Problem - Ekomuhit.org - Təbiət üçün bir addım.

Bazar ərazisində iri tikinti: Gediş-gəliş çətinləşdi - VİDEO
Suraxanı bazarının ərazisində iri həcmli tikinti işləri aparılır.

Ekomuhit.org xəbər verir ki, müraciət edən Suraxanı rayonunun Əmircən qəsəbəsinin sakinləri iddia edirlər ki, bazara bitişik ərazidə əvvəllər anbar yerləşib. Həmin ərazi təmizləndikdən sonra burada yeni tikili inşa edilməyə başlanıb. Sakinlərin sözlərinə görə, tikinti işləri gediş-gəlişə çətinlik yaradır və piyada səkilərinin bir hissəsi zəbt olunur. Ərazidə fəaliyyət göstərən satıcılar da tikilinin bazar ərazisinə aid olduğunu təsdiqləyiblər. Onların sözlərinə görə, tikintiyə bir neçə il əvvəl başlanılıb, lakin 2024-cü ildə işlər dayandırılıb. "Suraxanıbazar" ASC-nin nümayəndəsi isə bildirib ki, sözügedən tikintinin aparılması 2024-cü ildə müvafiq icazə sənədləri olmadığı üçün dayandırılmışdı. Hazırda isə sənədlər aidiyyəti qurumlarla razılaşdırılıb və tikinti işlərinin davam etdirilməsi üçün zəruri prosedurlar yerinə yetirilib.

Bərdədə canavarlar xırdabuynuzlu heyvanları parçalayıb
Bərdədə canavar hücumu nəticəsində fermerə məxsus çoxsaylı xırdabuynuzlu heyvan tələf olub.

Trend-in yerli müxbirinin verdiyi məlumata görə, hadisə rayonun İmamqulubəyli kəndində qeydə alınıb. Kənd sakini Murad Mustafayevə məxsus fərdi təsərrüfata gecə saatlarında canavarlar hücum edib.

Hücum nəticəsində təsərrüfatdakı təxminən 50-yə yaxın xırdabuynuzlu heyvanın tələf olduğu bildirilir.

“Tıxacın sonu görünmür, yolu düzəldən yoxdur, bezmişik” - Xırdalanda kütləvi narazılıq/ VİDEO
Xırdalan şəhəri Həsən Əliyev küçəsində yol örtüyünün bərbad vəziyyətdə olması sürücülərə çətin anlar yaşadır.

ekomuhit.org xəbər verir ki, sakinlərin sözlərinə görə, havaların normal keçməsinə baxmayaraq yol daim suyun içindədir.

Sürücülər isə yoldan keçməkdə böyük çətinliklə üzləşirlər.

“Qoxudan ərazidə dayanmaq mümkün deyil. Yolların bu vəziyyətdə olması hər dəfə avtomobillərimizə ciddi ziyan vurur. Dərdimizi kimə deyəcəyimizi bilmirik. Yağış yağsa da, yağmasa da, yol hər zaman belədir. İndi yağış yağmır, bu 100 faiz kanalizasiyanın suyudur. İyindən də görürsünüz”, – deyə sakinlərdən biri narazılığını ifadə edib.

“Vəziyyət çox bərbaddır. Hər gün eyni mənzərə ilə qarşılaşırıq. Tıxacın sonu görünmür, hər kəs dayanıb gözləyir, amma problemlə maraqlanan, yolu düzəldən yoxdur. Biz nə vaxta qədər belə yaşamalıyıq?! Artıq bu vəziyyətdən bezmişik”, - digər bir vətəndaş bildirib.

Abşeron Rayon İcra Hakimiyyətinin Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən bildirilib ki, sözügedən küçədə bu ilin əvvəlində cari təmir işləri həyata keçirilib:

“Lakin yağan sonuncu intensiv yağışlardan sonra həmin küçənin bir neçə yerindən qrunt sularının aktiv şəkildə fəallaşması müşahidə olunub. Bu səbəbdən də küçənin müəyyən hissələrində yol qatının yuyulması baş verib, ərazidə müxtəlifölçülü kiçik çalalar əmələ gəlib. Bu barədə aidiyyəti quruma məlumat verilib və yaxın günlərdə işlər başlayacaq”.

Nümayəndəlikdən o da qeyd olunub ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bilgəh–Novxanı–Sumqayıt yolu istiqamətində tikilən avtomobil yolunun tərkib hissəsi olan Pirşağı–Novxanı–Xırdalan–M4 avtomobil yolunun tikintisi də davam edir:

“Həsən Əliyev küçəsi də bu layihəyə daxildir. Ona görə sözügedən küçənin əsaslı təmiri məqsədəuyğun hesab olunmur. Belə ki, 2026–2027-ci illər ərzində həmin yolun yeni, müasir standartlara uyğun formada sakinlərin istifadəsinə verilməsi nəzərdə tutulub. Buna baxmayaraq, yaxın günlərdə Həsən Əliyev küçəsində yenidən cari təmir işləri aparılacaq”.

Daha ətraflı “Baku TV”nin süjetində:

Vətəndaşdan torpağa görə əlavə 980 manat tələb edildi – QURUMDA ÖZBAŞINALIQ
Paytaxt sakinlərindən biri Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin onun əmlakı üçün tələb olunan məbləğlə bağlı narazılığını bildirib.

Yaşadığı problemlə bağlı Səbail rayon sakini Tarix Məmmədov Avtosfer.az-a şikayət edib və bildirib ki, dəfələrlə aidiyyəti üzrə şikayət etməsinə baxmayaraq, qurumlardan hansısa reaksiya görə bilməyib.

Şikayətçi Tarix Məmmədov bildirir ki, rayonun Səbail küçəsi giriş 121 ünvanında yerləşən 2,28 sot torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında qanuni yolla əldə edib. Həmin torpaq sahəsi üzərində daha əvvəl inventarlaşdırma aparıldığına görə təkrar texniki inventarlaşdırma xidməti ilə bağlı ona 1020,00 (min iyirmi) AZN məbləğində xidmət haqqı təqdim edilmişdir. Vətəndaş qurumun ona təyin etdiyi məbləğlə razılaşmadığını və qanunvericiliklə müəyyən edilən tarifdən yuxarı olduğunu vurğulayıb. Belə ki, Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının 2023-cü il 31 iyul tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş "Daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastrı xidmətlərinin tarifləri"nin 3-cü bəndinə əsasən, təkrar texniki inventarlaşdırma xidmət haqqı I bölmənin 1 və 2-ci bəndlərinin tarifinə 0,2 əmsalı tətbiq edilməklə, lakin minimum məbləğ 30,00 manatdan az olmamaqla hesablanır. Yəni, 2,28 sot torpaq üçün ödənilməli olan məbləğlə 6 sot torpaq üçün ödənilməli olan məbləğ arasında fərq kəskin olmalıdır.

Hesablama:

— 2,28 sot = 0,0228 ha (0,06 ha-dan azdır)

— Əsas tarif (bənd 2.2.1): 200,00 AZN;

— 0,2 əmsalı tətbiq edilməklə: 200,00 × 0,2 = 40,00 AZN;

— Minimum hədd (30,00 AZN) aşıldığından: 40,00 AZN;

— Qanuni xidmət haqqı: 40,00 AZN.

Tarix Məmmədov qeyd edib ki, təqdim edilən 1020,00 AZN məbləği isə qanunla müəyyən edilmiş tarifdən 980,00 AZN artıqdır və heç bir hüquqi əsası yoxdur.

Şikayətçi ona təqdim edilmiş 1020,00 AZN məbləğli xidmət haqqının qanuni əsasının yazılı şəkildə izah edilməsi, artıq yazılmış məbləğin (980,00 AZN) qanunvericiliyə uyğun olaraq ləğv olunması, bu halla bağlı məsuliyyətli şəxslər barəsində müvafiq intizam tədbirinin görülməsini tələb edir.

Məsələ ilə bağlı Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə sorğu ünvanlasaq da, qurumdan sorğumuza hələ də reaksiya verilməyib.

Xırdalanda yol yararsız hala düşüb, alternativi də yoxdur - Nə vaxt təmir ediləcək? - VİDEO
Xırdalanda yollardan birinin bərbad durumu sürücülərin narahatlığına və narazılığına səbəb olur.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü paylaşılıb.

Qeyd olunub ki, şəhərin Həsən Əliyev küçəsində, "Balaca kruq" adlanan ərazidə yol aylardır acınacaqlı vəziyyətdədir.

"Xüsusilə yağışlı havalarda ərazidə su toplanır və iri çala-çuxurlar görünməz olur. Dəfələrlə minik avtomobilləri və avtobuslar həmin çuxurlara düşüblər və nəqliyyat vasitələri ciddi ziyan görüb. Ərazidə alternativ yol da yoxdur ki, ondan istifadə edək", - deyə şikayətdə bildirilib.

Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən bildirilib ki, Həsən Əliyev küçəsində bu ilin əvvəlində cari təmir işləri həyata keçirilib:

"Lakin yağan intensiv yağışlardan sonra həmin küçənin bir neçə yerində qrunt sularının aktiv şəkildə toplanması müşahidə olunur. Bu səbəbdən də müəyyən hissələrdə yol qatının yuyulması baş verib, müxtəlif ölçülü çalalar əmələ gəlib. Tərəfimizdən bu barədə aidiyyatı quruma məlumat verilib və onlar qrunt sularının səthinin dəyişdirilməsi istiqamətində yaxın günlərdə işlərə başlayacaqlar.

Məlumat üçün bildirmək istərdik ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Bilgəh qəsəbəsi-Novxanı-Sumqayıt istiqamətində tikilən avtomobil yolunun tərkib hissəsi olan Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi davam edir. Akademik Həsən Əliyev küçəsi də bu layihəyə daxildir. Belə ki, 1b texniki dərəcəyə uyğun olaraq inşa edilən avtomobil yolunun uzunluğu 28 km, hərəkət hissəsinin eni 22.5 m, ayrıcı zolağın eni 4 m, hərəkət zolaqlarının sayı 6-dır.

Layihə üzrə müxtəlif (əsasən boş) ərazilərdə hissə-hissə aparılan tikinti işləri "İnşaat Norma və Qaydaları"na əsasən, texnoloji ardıcıllığa uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən keyfiyyətlə icra olunur.

Bu layihə həyata keçirildiyi üçün sözügedən küçənin əsaslı təmiri məqsədə müvafiq hesab olunmur. Belə ki, 2026-2027-ci illər ərzində həmin yolun yeni, müasir standartlara uyğun formada istifadəyə verilməsi nəzərdə tutulub. Buna baxmayaraq yaxın günlərdə Xırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən akademik Həsən Əliyev küçəsində yenidən cari təmir işləri aparılacaq", - deyə açıqlamada vurğulanıb.

Xırdalan şəhər 2 nömrəli məktəbdə böyük qalmaqal: Rüşvətlə “aylıq” şagird sistemi ilə bağlı səs yazısı yayıldı - VİDEO
Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin ətrafında yayılan məlumatlar son günlər ictimaiyyətin diqqət mərkəzinə çevrilib. Sosial şəbəkələrdə və müxtəlif informasiya platformalarında yayılan səs yazıları və iddialar məktəbdə şagirdlərin davamiyyəti ilə bağlı qeyri-rəsmi maliyyə mexanizminin mövcud ola biləcəyi barədə ciddi şübhələr formalaşdırıb. İddialarda məktəbin direktoru Gülnaz Kərimova və tarix müəllimi, eyni zamanda 10 “Ç” sinfinin rəhbəri Təranə Alxanovanın adları hallandırılır.

ekomuhit.org bildirir ki, Gundemxeber.com-un əldə etdiyi məlumatlara görə, bəzi şagirdlərin dərsdən yayınmasına müəyyən məbləğ qarşılığında şərait yaradıldığı iddia olunur. Sosial mediada dövriyyəyə buraxılan məlumatlarda qeyd edilir ki, dərsdə iştirak etməmək halları müəyyən “tarif” əsasında tənzimlənib. İddialara əsasən, iki dəfə dərsdən qalmaq üçün 50 manat, üç dəfə üçün 100 manat, dörd dəfə üçün isə 200 manat tələb edilir. Bildirilir ki, bu proses aylıq formada həyata keçirilir və müəyyən şagird qruplarını əhatə edir.

Məsələ ilə bağlı yayılan səs yazısının isə məktəbdaxili münasibətlər və idarəçilik prinsipləri ilə bağlı ciddi suallar yaratdığı qeyd olunur. Həmin səs yazısında müəllimin səsləndirdiyi fikirlərin məktəb rəhbərliyinin məlumatı və razılığı çərçivəsində baş verdiyi təəssüratı yaratdığı iddia edilir. Sosial mediada yayılan məlumatlarda hətta bəzi siniflərdə ondan artıq şagirdin “aylığa çıxarıldığı” irəli sürülür.

İddiaların ən diqqət çəkən tərəflərindən biri məktəb rəhbərliyinin adı ətrafında formalaşan ittihamlardır. Belə ki, yayılan məlumatlarda direktor Gülnaz Kərimovanın məktəbdə bu cür mühitin yaranmasına şərait yaratdığı, bəzi hallarda isə müxtəlif əlaqələrinə arxalandığı barədə fikirlər yer alır. Bununla yanaşı, Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəhbərliyinin də adının dolayı şəkildə hallandırılması ictimai müzakirələrin miqyasını daha da genişləndirib.

Mütəxəssislərin fikrincə, əgər səsləndirilən iddialar hüquqi müstəvidə təsdiqlənərsə, bu hal təkcə etik və intizam pozuntusu deyil, eyni zamanda cinayət məsuliyyəti yaradan əməl kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsində vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma, vəzifə borclarını yerinə yetirməmə kimi əməllər hüquqi məsuliyyət yaradan hallar sırasında göstərilir.

Təhsil ekspertləri hesab edir ki, məktəblərdə davamiyyət məsələsinin maddi maraqlara çevrilməsi şagirdlərin təhsil hüququna və ümumi tədris mühitinə ciddi zərbə vurur. Onların fikrincə, belə hallar şagirdlər arasında məsuliyyətsizlik yaradır, müəllim nüfuzunu sarsıdır və təhsil sisteminə olan ictimai etimadı zəiflədir.

Valideynlər arasında da narahatlıq getdikcə artır. Sosial platformalarda yayılan rəylərdə bir çox valideyn təhsil müəssisələrində qeyri-rəsmi ödənişlər və nəzarətsizlik halları ilə bağlı ciddi narazılıq ifadə edir. Cəmiyyətdə formalaşan ümumi fikir ondan ibarətdir ki, əgər məktəblərdə davamiyyət belə üsullarla “idarə olunursa”, bu, gələcək nəslin təlim-tərbiyəsinə birbaşa mənfi təsir göstərir.

Bununla yanaşı, hüquqi baxımdan vacib məqamlardan biri də odur ki, səsləndirilən bütün ittihamlar hazırda rəsmi istintaq və məhkəmə qərarı ilə təsdiq olunmayıb. Hazırkı mərhələdə yayılan məlumatlar əsasən sosial media paylaşımları və səs yazıları üzərində qurulub. Buna görə də məsələnin obyektiv araşdırılması, səsyazılarının ekspertizadan keçirilməsi və aidiyyəti qurumların rəsmi mövqeyinin açıqlanması mühüm əhəmiyyət daşıyır.

Mövzu ilə bağlı ictimai gözlənti isə aydındır: təhsil müəssisələrində şəffaflığın təmin olunması, qanun pozuntusu iddialarının ciddi araşdırılması və məktəblərdə sağlam idarəetmə mühitinin formalaşdırılması. Xırdalan şəhər 2 nömrəli məktəblə bağlı yayılan məlumatlar isə bir daha göstərir ki, təhsil sahəsində nəzarət və ictimai hesabatlılıq məsələləri hələ də aktual olaraq qalır.

Qeyd: Məqalə yekunlaşdırıldıqdan sonra mənbə redaksiyamıza Xırdalan 2 nömrəli orta məktəbin direktoru Gülnaz Kərimovanın son zənglə əlaqədar 19 sinif rəhbərindən təxminən 400 manat yığılmasını əmr etdiyini bildirdi. Qeyd etmək lazımdır ki, 19 sinif rəhbərindən toplanan ümumi məbləğ 7600 manatdır. Bu məbləğ kimə və nəyə lazımdır?

Yazıda adıçəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.

Bulvar ərazisi yenə satılır: Ağacları kəsib obyektə çevirirlər - VİDEO
Sumqayıt şəhərində Bulvar ərazisində ağacların kəsildiyi və həmin ərazidə tikinti işlərinin aparıldığı iddia olunur.

ekomuhit.org Avtosfer.az-a istinadən xəbər verir ki, bununla bağlı sakinlər narazılıqlarını ifadə edərək məsələni ictimailəşdirməyi xahiş ediblər. İddialara görə, “Levent” yaşayış kompleksi ilə üzbəüz yerləşən ərazidə ağaclar qırılıb və yerində obyekt tikintisinə başlanılıb.

Sakinlərin sözlərinə görə, son günlər əraziyə xüsusi texnikalar cəlb olunub və müəyyən ağaclar ərazidən götürülüb. Onlar hesab edirlər ki, Bulvar ərazisində yaşıllıq sahələrinin azalması ekoloji baxımdan ciddi narahatlıq yaradır.

Vətəndaşlar aidiyyəti qurumların məsələni araşdırmasını, tikinti işlərinin qanunvericiliyin tələblərinə uyğun aparılıb-aparılmadığına aydınlıq gətirilməsini istəyirlər.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt Bulvarı ərazisində ağacların kəsilməsi və tikinti işləri ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat araşdırılıb. Məlum olub ki, ərazi iaşə obyektinin tikintisi üçün icarəyə verilib.

2025-ci ilin sentyabr ayında keçirilən yoxlama zamanı ağac və kolların kəsildiyi aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib olunaraq təqsirkar şəxs 10 min manat cərimə edilib. Təbiətə 4320 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

“Qoç Ət” restoranında böyük rəzalət: Pendirdən saç tükü çıxdı- FOTO
Bakı şəhərinin 8-ci mikrorayon ərazisində yerləşən “Qoç Ət” restoranında səhər yeməyində olan müştərinin sifariş etdiyi pendirin içindən saç tükü çıxıb.

ekomuhit.org Vətəninfo.az-a istinadən xəbər verir ki, şikayətçi ictimai fəal Ramil Əliyev saytımıza müraciət edərək bildirib ki, hadisə dünən səhər saatlarında baş verib. Onun sözlərinə görə, restoranda sifariş etdikləri səhər yeməyi zamanı təqdim olunan pendirin içərisindən saç tükü çıxıb.

Şikayətçi qeyd edir ki, məsələ ilə bağlı restoran əməkdaşlarına iradını bildirsə də, qarşı tərəf bunu ciddi problem kimi qəbul etməyib və adi hal kimi qiymətləndirib.

Ramil Əliyev əlavə edib ki, baş verən hadisədən sonra onlar yeməkdən imtina edərək hesabı ödəyib restorandan ayrılıblar.

Onun sözlərinə görə, məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi-nə müraciət etmək niyyətindədirlər. Qeyd edək ki, qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Xırdalanda ağacları kim və niyə kəsir? - VİDEO
Abşeron rayonunun Xırdalan şəhəri ərazisində - Ceyranbatan gölünün yaxınlığında ağacların kütləvi şəkildə məhv edilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər müzakirələrə səbəb olub.

ekomuhit.org xəbər verir ki, Baku TV məsələni araşdırmaq üçün sözügedən ərazidə olub. Yerli sakinlərdən biri ərazidə əvvəl çoxlu ağacların olduğunu, hazırda isə 200-250 ağacın kəsildiyini bildirib.

Digər sakin isə ağacların kəsilmədiyini, onların başqa əraziyə köçürüləcəyini ehtimal etdiyini bildirib.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, Abşeron yarımadasının nəqliyyat xəritəsini dəyişəcək mühüm yol layihəsinin icrası davam edir.

Qurumun açıqlamasında qeyd edilib ki, yeni yolun inşası "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Pirşağı-Novxanı-Xırdalan-M4 avtomobil yolunun tikintisi layihəsinə uyğun olaraq aparılır.

Vurğulanıb ki, yol infrastrukturunun tikintisi zamanı ağacların kəsilməsi və ya köçürülməsi yalnız zəruri hallarda, ekoloji tələblər nəzərə alınmaqla həyata keçirilir. Layihə çərçivəsində mümkün qədər ağacların qorunmasına üstünlük verilir, köçürülməsi mümkün olan ağaclar yeni ərazilərə transplantasiya edilir.

Maştağada "toxunulmaz" Faiqin Tikinti Özbaşınalığı - “yaşayış evi” adı altında tikilən obyektə icra başçısı nədən göz yumur?/VİDEO
Maştağada Qanunsuz Tikinti - Qanun Hamı Üçün Eyni Deyilmi? - Sabunçu rayonu Maştağa qəsəbəsində, icra nümayəndəliyinin yaxınlığında aparılan tikinti işləri ciddi suallar doğurur. Ən maraqlısı isə budur ki, şəhərsalma ilə bağlı rəsmi məlumat bazalarında həmin obyektə dair heç bir məlumata rast gəlinmir. Bəs bu tikinti hansı əsasla aparılır? Kim icazə verib? Hansı qurum nəzarət edir?

Əgər ortada rəsmi icazə yoxdursa, deməli burada ya qanun açıq şəkildə pozulur, ya da hansısa “toxunulmaz əl” prosesə himayədarlıq edir. Çünki adi vətəndaş həyətində bir daş qoyanda qarşısına çıxan qurumlar, görünür, iri tikinti məsələsində müəmmalı şəkildə susmağa üstünlük verir.

ekomuhit.org xəbər verir ki,ən böyük sual isə Sabunçu Rayon İcra Hakimiyyətinə ünvanlanır: İcra hakimiyyəti hara baxır, icra nümayəndəliyinin yaxınlığında baş verən qanunsuzluq necə olur ki, diqqətdən kənarda qalır, yoxsa bəzi tikintilər üçün qanun işləmir, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi hara baxır, Fövqəladə Hallar Nazirliyi niyə hərəkətsizdir, Əmlak Məsələləri Dövlət Xidməti niyə susur? Əgər tikinti qanunidirsə, sənədlər niyə ictimaiyyətə təqdim olunmur? Yox əgər qanunsuzdursa, niyə dərhal dayandırılmır?

Bu gün Maştağada baş verən qanunsuz tikinti fəaliyyəti, sabah başqa ərazilərdə daha təhlükəli nəticələrə səbəb ola bilər. Çünki qanunsuz tikinti sadəcə beton və daş deyil — bu, insanların təhlükəsizliyinə, şəhərsalma normalarına və dövlət qanunlarına açıq hörmətsizlikdir.Ən acınacaqlısı isə odur ki, bəzi hallarda qanunsuz tikintilər illərlə göz görə-görə davam edir, sonda isə “qanuniləşdirilir”. Belə olan halda vətəndaşda haqlı sual yaranır: qanun sadəcə kasıblar üçünmü işləyir? Redaksiyamıza daxil olan məlumata görə, tikinti işlərini Faiq adlı sahibkar həyata keçirir.

Məlumatlara əsasən, uzun illərdir sahibkarlıqla məşğul olan Faiq adlı şəxs əvvəllər də yaxın ərazidə “yaşayış evi” adı altında tikinti aparıb, lakin sonradan obyektə çevirərək icarəyə verib. Əvvəllər “yaşayış evi” adı ilə tikilən obyekt sonradan topdan və pərakəndə satış məntəqəsinə çevrilib.İndi isə həmin şəxsin yaxınlıqdakı kiçik evləri alaraq onları mərhələli şəkildə kommersiya obyektinə çevirdiyi iddia olunur.İndi isə eyni ssenarinin yenidən təkrarlanacağı bildirilir. Patriot.az

Qarşı tərəfin cavab haqqını tanıyırıq