Bakıda 79 motosiklet və moped saxlanıldı
Cəmiyyət
23-06-2026, 15:23

Bakıda 79 motosiklet və moped saxlanıldı

Paytaxt ərazisində motosiklet və mopedlərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə nəzarət tədbirləri davam etdirilir.

Ekomuhit.org xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, cari ilin ilk 5 ayı ərzində motosiklet və mopedlərin iştirakı ilə ölüm və xəsarətlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəzalar nəticəsində 5 nəfər həyatını itirib, 1 nəfər isə xəsarət alıb.

Qeyd olunub ki, statistik göstəricilərdə azalma müşahidə edilsə də, yol hərəkəti təhlükəsizliyinin təmin olunması istiqamətində profilaktik tədbirlər davam etdirilir.

Məlumata əsasən, iyun ayının əvvəlindən indiyədək sürücülük hüququ olmadan idarə edilən, dövlət qeydiyyat nişanı olmayan, eləcə də normativ tələblər pozulmaqla avadanlıq quraşdırılan və ya konstruksiyası dəyişdirilən 79 motosiklet və moped aşkarlanaraq mühafizə olunan duracaqlara yerləşdirilib.

Həmin nəqliyyat vasitələrinin sürücüləri barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Hava Məlumatı
Bakı, Azərbaycan
04:04
☀️
25°C
Açıq
Bakı, Azərbaycan
63%
Rütubət
31.5 km/s
Külək
39.3 km
Görünüş
757
Təzyiq mmHg
UV 0
UV İndeks
31/25
Maks/Min °C
Hava Keyfiyyəti İndeksi (AQI)
Yaxşı Orta Pis Çox Pis
13
Yaxşı
5 Günlük Proqnoz
Bugün
🌤️
31°
25°
Çər
34°
25°
Cüm.ax
☁️
30°
26°
Cüm
30°
25°
Şnb
32°
25°