Dünya - Ekomuhit.org - Təbiət üçün bir addım.

Serbiya Ümumdünya Ətraf Mühit Gününə uğurla evsahibliyinə görə Azərbaycana təşəkkür edib
Serbiya Ümumdünya Ətraf Mühit Gününə uğurla evsahibliyinə görə Azərbaycana təşəkkür edib.

Ekomuhit.org xəbər verir ki, bu barədə Serbiyanın ətraf mühitin mühafizəsi naziri Sara Pavkov BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanın evsahiblik etdiyi 5 iyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunan tədbirdə məlumat verib.

"Biz Azərbaycana 2026-cı il Ümumdünya Ətraf Mühit Gününü yüksək səviyyədə təşkil etdiyinə görə xüsusi təşəkkürümüzü bildiririk. Bu tədbir vizyonun, fədakarlığın və kollektiv fəaliyyətin gücünün sübutudur və gələcək ev sahibləri üçün yüksək standart yaradır".

Qeyd edək ki, 2027-ci il Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi Azərbaycandan Serbiyaya keçib.

Dəhşətli qəza: 10-dan çox avtomobil toqquşub
taliyanın Monza trasında yarışın ilk döngəsində 10-dan çox avtomobilin iştirakı ilə kütləvi qəza baş verib.

Musavat.com xəbər verir ki, insident yarışın startından dərhal sonra qeydə alınıb. Məlumata görə, pilotlardan biri idarəetməni itirib və nəticədə zəncirvari toqquşma baş verib. Kütləvi qəzanın əsas səbəbkarı kimi Maksim Martin göstərilib. Hadisə nəticəsində ciddi xəsarət alan olmasa da, 8 avtomobil yarışı davam etdirə bilməyib.

Qəzanın görüntüləri sosial şəbəkələrdə geniş yayılıb.

Qanunsuz mədəndə uçqun olub, 5 nəfər ölüb
Çində qanunsuz fəaliyyət göstərən mədəndə baş verən uçqun nəticəsində 5 nəfər həyatını itirib, 1 nəfər isə yaralanıb.

Ekomuhit.org  Teleqraf-a istinadən xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

Hadisə ölkənin cənub-qərbində yerləşən Yunnan əyalətinin Huize rayonunda qeydə alınıb.

Xilasedicilər Bayvu kəndindəki qəza yerində dağıntılar altında qalan 6 nəfərin hamısını çıxararaq dərhal xəstəxanaya çatdırsalar da, onlardan 5-nin həyatını xilas etmək mümkün olmayıb.

Etirazlar ALOVLANDI: Polis və etirazçılar QARŞI-QARŞIYA
Serbiyanın paytaxtı Belqradda tələbələr və müxalifət tərəfdarlarının keçirdiyi etiraz aksiyaları zamanı polis ilə nümayişçilər arasında baş verən qarşıdurma axşam saatlarında yenidən şiddətlənib.

ekomuhit.org xarici mətbuata istinadən xəbər verir ki, şəhər mərkəzində etirazçılarla polis arasında yaranan toqquşmalar zamanı yollar zibil konteynerləri ilə bağlanıb. Təhlükəsizlik qüvvələri kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan və fiziki gücdən istifadə edib.

Hadisələr ilk olaraq Serbiya parlamenti və Prezident Aleksandar Vuçiç tərəfdarlarının düşərgə saldığı Pionirski Parkı ətrafında başlayıb. Polis etirazçıları Kral Aleksandar Bulvarı boyunca Belqrad Universitetinin Hüquq fakültəsinə doğru geri çəkilməyə məcbur edib.

Hüquq fakültəsinin qarşısında toplaşan etirazçılar zibil konteynerlərindən barrikada quraraq yolu bağlayıb, əraziyə gələn polis maşınlarına isə şüşə qablar və pirotexniki vasitələr atıblar. Bundan sonra əlavə polis qüvvələri hadisə yerinə cəlb olunub. Polis əməkdaşları dəyənək və qalxanlardan istifadə edərək yolu yenidən nəqliyyat üçün açıb.

Polis maşınları parlament binasına qayıtsa da, hüquq fakültəsinin qarşısında toplaşan insanların dağılmadığı bildirilib. Bölgədə təhlükəsizlik tədbirləri jandarma qüvvələrinin dəstəyi ilə daha da gücləndirilib.

Serbiya Polis İdarəsinin rəisi Dragan Vasilyeviç bildirib ki, etiraz aksiyasına 34 min 300 nəfər qatılıb. O qeyd edib ki, iştirakçıların hamısı fəal etirazçı olmayıb./ajans.az

Bu ölkədə Ebola virusu aşkarlandı
Uqanda Səhiyyə Nazirliyi ölkədə ölümcül Ebola qızdırmasının yayıldığını elan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Daily Monitor” qəzeti yayıb.

Nazirliyin bəyanatında söhbətin virusun “Bundibucio” (Bundibugyo) yarım tipindən getdiyi bildirilir. Rəsmi qurumların məlumatına görə, virus Uqandaya qonşu Konqo Demokratik Respublikasından (KDR) keçib.

Qeyd edək ki, bundan əvvəl KDR-in Monqvalu və Rvampara rayonlarında da Ebola infeksiyasının alovlandığı qeydə alınmışdı.

Məlumat üçün bildirək ki, Ebola kəskin, son dərəcə yoluxucu və ölümcül virus xəstəliyidir. Ştamından asılı olaraq yoluxanların 30%-dən 90%-nə qədərinin ölümünə səbəb olan bu infeksiya ağır intoksikasiya, daxili və xarici qanaxmalarla müşayiət olunur. İlkin mərhələdə yüksək qızdırma, əzələ qıcolmaları, baş və boğaz ağrıları ilə özünü büruzə verən virus insanlara ilk olaraq vəhşi heyvanlardan keçir, daha sonra isə insanlar arasında sürətlə yayılır.

On beş polisin ölümünə görə səfir nazirliyə çağırılıb
Pakistan 15 polis əməkdaşının ölümü ilə nəticələnən hücumda Əfqanıstanda yerləşən silahlı qruplaşmaları günahlandırıb.

ekomuhit.org Oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

"İnsidentin hərtərəfli araşdırılması, eləcə də toplanmış sübutlar və texniki kəşfiyyat məlumatları hücumun Əfqanıstanda məskunlaşmış terrorçular tərəfindən planlaşdırıldığını göstərir", - deyə açıqlamada bildirilib. İslamabad Kabil rəhbərliyini Əfqanıstan ərazisindən Pakistana qarşı hücumlar planlaşdırmaq üçün istifadə edən silahlılara sığınacaq verməkdə ittiham edir. "Taliban" isə bu iddiaları qətiyyətlə rədd edərək, Pakistandakı silahlı fəaliyyətlərin ölkənin daxili problemi olduğunu bəyan edib. Bəyanatda həmçinin vurğulanıb ki, yüksəkvəzifəli əfqan diplomat Pakistan Xarici İşlər Nazirliyinə çağırılıb və ona baş vermiş qanlı hadisə ilə bağlı sərt xəbərdarlıq edilib. "Əfqanıstandakı "Taliban" rejiminə qəti şəkildə bildirilib ki, əgər o, bu terror təşkilatlarına sığınacaq verməyə davam edərsə, Pakistan öz milli təhlükəsizliyi və vətəndaşlarının müdafiəsi məsələsində heç bir kompromisə getməyəcək", - deyə sənəddə qeyd olunub.

Hantavirus virusi yayıldı- bu ölkədə
İsraildə hantavirus infeksiyasına yoluxma halı qeydə alınıb.

ekomuhit.org xəbər verir ki, virusa yoluxan şəxsin bir neçə ay əvvəl Şərqi Avropa ölkələrində olduğu müəyyən edilib.

Yerli media yazır ki, şəxsdə xəstəliyin simptomları ortaya çıxdıqdan sonra xəstəxanaya müraciət edilib. Aparılan PCR və anticisim testlərinin nəticəsi müsbət çıxıb. Hazırda xəstənin vəziyyətinin nəzarətdə olduğu bildirilir.

Mütəxəssislər qeyd edirlər ki, hantavirus əsasən gəmiricilər vasitəsilə yayılır. Lakin son günlər dünya mediasında “Andes” növü ilə bağlı insandan insana məhdud yoluxma ehtimalı da müzakirə olunur.

Xatırladaq ki, daha əvvəl “MV Hondius” adlı kruiz gəmisində aşkarlanan hantavirus səbəbindən bir neçə nəfər həyatını itirmişdi. Ümumdünya Səhiyyə Təşkilatı virusa görə bir sıra ölkələri, o cümlədən Türkiyəni də məlumatlandırdığını açıqlayıb.

Musavat.com