Yevlaxda abadlaşdırılmış məhəllə Leyla Əliyevanın iştirakı ilə sakinlərin istifadəsinə verilib- FOTO
Cəmiyyət
2-07-2026, 11:47

Yevlaxda abadlaşdırılmış məhəllə Leyla Əliyevanın iştirakı ilə sakinlərin istifadəsinə verilib- FOTO

Yevlax şəhərində abadlaşdırılmış yaşayış məhəlləsi iyulun 1-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə sakinlərin istifadəsinə verilib.

Ekomuhit.org xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən həyata keçirilən “Sağlam məhəllə” layihəsi çərçivəsində Gənclər və İdman Nazirliyi tərəfindən məhəllədə idman zonaları yaradılıb. Ərazidə süni örtüklü minifutbol və basketbol meydançaları salınıb. Müxtəlif idman qurğuları, stolüstü tennis və şahmat masaları quraşdırılıb.

Həmçinin Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən həyətyanı sahədə söhbətgahlar, çoxsaylı oturacaqlar və yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasad və blokları təmir olunub, asfalt örtüyü, elektrik xətləri yenilənib. Həyətin ərazisində ağac, mövsümi gül, eləcə də kol bitkilərindən yaşıllıq zolağı salınıb.

Leyla Əliyeva məhəllədə aparılmış abadlıq işləri ilə tanış olub, IDEA könüllüləri ilə birlikdə mövsümi güllər əkib. Məhəllənin balaca sakinlərinə hədiyyələr təqdim olunub, onlarla şəkillər çəkdirilib.

Hava Məlumatı
Bakı, Azərbaycan
04:04
☀️
25°C
Açıq
Bakı, Azərbaycan
63%
Rütubət
31.5 km/s
Külək
39.3 km
Görünüş
757
Təzyiq mmHg
UV 0
UV İndeks
31/25
Maks/Min °C
Hava Keyfiyyəti İndeksi (AQI)
Yaxşı Orta Pis Çox Pis
13
Yaxşı
5 Günlük Proqnoz
Bugün
🌤️
31°
25°
Çər
34°
25°
Cüm.ax
☁️
30°
26°
Cüm
30°
25°
Şnb
32°
25°