Növbəti ekoloji maarifləndirici görüş Ağsuda keçirilib
Ekologiya
23-07-2026, 20:50

Növbəti ekoloji maarifləndirici görüş Ağsuda keçirilib

“Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Ağsu rayon 6 saylı tam orta məktəbdə gənclərlə görüşüblər.
Görüşdə ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli və dayanıqlı istifadə, tullantıların düzgün idarə olunması, eləcə də təbiətin qorunmasında hər bir vətəndaşın rolu və məsuliyyəti barədə məlumat verilib.
İnteraktiv müzakirələr zamanı şagirdlərin sualları cavablandırılıb, ekoloji məsuliyyət və düzgün ekoloji davranış vərdişləri ilə bağlı fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Səyyar Gənclər Xidməti” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir
Hava Məlumatı
Bakı, Azərbaycan
01:46
☀️
25°C
Açıq
Bakı, Azərbaycan
63%
Rütubət
31.9 km/s
Külək
39.1 km
Görünüş
757
Təzyiq mmHg
UV 0
UV İndeks
31/25
Maks/Min °C
Hava Keyfiyyəti İndeksi (AQI)
Yaxşı Orta Pis Çox Pis
43
Yaxşı
5 Günlük Proqnoz
Bugün
🌤️
31°
25°
Çər
34°
25°
Cüm.ax
☁️
30°
26°
Cüm
30°
25°
Şnb
32°
25°