450 metr hündürlükdən sürüşdü, sağ qaldı: inanılmaz xilas
Cəmiyyət
3-07-2026, 10:00

450 metr hündürlükdən sürüşdü, sağ qaldı: inanılmaz xilas

ABŞ-də dağa qalxan qadın 450 metr hündürlükdən sürüşərək möcüzə nəticəsində sağ qalıb.

Ekomuhit.org xəbər verir ki, hadisə ABŞ-nin Kaliforniya ştatındakı Şasta dağında yerləşən Avalanche Gulch marşrutunda baş verib.

Məlumata görə, təcrübəsiz alpinist təxminən 3900 metr yüksəklikdə olarkən müvazinətini itirib və yüksək sürətlə təxminən 450 metr aşağı sürüşüb. Xoşbəxtlikdən, qadın yolda qayalara və digər maneələrə çırpılmayıb, nəticədə ciddi xəsarət almayıb.

Alpinistin iki yoldaşı dərhal SOS siqnalı göndərib və əraziyə xilasedicilər cəlb olunub. Güclü buludluluq səbəbindən helikopter zərərçəkənin yanına enə bilməyib. Buna görə də xilasedicilər daha aşağı hissəyə enərək piyada onun olduğu yerə çatmalı olublar.

Qadına ilkin tibbi yardım göstərildikdən sonra o, xərəkdə Helen gölünə endirilib və oradan helikopterlə xəstəxanaya təxliyə olunub.

Həkimlər müəyyən ediblər ki, qadın yalnız yüngül göyərmələr və sıyrıqlarla xilas olub. O, elə həmin gün xəstəxanadan evə buraxılıb.

Qeyd edək ki, Şasta dağının hündürlüyü 4317 metrdir. Alpinist və qrupu zirvəyə çatmağa 400 metrdən bir qədər çox məsafə qalmış qəzaya düşüb. Maraqlıdır ki, qadın sağaldıqdan sonra yenidən həmin zirvəyə qalxacağını açıqlayıb.

Musavat.com

Hava Məlumatı
Bakı, Azərbaycan
03:34
☀️
25°C
Açıq
Bakı, Azərbaycan
63%
Rütubət
31.8 km/s
Külək
39.3 km
Görünüş
757
Təzyiq mmHg
UV 0
UV İndeks
31/25
Maks/Min °C
Hava Keyfiyyəti İndeksi (AQI)
Yaxşı Orta Pis Çox Pis
13
Yaxşı
5 Günlük Proqnoz
Bugün
🌤️
31°
25°
Çər
34°
25°
Cüm.ax
☁️
30°
26°
Cüm
30°
25°
Şnb
32°
25°