Sudan istifadəyə məhdudiyyət qoyuldu -  Ekologiya naziri elan etdi
Manşet
16-07-2026, 11:50

Sudan istifadəyə məhdudiyyət qoyuldu - Ekologiya naziri elan etdi

Fransa hökuməti ölkədə hökm sürən ciddi quraqlıq səbəbindən su istifadəsinə məhdudiyyətlər tətbiq edib.

“Qafqazinfo” xəbər verir ki, bunu Fransanın ekoloji keçid naziri Monik Barbut nazirliyin böhran qərargahının iclasından sonra bildirib.

O qeyd edib ki, ölkə “fövqəladə və son dərəcə narahatedici” quraqlıq dövrü yaşayır.

Nazirin sözlərinə görə, hazırda Fransanın 99 departamentində su istifadəsinə qismən və ya tam məhdudiyyətlər qoyulub. Tədbirlər materik Fransanın bütün ərazisini əhatə edir.

Barbut qeyd edib ki, bu departamentlərdən 43-ü “böhran” səviyyəsindədir. Həmin bölgələrdə yaşayan vətəndaşlara sudan yalnız zəruri ehtiyaclar üçün istifadə etməyə icazə verilir.

Nazir vurğulayıb ki, yaz aylarında yağıntılar mövsümi norma çərçivəsində olsa da, iqlim dəyişikliyi su dövranına ciddi təsir göstərərək, quraqlığı daha da dərinləşdirib.

Məlumata görə, ölkə üzrə su istifadəsinin məhdudlaşdırılması ilə bağlı ümumilikdə 206 inzibati qərar qəbul edilib.

Hava Məlumatı
Bakı, Azərbaycan
01:46
☀️
25°C
Açıq
Bakı, Azərbaycan
63%
Rütubət
31.9 km/s
Külək
39.1 km
Görünüş
757
Təzyiq mmHg
UV 0
UV İndeks
31/25
Maks/Min °C
Hava Keyfiyyəti İndeksi (AQI)
Yaxşı Orta Pis Çox Pis
43
Yaxşı
5 Günlük Proqnoz
Bugün
🌤️
31°
25°
Çər
34°
25°
Cüm.ax
☁️
30°
26°
Cüm
30°
25°
Şnb
32°
25°