İyulun 27-i saat 10:00-a olan faktiki hava açıqlanıb.
Ekomuhit.org xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçir.
Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Mingəçevirdə 23, Naftalanda 22, Xaçmaz və Gəncədə 20, Goranboyda 19, Şabranda isə 16 m/s-yə çatır.