Xəbərlər - Ekomuhit.org - Təbiət üçün bir addım.

Yollarda xətlənmə ilə bağlı CİDDİ NÖQSANLAR VAR - GÖRÜLMƏLİ TƏDBİRLƏR
Yol hərəkəti qaydaları ancaq açıq, görünən, standartlaşdırılmış nişanlama sistemi mövcud olduğu halda ədalətli şəkildə tətbiq edilə bilər. Bu çərçivədə aşağıdakı tədbirlərin görülməsini xahiş edirəm.

Ekomuhit.org xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Naqif Həmzəyev parlamentin bugünkü iclasında deyib.

• Gəncə şəhərinin və digər paytaxtdan kənarda olan şəhər və rayonlarda yolların xətləmə işlərinin daha kefiyytli aparılması vacibdir. Bu sahədə cox ciddi nöqsanlar var.

• Hasarlanan, silinən, görünməz hala gələn nişanların inventarizasiyası aparılmalı və vaxtında yenilənmələr edilməsinə nəzarət artırılmalıdır.

• İnfrastrukturu tamamlanmamış yollarda kamera vasitəsilə cərimə tətbiqi müvəqqəti dayandırılmalıdır.

• Sürücülər nişanlama çatışmazlığını bildirə bilsin deyə asan əlçatan şikayət mexanizmi yaradılmalıdır.

Naxçıvan MR-də Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan ərazisində Azərbaycan Prezidentinin müəyyən etdiyi vəzifələri yerinə yetirən icra orqanıdır və nümayəndəliyə rəhbərliyi Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən, birbaşa Azərbaycan Prezidentinə tabe olan, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi həyata keçirir.

Təklif edilən digər dəyişikliklərə əsasən, Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi və onun müavinləri vəzifələri inzibati vəzifələr təsnifatından çıxarılır, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin köməkçisi vəzifəsi isə üçüncü təsnifat vəzifələr siyahısına daxil edilir.

Bu dəyişiklikdən sonra "Dövlət qulluğu haqqında" qanun Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi və onun müavinlərinə şamil olunmayacaq. Həmin vəzifələri tutan şəxslərin xidmət illəri nəzərə alınmaqla əməyinin ödəniş pilləsi "Dövlət qulluğu haqqında" qanunun 33-4.3-cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Məsələ səsə qoyularaq I oxunuşda qəbul edilib.

Azərbaycanda yaşıllıqların məhv edilməsinə görə cərimələr sərtləşdirilir
Yaşıllıqların mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr tətbiq ediləcək.

Ekomuhit.org-un məlumatına görə, bu, Milli Məclisin bugünkü iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, barəsində məlumatlandırma icraatı tətbiq edilən kolların kəsilməsi barədə yalan və (və ya) təhrif olunmuş məlumatın verilməsinə görə fiziki şəxslər 500 manat miqdarında, vəzifəli şəxslər 3000 manat miqdarında, hüquqi şəxslər 5000 manat miqdarında cərimə ediləcək.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Deputat sürücülər üçün cərimə limitinin 30 bala qaldırılmasını təklif edib
Azərbaycanda təkcə taksi sürücüləri yox, ümumilikdə bütün sürücülərin xəta etmə riski, səhv etmə payı artıb və məsuliyyət dairəsi genişlənib.

Ekomuhit.org xəbər verir ki, bunu deputat Kamal Cəfərov Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında bildirib.

Onun sözlərinə görə, hazırki İnzibati Xətalar Məcəlləsi 2016-cı ilin 1 mart tarixindən qüvvədə minib: "Məhz o zaman balla qiymətləndirilən inzibati xətaların sayı 14 olub. Ümumi balların sayı isə 54 olub. 2016-cı ildə sürücü sistemdəki bütün mümkün balların 37 faizini, yəni 20 bal toplayanda sürücülük hüququnu 6 ay müddətinə itirirdi və bu nisbət o günün şərtlərinə tam mütənasib idi. Ancaq son 10 ildə yol hərəkət qaydaları, mikromobilliklə bağlı bir sıra hüquqi islahatlar keçirilib, dəyişikliklər olub və son 10 ildə balla qiymətləndirilən inzibati xətaların sayı 14-dən 27-yə, sistemdəki ümumi bal dəyəri isə 54-dən 91-ə çatıb".

Deputat vurğulayıb ki, həm xəta sayı, həm də ümumi bal həcmi təxminən iki dəfəyə yaxın artıb: "Demək, təkcə taksi sürücüləri yox, ümumilikdə bütün sürücülərin xəta etmə riski, səhv etmə payı da artıb və məsuliyyət dairəsi genişlənib. Ancaq limit yenə eynidir və bu o deməkdir ki, sürücü bu gün sistemdə bütün mümkün balların yalnız 22 %-ni toplamaqla sürücülük hüququnu itirir. 2016-cı ildə bu göstərici 37 % olub. Və nəzərə alsaq ki, həmin orijinal 37 faizlik nisbəti tam bərpa etmək üçün riyazi olaraq limit 34 bal olmalıdır. Lakin məcəllənin çəkindirici qüvvəsini qorumaq, həm də cəzanın mütənasibliyini təmin etmək məqsədilə daha mühafizəkar mövqe tutaraq təklif edirəm ki, 20 ballıq cərimə limiti 30 bala qaldırılsın. Yaxud yüksək risk daşımayan, passiv, infrastruktur xarakterli pozuntulara görə sadəcə cərimə tətbiq olunsun, çünki əksər ölkələrdə belədir. Ancaq istənilən halda, bu məsələ ilə bağlı aidiyyatı qurumlar araşdırmalar aparmalıdır, təkliflər hazırlanmalıdır. Çünki bu təkcə limit məsələsi deyil, yeni yanaşma lazımdır. Və hazırda mediada belə bir səhv təəssürat formalaşdırılıb ki, bununla bağlı Milli Məclis hansısa bir layihə daxil olub və müzakirələr aparılır. Ona görə hesab edirəm ki, bununla bağlı, bu məsələ ilə bağlı məşğul olan, ixtisaslaşmış qurumlar təkliflər hazırlamalıdır, müzakirələr aparmalıdır".

Korrupsiya ilə bağlı məlumat VERƏNLƏR MÜKAFATLANDIRILACAQ
Korrupsiya ilə bağlı məlumat verən şəxslərin müdafiəsi gücləndirilir, dövlət və bələdiyyə qulluqçuları üçün yeni hesabatlılıq mexanizmləri tətbiq olunur.

Məsələ Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunun icrası ilə əlaqədar bəzi qanunlara təklif edilən dəyişikliklərdə əksini tapıb.

Layihəyə əsasən, korrupsiya ilə bağlı hüquqpozmalar barədə məlumat verən şəxslərin attestasiyası zamanı həmin prosesdə korrupsiyaya qarşı mübarizə sahəsində səlahiyyətli struktur bölmənin və ya şəxsin iştirakı qadağan edilir. Eyni zamanda, belə məlumat vermiş şəxslərə qarşı qisas məqsədilə intizam tədbirləri tətbiq edilərkən irəli sürülən dəlillərin sübut olunması yükü işəgötürənin üzərinə düşəcək.

Dəyişikliklərə əsasən, dövlət və bələdiyyə qulluqçuları qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və güzəştlərlə bağlı hallarda birbaşa rəhbər əvəzinə korrupsiyaya qarşı mübarizə sahəsində nəzərdə tutulmuş səlahiyyətli struktur bölməyə və ya şəxsə məlumat verməli olacaq.
Həmçinin hədiyyələrin qəbulu, maraqlar toqquşması və etik davranış qaydaları ilə bağlı məsələlərdə də eyni mexanizm tətbiq ediləcək.

Layihə korrupsiyaya qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi və mövcud normaların uyğunlaşdırılması məqsədilə hazırlanıb./yenisabah/

Milli Məclisdə Naxçıvanla bağlı mühüm qərar verildi
Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət qulluğu haqqında” qanuna təklif olunan dəyişikliklər müzakirəyə çıxarılıb.

Ekomuhit.org-un məlumatına görə, layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq.

Təqdim edilən layihə Azərbaycanda həyata keçirilən genişmiqyaslı struktur və idarəetmə islahatlarının tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikasında idarəçilik modelinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi artıq 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq.

Naxçıvan MR-də Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan ərazisində Azərbaycan Prezidentinin müəyyən etdiyi vəzifələri yerinə yetirən icra orqanıdır və nümayəndəliyə rəhbərliyi Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən, birbaşa Azərbaycan Prezidentinə tabe olan, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi həyata keçirir.

Təklif edilən digər dəyişikliklərə əsasən, Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi və onun müavinləri vəzifələri inzibati vəzifələr təsnifatından çıxarılır, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin köməkçisi vəzifəsi isə üçüncü təsnifat vəzifələr siyahısına daxil edilir.

Bu dəyişiklikdən sonra "Dövlət qulluğu haqqında" qanun Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəsi və onun müavinlərinə şamil olunmayacaq. Həmin vəzifələri tutan şəxslərin xidmət illəri nəzərə alınmaqla əməyinin ödəniş pilləsi "Dövlət qulluğu haqqında" qanunun 33-4.3-cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Məsələ səsə qoyularaq I oxunuşda qəbul edilib.

Rövşən Tağıyev yuxulu sürücülərdən DANIŞDI: "Avtomobil nəzarətsiz təhlükəyə çevrilir"
Yuxulu və yorğun vəziyyətdə avtomobil idarə etmək yol hərəkəti iştirakçıları üçün ciddi təhlükə yaradır. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib ki, yol-nəqliyyat hadisələrinin təhlili ağır nəticələrlə müşayiət olunan bəzi qəzaların baş verməsində sürücülərin yorğun və yuxulu vəziyyətdə nəqliyyat vasitəsini idarə etməsinin mühüm rol oynadığını göstərir.

Onun sözlərinə görə, bir çox sürücü yuxululuğun yaratdığı təhlükəni düzgün qiymətləndirmir və mənzil başına daha tez çatmaq məqsədilə hərəkəti davam etdirir. Halbuki yuxu hissi yarandığı andan etibarən diqqət, reaksiya sürəti və ətraf mühiti qiymətləndirmə qabiliyyəti zəifləyir.

Şöbə rəisi qeyd edib ki, insan orqanizmi müəyyən yuxu rejiminə uyğunlaşdığından, xüsusilə gecə saatlarında, səhərə yaxın vaxtlarda və adətən istirahət etdiyi saatlarda sükan arxasında olmaq riskləri artırır. İnsan özünü ayıq hesab etsə belə, orqanizm artıq istirahət rejiminə keçməyə başlayır.

R.Tağıyev bildirib ki, sükan arxasında yuxululuğa kifayət qədər yatmamaq, yuxu rejiminin pozulması, gecə saatlarında avtomobil idarə etmək, uzun müddət fasiləsiz hərəkət etmək, fiziki və psixoloji yorğunluq, ağır qidalar, bəzi dərman vasitələri, eləcə də havasız və isti salon şəraiti səbəb ola bilər.

Onun sözlərinə görə, tez-tez əsnəmək, göz qapaqlarında ağırlıq hiss etmək, diqqətin yayınması, yol nişanlarının gec fərq edilməsi və ya son kilometrlərin necə qət olunduğunu xatırlamamaq artıq təhlükə siqnalları hesab edilməlidir.

Rövşən Tağıyev xüsusilə “mikroyuxu” adlandırılan vəziyyətin təhlükəli olduğunu vurğulayıb. Bildirib ki, bu zaman sürücü fərqinə varmadan bir neçə saniyəlik yuxuya gedə bilər və həmin qısa müddətdə avtomobil onlarla, hətta yüzlərlə metr məsafə qət edir.

“Saatda 90 kilometr sürətlə hərəkət edən avtomobil 4 saniyə ərzində təxminən 100 metr məsafə qət edir. Bu müddətdə sürücü qarşısına çıxan maneəni, piyadanı və ya yol şəraitindəki dəyişiklikləri vaxtında qiymətləndirə bilmir. Nəticədə bir neçə saniyəlik yuxululuq ağır faciələrə səbəb ola bilər”, – deyə o qeyd edib.

Şöbə rəisi əlavə edib ki, musiqinin səsini artırmaq, pəncərəni açmaq və ya qəhvə içmək yalnız qısamüddətli təsir göstərir və yuxusuzluq problemini aradan qaldırmır.

Baş DYP İdarəsi sürücülərə yuxu hissi yarandıqda təhlükəsiz yerdə dayanmağı, qısa fasilə verməyi, təmiz hava qəbul etməyi, imkan olduqda 15-20 dəqiqə istirahət etməyi və yuxululuq keçmədiyi halda hərəkəti davam etdirməməyi tövsiyə edir.

Qurum bir daha xatırladır ki, “bir az da gedərəm” düşüncəsi ağır yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən biridir və vaxtında verilən düzgün qərar insan həyatını xilas edə bilər.

Prospektdə idarəetmədən çıxan “Prado” işıq dirəyinə çırpıldı - VİDEO
Paytaxtın Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.

Ekomuhit.org-un məlumatına görə, qəza iyunun 5-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan “Toyota Prado” markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da, nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib. Qəzaya uğrayan avtomobil evakuator vasitəsilə ərazidən kənarlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Sabahın hava proqnozu AÇIQLANDI
Bakıda və Abşeron yarımadasında iyunun 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Ekomuhit.org-a verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 16-19° isti, gündüz 25-30° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu, nisbi rütubət gecə 60-65 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz dağlıq və dağətəyi rayonlardan başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-18° isti, gündüz 26-31° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18°, bəzi yerlərdə 21-26° isti olacaq.

Xəzər dənizi ilə bağlı FƏLAKƏT SSENARİSİ - ŞOK hesabat yayıldı
Xəzər dənizinin dayazlaşması və suyun səviyyəsinin kəskin şəkildə aşağı düşməsi regional ekoloji fəlakət riskini ən yüksək həddə çatdırıb.

Birləşmiş Millətlər Təşkilatının (BMT) təqdim etdiyi son hesabatlar dənizin gələcəyi ilə bağlı olduqca narahatedici mənzərəni ortaya qoyur.

Ekomuhit.org xəbər verir ki, alimlərin proqnozlarına əsasən, növbəti 50 il ərzində Xəzər dənizində suyun səviyyəsi fasiləsiz və qarşısıalınmaz şəkildə azalmağa davam edəcək. Fəlakətin miqyası artıq kosmosdan belə aydın şəkildə qeydə alınır: peyk təsvirlərində dənizin çəkilməsi nəticəsində yaranan qum dayazlıqlarının balıqçı qəsəbələrini və liman infrastrukturunu sahil xəttindən tamamilə təcrid etdiyi görünür.

Bunu da oxu

Suyun geri çəkilməsinin əsas səbəbi kimi qlobal istiləşmə göstərilir. Məhz iqlim dəyişikliyi dəniz səthində kritik dərəcədə yüksək buxarlanmaya yol açır.

Bu proses regionun unikal ekosistemini ciddi zərbə altında qoyub: su hövzəsinin sürətlə quruması bir çox fauna növünün, xüsusilə də nərə balıqlarının yer üzündən silinməsi təhlükəsini yaradır. Qeyd edək ki, hazırda dünyadakı nərə balığı populyasiyasının təxminən 90%-i məhz Xəzər dənizində cəmləşib.

İyunun 15-də Super Təzə Ay hadisəsi olacaq
İyunun 15-də Super Təzə Ay (Super New Moon) müşahidə olunacaq.

Ekomuhit.org xəbər verir ki, bu barədə məlumatı Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrası yayıb.

Bildirilib ki, bu hadisə Ayın həm Təzə Ay fazasında olması, həm də Yerə minimum məsafəyə – perigey nöqtəsinə çox yaxın yerləşməsi ilə xarakterizə olunur.

Məlumata əsasən, Ay iyunun 15-i Bakı vaxtı ilə saat 03:19-da perigey nöqtəsindən keçəcək, bu zaman onun Yerə qədər məsafəsi 357 195 km olacaq:

“Cəmi bir neçə saat sonra, saat 06:56-da Ay Təzə Ay fazasına daxil olacaq. Perigey ilə Təzə Ay arasındakı zaman fərqi təxminən 3 saat 37 dəqiqə təşkil etdiyindən, bu hadisə astronomiyada Super Təzə Ay adlandırılır. İndiyədək qeydə alınan ən yaxın Super Təzə Ay hadisələrindən biri 22 yanvar 2023-cü ildə baş verib. Bu zaman Ay Yerə təxminən 356 568 km məsafəyə qədər yaxınlaşıb”.