Prezidentin gündəmə gətirdiyi məsələ: Elektrikli avtomobillərdə FM radio problemi necə həll olunur?
Cəmiyyət
14-07-2026, 11:10

Prezidentin gündəmə gətirdiyi məsələ: Elektrikli avtomobillərdə FM radio problemi necə həll olunur?

Elektrikli avtomobillərdə FM radionun olmaması mövzusu Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlərdən sonra yenidən gündəmə gəlib. Prezident avtomobili radiosuz təsəvvür etmədiyini bildirib.

Bəs Azərbaycanda istifadə olunan elektrik avtomobillərində FM radionu sonradan aktivləşdirmək və ya quraşdırmaq mümkündürmü?

Mövzu ilə bağlı avtomobil ustası Dəniz Ağabəyli açıqlamasında bildirib ki, cənab Prezidentin də vurğuladığı kimi, bəzi Çin bazarı üçün nəzərdə tutulmuş avtomobillərdə radio tezlikləri işləmir:

“Daha doğrusu, təkcə Çin istehsalı olan avtomobillər deyil, bizim bazara uyğun olmayan və Çindən gətirilən avtomobillərin əksəriyyətində FM radio tezliklərini qəbul etmək mümkün olmur. Lakin bunun həlli var. Xüsusi proqram təminatı yüklənir və bundan sonra radio dinləmək mümkün olur. Bu, o qədər də bahalı proses deyil. Avtomobilin markasından və modelindən asılı olaraq 10 manatdan 50 manatadək xərc tələb edir.

Bu proqram vasitəsilə Azərbaycanın bütün radio stansiyalarını, eləcə də dünyanın müxtəlif ölkələrinin radiolarını dinləmək mümkündür. Bundan əlavə, proqram təminatı quraşdırılan zaman təkcə radio deyil, digər tətbiqləri də yükləmək imkanı yaranır”.

Dəniz Ağabəyli əlavə edib ki, avtomobillərə Waze, YouTube və digər tətbiqləri də quraşdırmaq mümkündür:

“Buna görə Çin bazarı üçün istehsal olunmuş avtomobil almaqdan çəkinməyə ehtiyac yoxdur. Bu, əlçatmaz və ya həlli olmayan problem deyil. Cəmi 10-50 manat aralığında proqram təminatı yüklənməklə həm FM radionu, həm də digər faydalı tətbiqlərdən istifadə etmək mümkündür”.

Hava Məlumatı
Bakı, Azərbaycan
02:54
☀️
25°C
Açıq
Bakı, Azərbaycan
63%
Rütubət
31.8 km/s
Külək
39.3 km
Görünüş
757
Təzyiq mmHg
UV 0
UV İndeks
31/25
Maks/Min °C
Hava Keyfiyyəti İndeksi (AQI)
Yaxşı Orta Pis Çox Pis
62
Orta
5 Günlük Proqnoz
Bugün
🌤️
31°
25°
Çər
34°
25°
Cüm.ax
☁️
30°
26°
Cüm
30°
25°
Şnb
32°
25°