Ötən gün 63 cinayətin açılması təmin olunub
Cəmiyyət
10-07-2026, 11:48

Ötən gün 63 cinayətin açılması təmin olunub

İyulun 9-da ölkə ərazisində qeydə alınan 58, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.

Bu barədə Ekomuhit.org-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 88, o cümlədən borclu şəxs qismində axtarışda olan 69, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 15 və dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqəli 32 fakt müəyyən edilib, ümumi çəkisi 15,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 7,7 kiloqramdan artıq marixuana, 3,9 kiloqramdan çox metamfetamin, 2,8 kiloqrama yaxın heroin, 1 kiloqramdan çox tiryək və həşiş, həmçinin 2002 ədəd güclü təsiredici xassəyə malik metadon həbi olub. Eləcə də kultivasiya yolu ilə yetişdirilmiş 22 çətənə kolu aşkar olunaraq götürülüb, yabanı halda bitmiş 4 tondan artıq çəkidə 19010 ədəd çətənə kolu isə aşkarlanaraq məhv edilib.

Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən olunub. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 qumbara, 1 alışdırıcı və 6 tüfəng aşkar edilərək götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 70 nəfər də saxlanılıb.

Hava Məlumatı
Bakı, Azərbaycan
02:54
☀️
25°C
Açıq
Bakı, Azərbaycan
63%
Rütubət
31.8 km/s
Külək
39.3 km
Görünüş
757
Təzyiq mmHg
UV 0
UV İndeks
31/25
Maks/Min °C
Hava Keyfiyyəti İndeksi (AQI)
Yaxşı Orta Pis Çox Pis
62
Orta
5 Günlük Proqnoz
Bugün
🌤️
31°
25°
Çər
34°
25°
Cüm.ax
☁️
30°
26°
Cüm
30°
25°
Şnb
32°
25°