaşıb. Bu göstəricilər ölkənin bir sıra bağçılıq məhsulları üzrə beynəlxalq bazarlarda rəqabət üstünlüyünə malik olduğunu nümayiş etdirir. Xüsusilə fındıq, xurma, alma, albalı, gilas, şaftalı, nektarin, badam və qoz istehsalının genişləndirilməsi böyük perspektiv vəd edir. İntensiv bağçılıq yüksək gəlirlilik səviyyəsi ilə seçilir, uzunmüddətli ixrac gəlirlərinin formalaşmasına xidmət edir və eyni zamanda meyvə emalı sənayesinin inkişafı üçün etibarlı xammal bazası yaradır.

Kənd təsərrüfatında əlavə dəyərin artırılması baxımından meyvə-tərəvəz emalı sənayesinin inkişafı da xüsusi əhəmiyyət daşıyır. Nazirin çıxışında vurğulandığı kimi, Azərbaycanın aqrar ixracında əsasən xammal məhsulları üstünlük təşkil etdiyi halda, idxalın böyük hissəsini emal olunmuş aqrar məhsullar təşkil edir. Bu vəziyyət ölkə daxilində emal sənayesinin genişləndirilməsi üçün böyük potensialın mövcudluğunu göstərir. Meyvə şirələri, konsentratlar, dondurulmuş məhsullar, qurudulmuş meyvələr, tərəvəz konservləri və tomat məhsullarının istehsalı ən yüksək iqtisadi effekt yarada biləcək istiqamətlər hesab olunur. Məsələn, bir kiloqram təzə pomidorun ixracı ilə tomat pastasının ixracı arasında yaranan əlavə dəyər fərqi bir neçə dəfə yüksəkdir ki, bu da emal sənayesinin iqtisadi səmərəsini aydın şəkildə nümayiş etdirir.

Heyvandarlıq sahəsində isə ən böyük potensial südçülükdə müşahidə olunur. Mövcud göstəricilər məhsuldarlıq ehtiyatlarının hələ də çox yüksək olduğunu göstərir. Belə ki, ailə təsərrüfatlarında bir inəkdən orta illik süd istehsalı təxminən 1800 litr olduğu halda, intensiv təsərrüfatlarda bu göstərici 7500 litrə, qabaqcıl təsərrüfatlarda isə 10–12 min litrə çatır. Bu fərq südçülükdə məhsuldarlığın ən azı 4–5 dəfə artırılması imkanının mövcud olduğunu göstərir. Südçülüyün əsas üstünlüklərindən biri fermerlər üçün gündəlik və sabit pul axınının formalaşmasıdır. Bununla yanaşı, süd istehsalının genişlənməsi kənd əhalisinin gəlirlərinin sabitləşməsinə, süd emalı sənayesinin inkişafına və idxaldan asılılığın azalmasına mühüm töhfə verə bilər.

Nazirin prioritet istiqamətlər sırasında xüsusi qeyd etdiyi sahələrdən biri də akvakultura, yəni balıqçılıq təsərrüfatlarıdır. Bu sahə yüksək gəlirlilik, qısa istehsal dövrü, geniş ixrac imkanları və idxalı əvəz etmək potensialı ilə seçilir. Dövlət Proqramında akvakultura məhsullarının istehsal həcminin 2030-cu ilə qədər iki dəfədən çox artırılması nəzərdə tutulur ki, bu da sahənin strateji əhəmiyyətini göstərir. Xüsusilə forel, nərə balığı, çəki və tilapiya kimi növlərin yetişdirilməsi həm daxili bazarın təmin olunması, həm də ixrac gəlirlərinin artırılması baxımından perspektivli istiqamətlər hesab edilir.

2. Kənd əhalisinin gəlirlərini və məşğulluğu ən çox artıracaq istiqamətlər

Əgər əsas məqsəd kənd yerlərində əhalinin məskunlaşmasının qorunması, kənddən şəhərə miqrasiyanın azaldılması və insanların yenidən kəndlərə qayıdışının təşviq edilməsi olsa, bu zaman kənd təsərrüfatının inkişafı yalnız məhsuldarlığın artırılması prizmasından deyil, eyni zamanda məşğulluq yaratmaq potensialı baxımından da qiymətləndirilməlidir. Bu baxımdan daha çox əmək tələb edən və hər hektar torpaq sahəsinə daha çox işçi qüvvəsinin cəlb olunmasına imkan verən sahələrin inkişafı xüsusi əhəmiyyət kəsb edir.

İlk növbədə intensiv bağçılıq, istixana istehsalı, tərəvəzçilik, çiyələk istehsalı və giləmeyvəçilik kimi istiqamətlər prioritet hesab edilməlidir. Bu sahələr yüksək əlavə dəyər yaratmaqla yanaşı, əmək tutumluluğunun yüksək olması ilə seçilir. Belə ki, həmin fəaliyyət növlərində hər hektara düşən işçi sayı ənənəvi taxılçılıqla müqayisədə bir neçə dəfə çoxdur. Bu isə kənd yerlərində daha geniş məşğulluq imkanlarının formalaşmasına və ailə təsərrüfatlarının gəlirlərinin artmasına şərait yaradır.

Məşğulluğun artırılması baxımından ikinci mühüm istiqamət heyvandarlığın intensiv formalarının inkişafıdır. Xüsusilə südçülük, quşçuluq və qoyunçuluq sahələri kənd əhalisi üçün ilboyu davamlı məşğulluq yaradan fəaliyyət növləri hesab olunur. Bu sahələr mövsümi xarakter daşımadığından kənd yerlərində sabit gəlir mənbələrinin formalaşmasına, əhalinin sosial rifahının yüksəlməsinə və kənd təsərrüfatı ilə məşğul olan ailələrin iqtisadi dayanıqlığının güclənməsinə xidmət edir.

Bununla yanaşı, kənd yerlərində məşğulluğun genişləndirilməsi yalnız birbaşa kənd təsərrüfatı istehsalı ilə məhdudlaşmamalıdır. Kənd təsərrüfatı məhsullarının emalı, qablaşdırılması, daşınması və saxlanılması ilə bağlı fəaliyyətlərin inkişafı da xüsusi əhəmiyyət daşıyır. Məhsulların emalı müəssisələrinin yaradılması, qablaşdırma xidmətlərinin genişləndirilməsi, logistika mərkəzlərinin və soyuducu anbarların qurulması kənd yerlərində qeyri-fermer məşğulluğunun artmasına səbəb olacaqdır. Bu isə kənd iqtisadiyyatının şaxələndirilməsinə, yeni peşələrin yaranmasına və kənd əhalisinin gəlir mənbələrinin daha dayanıqlı və müxtəlif olmasına imkan verəcəkdir.

3. Regionlar üzrə perspektiv ixtisaslaşma

Azərbaycanın kənd təsərrüfatının gələcək inkişaf strategiyası hazırlanarkən regionların təbii-iqlim xüsusiyyətləri, torpaq və su ehtiyatları, mövcud istehsal ənənələri və bazar imkanları nəzərə alınmaqla ixtisaslaşma yanaşmasının tətbiqi xüsusi əhəmiyyət daşıyır. Hər bir iqtisadi rayonun müqayisəli üstünlüklərinə uyğun inkişaf etdirilməsi həm resurslardan daha səmərəli istifadə olunmasına, həm də kənd təsərrüfatında məhsuldarlığın və gəlirliliyin artırılmasına imkan verə bilər.

Ölkənin ənənəvi bağçılıq və meyvəçilik sahələri üzrə ixtisaslaşmış regionları üzrə meyvə və giləmeyvə, eyni zamanda tərəvəzçilik sahələrinin inkişafı üçün əlverişli imkanlar nəzərə alınaraq istehsalın dəstəklənməsi nəzərdə tutulur. Eyni zamanda bölgələrin mövcud potensialından daha səmərəli istifadə etmək məqsədilə soyuducu anbarların yaradılması, meyvə emalı müəssisələrinin genişləndirilməsi və ixrac-logistika mərkəzlərinin formalaşdırılması prioritet istiqamətlər kimi nəzərdə tutulur. Bu tədbirlər məhsul itkilərinin azalmasına, əlavə dəyərin artırılmasına və ixrac imkanlarının genişlənməsinə xidmət edəcək.

Eyni zamanda arıçılıq və heyvandarlıq sahələri üzrə mühüm üstünlüklərə malik regionlar üzrə müvafiq dəstək tərbidlərrinin həyata keçirilməsi nəzərdə tutulur. Bu bölgələrdə əsas diqqət həmçinin emal dərinliyinin artırılmasına yönəldiləcək.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ölkənin aqrar inkişaf baxımından ən böyük potensiala malik əraziləri hesab olunur. Bu bölgələrdə ağıllı kənd təsərrüfatı texnologiyalarının tətbiqi, müasir suvarma sistemlərinin qurulması, üzümçülüyün, heyvandarlığın, taxılçılığın və istixana təsərrüfatlarının inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. Uzun illər istifadədən kənarda qalmış bu ərazilər ən müasir aqrar texnologiyaların və innovativ idarəetmə modellərinin tətbiqi üçün ideal platformadır. Bu səbəbdən Qarabağ və Şərqi Zəngəzurun gələcəkdə Azərbaycanın ən müasir aqrar istehsal mərkəzlərindən birinə çevrilməsi gözlənilir.

Qeyd olunanlarla yanaşı, bölgələrdə məhsuldarlığın artırılması və istehsalın səmərəliliyinin yüksəldilməsi üçün əsas prioritetlər kimi müasir suvarma sistemlərinin geniş tətbiqi və torpaq sahələrinin konsolidasiyası nəzərdə tutulur. Bu tədbirlər istehsal xərclərinin azaldılmasına, su resurslarından daha səmərəli istifadəyə və iri təsərrüfatların formalaşmasına şərait yarada bilər.

4. Dövlət proqramının uğuru üçün əsas şərtlər

Aparılan təhlillər göstərir ki, qarşıdakı beş il ərzində Azərbaycan kənd təsərrüfatında ən böyük iqtisadi effektin əldə olunması bir sıra strateji istiqamətlər üzrə həyata keçiriləcək islahatlardan və investisiyalardan asılı olacaq. Bu baxımdan Dövlət Proqramının uğurunu müəyyən edəcək əsas şərtlər sırasında ilk növbədə müasir suvarma sistemlərinin genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Qarşıya qoyulan əsas hədəflərdən biri 2030-cu ilədək müasir suvarma tətbiq olunan sahələrin həcmini 300 min hektara çatdırmaqdır. Bu addım su resurslarından daha səmərəli istifadə olunmasına, məhsuldarlığın yüksəlməsinə və iqlim dəyişikliklərinin təsirlərinin azaldılmasına mühüm töhfə verəcəkdir.

Bununla yanaşı, intensiv bağların genişləndirilməsi də kənd təsərrüfatında yüksək əlavə dəyərin formalaşdırılması baxımından prioritet istiqamətlərdən biridir. 2030-cu ilədək intensiv və superintensiv meyvə bağlarının sahəsinin 20 min hektar artırılması hədəflənir. Meyvəçilik məhsullarının həm daxili bazarda, həm də ixrac bazarlarında yüksək gəlirlilik səviyyəsi nəzərə alınarsa, intensiv bağçılığın genişləndirilməsi kənd yerlərində gəlirlərin artırılmasına və ixrac potensialının gücləndirilməsinə xidmət edəcəkdir.

Dövlət Proqramının mühüm komponentlərindən biri də istixana aqroparklarının yaradılmasıdır. Müasir istixana təsərrüfatları məhdud torpaq və su resursları şəraitində daha yüksək məhsuldarlıq əldə etməyə imkan verir, ilboyu istehsalı təmin edir və kənd yerlərində əlavə məşğulluq yaradır. Bu səbəbdən istixana aqroparklarının inkişafı aqrar sektorun modernləşdirilməsinin əsas istiqamətlərindən biri hesab edilir. İxrac potensialı və məşğulluq imkanları nəzərə alınmaqla istixana sahələrinin 2030-cu ilədək 2000 min hektara çatdırılması hədəflənir. Bu çərçivədə Cəbrayıl rayonunda tərəvəzçilik, meyvəçilik və gülçülük istiqamətlərini birləşdirən “Şərqi Zəngəzur” pilot istixana aqroparkının yaradılması, mövcud istixanaların modernləşdirilməsi nəzərdə tutulur.

Heyvandarlıq sektorunda isə əsas diqqət süd və ət istehsalında intensiv istehsal modellərinin tətbiqinə yönəldiləcək. Mövcud vəziyyət göstərir ki, məhsuldarlıq baxımından hələ də böyük ehtiyatlar mövcuddur və müasir texnologiyaların, damazlıq işinin və intensiv təsərrüfat modellərinin tətbiqi hesabına həm süd, həm də ət istehsalının əhəmiyyətli dərəcədə artırılması mümkündür. Bunu nəzərə alaraq intensiv iribuynuzlu heyvandarlıq təsərrüfatlarının genişləndirilməsi hesabına 2030-cu ilədək cins heyvanların ümumi sürüdə payının faktiki 2.5%-dən artırılaraq 10%-ə çatdırılması hədəflənir. Süd istehsalının təqribən 10%, ət istehsalının 20% artırılması, bununla da özünütəminetmənin yaxşılaşdırılması, o cümlədən mal əti ilə tam təminata nail olunması hədəflənir. Bu isə öz növbəsində ərzaq təhlükəsizliyinin gücləndirilməsinə və idxaldan asılılığın azalmasına xidmət edəcəkdir.

Aqrar sahədə dayanıqlı inkişafın təmin olunması üçün kənd təsərrüfatı məhsullarının emalı, saxlanılması və bazarlara çatdırılması ilə bağlı infrastrukturun sürətlə genişləndirilməsi də həlledici əhəmiyyət daşıyır. Aqrar emal müəssisələrinin, logistika mərkəzlərinin, soyuducu anbarların və müasir təchizat zəncirlərinin inkişafı istehsal olunan məhsulların əlavə dəyərinin artırılmasına, məhsul itkilərinin azaldılmasına və ixrac imkanlarının genişlənməsinə şərait yaradacaqdır. Bu məqsədlə 2030-cu ilədək əlavə 100 min tonluq soyuducu anbar infrastrukturunun yaradılması, 150 min tonluq yeni müasir taxıl silolarının qurulmasının dəstəklənməsi hədəflənir.

Balıqçılıq və akvakulturanın inkişafı istiqamətində də tədbirlərin həytaa keçirilməsi nəzərdə tutulmuşdur. 2030-cu ilədək bu sahədə istehsalın 7.7 min tona çatdırılması, bununla da özünütəminetmə səviyyəsinin yüksəldilməsi, həmçinin ixracın artırılması hədəflənir. Bu istiqamətdə ilk növbədə qanunvericiliyin təkmilləşdirilməsi, sektora dəstək mexanizmlərinin formalaşdırılması, o cümlədən subsidiya və güzəştlərin tətbiqi nəzərdə tutulur. Proqramda həmçinin balıqartırma fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər müəyyən edilib.

Əgər bu istiqamətlər paralel və əlaqələndirilmiş şəkildə həyata keçirilərsə, 2030-cu ilə qədər Azərbaycan kənd təsərrüfatında artımın əsas mənbəyi artıq əkin sahələrinin genişləndirilməsi deyil, məhsuldarlığın yüksəldilməsi, texnologiyaların tətbiqi və əlavə dəyərin artırılması olacaqdır. Bu yanaşma kənd əhalisinin gəlirlərinin yüksəlməsinə, regionlarda yeni iş yerlərinin yaradılmasına və insanların kənd yerlərində yaşamaq və işləmək marağının artmasına mühüm töhfə verəcəkdir. Nəticə etibarilə, Azərbaycanın kənd təsərrüfatının gələcək inkişaf modeli daha çox torpaq və su resurslarının istifadəsinə əsaslanan ənənəvi təsərrüfat modelindən uzaqlaşaraq, daha az resursla daha yüksək gəlir yaradan, innovasiya və yüksək texnologiyalara əsaslanan müasir aqrobiznes modelinə çevriləcək.

Nəticə etibarilə, kənd təsərrüfatının inkişafı bu gün Azərbaycan üçün təkcə iqtisadi məsələ deyil, həm də strateji təhlükəsizlik, sosial rifah və regionların davamlı inkişafı məsələsidir. Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə səsləndirilən fikirlər və təsdiqlənən 2026–2030-cu illər Dövlət Proqramı aqrar sektorun yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir. Qarşıya qoyulan hədəflərin uğurla reallaşdırılması isə yalnız dövlət dəstəyindən deyil, həm də elmi yanaşmadan, müasir texnologiyaların tətbiqindən, fermerlərin fəallığından və özəl investisiyaların cəlbindən asılı olacaq. Əgər nəzərdə tutulan tədbirlər ardıcıl və səmərəli şəkildə icra olunarsa, Azərbaycan yaxın illərdə həm ərzaq təhlükəsizliyinin təmin olunması, həm də kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı sahəsində regionun aparıcı ölkələrindən birinə çevrilə bilər.

Bu şəxslərə 50 manat məbləğində güzəşt OLUNACAQ
Ailədə iki azyaşlı uşaq var. Valideynlərdən biri əmək müqaviləsi əsasında işləyir, digər valideyn isə analıq məzuniyyətindədir. Bu halda analıq məzuniyyətində olan valideyn və azyaşlı uşaqlar işləyən valideynin himayəsində olan şəxslər kimi nəzərə alına bilərmi? Belə olan halda işləyən valideynə Vergi Məcəlləsinin 102.5-ci maddəsində nəzərdə tutulmuş aylıq 50 manat məbləğində gəlir vergisi güzəştinin tətbiq edilməsi mümkündürmü? Göstərilən güzəştdən istifadə üçün hansı təsdiqedici sənədlər təqdim olunmalıdır?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən Oxu24.com-a bildirilib ki, Vergi Məcəlləsinin 102.5-ci maddəsinə əsasən, qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır. Əgər hər iki valideyn işləyirsə, bu güzəşt valideynlərin hər ikisinə deyil, yalnız birinə şamil edilir

Bildirilib ki, təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi alan şəxslər (uşaqlardan başqa), qanuna əsasən tam dövlət təminatında olan şəxslər himayədə olanlara aid edilmirlər.

Qeyd olunanlara əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu iş yerində) muzdlu işlə əlaqədar əldə etdiyi gəliri himayəsində 3 nəfər olması ilə əlaqədar müvafiq təsdiqedici sənədlər, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı"nın 1.15-ci bəndinə əsasən ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyə tərəfindən verilmiş arayışlar təqdim edildiyi halda, 50 manat məbləğində azaldılır.

Sorğuya cavab olaraq bildiririk ki, analıq məzuniyyəti dövründə alınan müavinət bu güzəştdən istifadə etmək üçün maneə yaratmır. Bu halda iki azyaşlı uşaq və həyat yoldaşı daxil olmaqla, himayənizdə olan şəxslərin sayı 3-ə çatdığı üçün sözügedən güzəştdən istifadə etmək hüququnuz yaranır.

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.

BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu konvensiyaya qoşulub. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi önəm verilir.

Uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Təbii ki, uşaq hüquqları da insan haqqlarının ən mühüm və ayrılmaz hissələrindən biridir. Uşaqlar Azərbaycanın gələcəyidir və ölkənin gələcəyi onların əlindədir.

Bu gün Ulu Öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondunun prezidenti, ICESCO-nun xoşməramlı səfiri, Birinci vitse-prezident Mehriban Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır.

Azərbaycanda uşaq hüquqlarının təmin olunması, onların istedadının üzə çıxarılması istiqamətində silsilə tədbirlərin keçirilməsinə təkan verir. Məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə qaçqın və məcburi köçkün ailələrindən olan, eləcə də imkansız uşaqlara xüsusi diqqət ayrılır. Əlilliyi olan uşaqların cəmiyyətə qatılması və inteqrasiya olunması istiqamətində tədbirlər həyata keçirilir.//Report

10 gün iş olmayacaq
İyun ayında Azərbaycanda çalışanları uzun istirahət günləri gözləyir. Təqvimə əsasən, ay ərzində ümumilikdə 10 gün qeyri-iş günü olacaq.

ekomuhit.org xəbər verir ki, qeyri-iş günlərinin ikisi rəsmi bayramlarla əlaqədardır. Belə ki, 15 iyun – Milli Qurtuluş Günü və 26 iyun – Silahlı Qüvvələr Günü ölkədə qeyri-iş günü hesab olunur.

Bundan başqa, iyun ayında səkkiz gün şənbə və bazar günlərinə təsadüf edir. Bunlar 6, 7, 13, 14, 20, 21, 27 və 28 iyun tarixləridir.

Beləliklə, beşgünlük iş rejimində çalışan şəxslər üçün iyun ayında ümumilikdə 10 gün istirahət günü olacaq.

Qeyd edək ki, rəsmi qeyri-iş günləri ilə əlaqədar bəzi sahələrdə iş qrafikində dəyişikliklər də tətbiq oluna bilər.