Manşet - Ekomuhit.org - Təbiət üçün bir addım.

Rəşad İsmayılov: Xəzər dənizinin səviyyəsinin azalması ilə bağlı məsələlər əsas ekoloji prioritetlərimizdən biridir
Regionumuzun incisi Xəzər dənizinin səviyyəsinin azalması ilə bağlı məsələlər əsas ekoloji prioritetlərimizdən biridir. Həmin istiqamətdə ölkəmizin UNEP-lə səmərəli əməkdaşlığı mövcuddur, xüsusilə də bu məsələnin qlobal gündəliyə çıxarılması istiqamətində fəaliyyətimizi davam etdiririk.

Ekomuhit.org xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Bakıda keçirilən Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş beynəlxalq tədbirdə çıxışı zamanı deyib.

Nazir Xəzər dənizinin səviyyəsinin azalması ilə bağlı Azərbaycanın 3 Xəzəryanı ölkə — Qazaxıstan, Türkmənistan və Rusiya ilə ikitərəfli İşçi qrupları yaradıldığını, həmin qruplar çərçivəsində səbəblərin elmi araşdırılması, məlumat mübadiləsi, monitorinq və uyğunlaşma tədbirlərinin hazırlanması istiqamətində birgə fəaliyyətin nəzərdə tutulduğunu vurğulayıb.

Rəşad İsmayılov: Azərbaycanda ekoloji tarazlığın qorunması üçün genişmiqyaslı layihələr icra olunur
Son 20 il ərzində təkcə Bakı şəhərində 100-dən çox park və yaşıllıq zonası salınıb, ekoloji tarazlığın qorunması və vətəndaşların daha sağlam mühitdə yaşaması istiqamətində genişmiqyaslı layihələr icra olunub.

Ekomuhit.org xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanın ev sahibliyi etdiyi 5 iyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunan tədbirdə çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə ətraf mühitin mühafizəsi, yaşıllaşdırma və meşə fondu ərazilərinin meşə ilə örtülü sahəsinin artırılmasısahəsində ardıcıl və məqsədyönlü dövlət siyasəti həyata keçirilmiş və böyük nailiyyətlər əldə olunub.

Onun sözlərinə görə, Azərbaycan zəngin biomüxtəlifliyə malik ölkədir:

"Bu mirasın mühafizəsi - qorunan təbiət ərazilərinin genişləndirilməsi, milli parkların inkişafı, meşə ilə örtülü sahələrin artırılması və nadir növlərin tarixi areallarına qaytarılması bugün məsuluiyyət, gələcəyə isə töhfəmizdir. Son illərin uğurları kimi, Axar-Baxar və İlisu Milli Parklarının yaradılması ilə mühafizə olunan ərazilər şəbəkəsinin ölkə ərazisi miqyasında 10%-dən çox genişləndirilməsini, Qarabağ və Şərqi Zəngəzurda yeni milli parkların yaradılması işlərinə başlanılmasını göstərmək olar".

R.İsmayılov bildirib ki, bu prosesdə qeyri-hökumət təşkilatlarının da əhəmiyyətli töhfəsi olub:

"Ekoloji təşəbbüslər, o cümlədən biomüxtəlifliyin qorunması, nəsli kəsilməkdə olan növlərin tarixi areallara qaytarılması və bərpası üzrə IDEA İctimai Birliyinin və ekokönüllülərin dəstəyi ilə həyata keçirilənlayihələr mühüm nəticələr verib. Bu gün ətraf mühit gününü təntənəli qeyd edirik. Üzləşdiyimiz ekoloji problemlər diqqət mərkəzində saxlanılmalıdır".

İlham Əliyev Ümumdünya Ətraf Mühit Gününün iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyev Azərbaycanın ev sahibliyi ilə Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Bakıda keçirilən Ümumdünya Ətraf Mühit Gününün (WED) iştirakçılarına müraciət ünvanlayıb.

Ekomuhit.org  xəbər verir ki, mətni Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev oxuyub.

Azərbaycan Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edir
Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Bakıda Ümumdünya Ətraf Mühit Gününə (WED) ev sahibliyi edir.

Ekomuhit.org xəbər verir ki, tədbir “Təbiətdən ilham alaraq. İqlim naminə. Gələcəyimiz naminə.” mövzusunda keçirilir.

Tədbirdə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Prezident İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxuyub.

Xatırladaq ki, Azərbaycan Ümumdünya Ətraf Mühit Günü ilə bağlı estafeti 2024-cü ildə Koreya Respublikasında təşkil olunan tədbirdə qəbul edib.

Nazir Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirdi - VİDEO
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələr üzrə vətəndaş qəbulu cədvəlinə uyğun olaraq daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 3-də və 4-də Qazax rayonunda növbəti vətəndaş qəbulu keçirib.

Ekomuhit.org xəbər verir ki, nazir əvvəlcə Qazax rayonunda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib.

Daha sonra Polis Şöbəsinin inzibati binasında Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayonlarından, eləcə də digər bölgələrdən qəbula gələn 211 vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciətləri dinlənilib.

Qəbula gələn vətəndaşların müraciətlərinin operativ və qanunvericiliyin tələblərinə uyğun həlli, habelə vətəndaş məmnunluğunun təmin olunması məqsədilə Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə müvafiq tapşırıqlar verilib.

Müraciətlərin böyük əksəriyyəti yerindəcə həll olunub, digərləri nəzarətə götürülüb.

Səfər çərçivəsində general-polkovnik Vilayət Eyvazov DİN DQ-nin Ağstafa rayonunda yerləşən hərbi hissəsində polis və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını da keçirib.

Sıra baxışında xidmətə qəbulun şərtlərinə uyğun gələn 238 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Vilayət Eyvazov yeni təyin olunmuş hakimlərlə görüşüb - FOTOLAR
Daxili İşlər Nazirliyində (DİN) vəzifəyə yeni təyin olunmuş hakimlərlə görüş keçirilib.

Bu barədə Ekomuhit.org-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, görüşdə hüquq-mühafizə və məhkəmə institutları arasında formalaşmış səmərəli əməkdaşlıq, qanunun aliliyinin təmin edilməsi, vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsi müzakirə olunub.

Qeyd olunub ki, bu təmasların praktiki məsələlərlə bağlı hakimlərin məlumatlılığının artmasına hüquq sisteminin daha da təkmilləşdirilməsinə töhfə verir.

Daxili İşlər Nazirliyinin fəaliyyət istiqamətləri, asayişin və təhlükəsizliyin mühafizəsi, cinayətkarlıqla mübarizədə görülən işlər diqqətə çatdırılıb.

Sürücülər çaş-baş qalıb: Yollardakı əyri və dalğavari xətlərin məqsədi nədir? - Ekspertdən İZAH/FOTOFAKT
Sürücülər yollarda hansı zərurətdən müxtəlif xətlənmələr edildiyini bilmir. Paytaxt yollarında yeni nişanların, indiyədək görünməmiş xətlənmələrin sürücüləri çaşdırdığı qeyd edilir. Xüsusən də əyri və dalğavari xətlərin hansı məqsədə xidmət etdiyi bilinmir.

Nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, sosial şəbəkələrdə və mediada geniş müzakirə olunan əyri və dalğavari yol nişanlanmaları əslində yeni ideya deyil:

- Dünyanın müxtəlif ölkələrində bu cür nişanlanmalardan sürücülərin diqqətini artırmaq, sürəti azaltmaq və piyada keçidlərinin təhlükəsizliyini yüksəltmək məqsədilə uzun illərdir istifadə olunur. Böyük Britaniyada, xüsusilə London və digər şəhərlərdə piyada keçidlərinə yaxın ərazilərdə ziqzaq nişanlanmaları geniş tətbiq edilir. Bu işarələr sürücüyə qarşıda xüsusi diqqət tələb edən zona olduğunu vizual olaraq xatırladır. ABŞ-da Virciniya, Havay, Oklahoma və digər ştatlarda müxtəlif eksperimental layihələr həyata keçirilib.

Məqsəd sürücülərin avtomatik davranışını pozmaq və onları sürəti azaltmağa təşviq etməkdir. Qazaxıstanda 2022-ci ildə Qaraqanda şəhərində piyada keçidlərinə yaxın hissələrdə ziqzaq nişanlanmaları tətbiq olunub. Yerli hakimiyyət bu addımı sürət həddinin azaldılması və piyadaların təhlükəsizliyinin artırılması ilə əsaslandırıb. Son dövrlərdə Pensilvaniya ştatının Montqomeri şəhərində dalğavari nişanlanmaların tətbiqi yenidən bu mövzunu gündəmə gətirib. Bu yanaşmalar yol hərəkətinin təşkilində "traffic calming" – hərəkətin sakitləşdirilməsi metodlarının bir hissəsidir. Dünyada təhlükəzislik adacığı, kontrast işıqlandırma, rəngli örtüklər, daraldılmış hərəkət zolaqları və qeyri-standart nişanlanmalar kimi müxtəlif vasitələrdən istifadə olunur.

Mütəxəssis bildirdi ki, əsas məqsəd sürücünü cərimələmək deyil, onun diqqətini vaxtında cəlb etmək və təhlükəli davranışların qarşısını almaqdır. Yol təhlükəsizliyi isə yalnız qaydalarla deyil, həm də insan psixologiyasını nəzərə alan düzgün infrastruktur həlləri ilə təmin olunur.

Mehriban Əliyevadan Qurban bayramı münasibətilə PAYLAŞIM - FOTO
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Ekomuhit.org xəbər verir ki, paylaşımda qeyd olunub:

"Allah hər kəsin dua və diləklərini, qurbanlarını qəbul etsin!"

İmişlidə AĞIR QƏZA: 2 nəfər ÖLÜB
Mayın 24-də saat 23:00-da İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 6 nəfər (1 qadın, 5 kişi) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

ekomuhit.org xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Qeyd olunub ki, yaralılara bədənin müxtəlif nahiyələrinin travması və əzilmiş yaraları, travmatik şok, sol əlin üst səthinin sıyrılmış yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib:

"Vəziyyəti ağır və orta ağır qiymətləndirilən 2 nəfərin (kişi və qadın cinsli) müalicəsi Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir.

3 nəfərin (hər üçü kişi) vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb".

Məlumatda vurğulanıb ki, göstərilən zəruri tibbi xidmətlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, 1993-cü il təvəllüdlü şəxsin (kişi cinsli) ölüm faktı qeydə alınıb:

"Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin İmişli rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki, daha bir nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb".

Dövlət qurumu işçi axtarır - MAAŞ 2500 MANAT - VAKANSİYA
Azərmemarlayihə Dövlət Baş Layihə İnstitutu

ekomuhit.org vakansiya barədə məlumatı təqdim edir:

Vizualizator Memar

Son tarix 22 iyn 2026 - karyera@arxkom.gov.az

Vəzifə öhdəlikləri:

Verilmiş texniki tapşırığa, brifə əsasən ilkin eskizlərin, 3D modellərin və renderlərin hazırlanması

Dizayn zamanı formalaşdırdığı işin texniki detalları haqqında məlumatlı olmaq;

Material seçimi, işıqlandırma və struktura uyğun realistik vizualizasiyaların yaradılması;

Layihələrin ilkin mərhələsində detallı axtarış etmək, sahə analizləri aparmaq, ilkin dizayn yanaşmasını təmin etmək;

Layihələndirmə məlumatlarını analiz etmək, ehtiyac və hədəflərə uyğunluğu barədə rəhbərliyə tövsiyələrlə birgə hesabat təqdim etmək;

Layihələndirmə məlumatlarının Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş Beynəlxalq standartların tələblərinə uyğun hazırlanmasını təmin etmək;

Tələblər:

Ali təhsil (müvafiq sahədə);

Memar vəzifəsində iş təcrübəsi (5 il);

Kompüter bilikləri – SketchUp, AutoCAD, ArchiCAD, 3Dsmax, Adobe Photoshop, V-Ray, Corona və s.;

Tikinti norma və qaydalarına dair biliklər;

İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı.

Ümumi məlumat:

İş yeri: Bakı şəhəri;

İş rejimi: 5 gün/ 09:00 – 18:00;

Nahar fasiləsi: 13:00 – 14:00;

Əmək haqqı – 2500 AZN;

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən işə qəbul.

Uyğun namizədlər Portfolio və CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.