Bu halda sükan arxasına əyləşməyin - Yol polisindən müraciət
Cəmiyyət
9-05-2026, 12:05

Bu halda sükan arxasına əyləşməyin - Yol polisindən müraciət

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günləri ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.

İdarədən ekomuhit.org-a verilən məlumata görə, həftəsonu və bayramla əlaqədar qeyri-iş günlərində respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağı gözlənilir.

BDYPİ xüsusilə turizm və istirahət bölgələrinə aparan yollarda təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi məqsədilə hər bir hərəkət iştirakçısını məsuliyyətli olmağa çağırır:

"Sürücülərdən xahiş olunur ki, hərəkət sürətini yol və hava şəraitinə uyğun seçsinlər. Səhhətində problem olduğu halda, eləcə də yorğun, yuxusuz vəziyyətdə sükan arxasına əyləşməsinlər. Təhlükəsiz ara məsafəsini qorusunlar və riskli ötmə manevrlərindən çəkinsinlər. Yolda nizamlanma vasitələrinin tələblərinə ciddi əməl etsinlər. Səfərə çıxmazdan öncə nəqliyyat vasitələrinin texniki vəziyyətinə diqqət yetirsinlər".

Hava Məlumatı
Bakı, Azərbaycan
05:04
🌤️
25°C
Əsasən açıq
Bakı, Azərbaycan
63%
Rütubət
30.8 km/s
Külək
39.4 km
Görünüş
757
Təzyiq mmHg
UV 0
UV İndeks
31/25
Maks/Min °C
Hava Keyfiyyəti İndeksi (AQI)
Yaxşı Orta Pis Çox Pis
42
Yaxşı
5 Günlük Proqnoz
Bugün
🌤️
31°
25°
Çər
34°
25°
Cüm.ax
☁️
30°
26°
Cüm
30°
25°
Şnb
32°
25°