Avtomobildən zibil atanları hansı cəza gözləyir? – VİDEO
Manşet
20-07-2026, 10:19

Avtomobildən zibil atanları hansı cəza gözləyir? – VİDEO

Avtomobildən hər hansı tullantının yol kənarına atılması həm yol hərəkəti mədəniyyətinə ziddir, həm də ətraf mühitin çirklənməsinə səbəb olur.

Ekomuhit.org xəbər verir ki, bu fikirləri nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib.

Ekspertin sözlərinə görə, sürücü və ya avtomobildə olan sərnişin tərəfindən istənilən məişət tullantısının nəqliyyat vasitəsindən yol kənarına atılması qanunvericiliyə əsasən inzibati məsuliyyət yaradır:

"Avtomobildən hər hansı tullantının atılmasına görə 200 manat məbləğində cərimə nəzərdə tutulub. Onun sözlərinə görə, əgər nəqliyyat vasitəsindən bayıra tütün məmulatı, o cümlədən siqaret kötüyü atılarsa, bu halda tətbiq olunan cərimə 300 manat təşkil edir.

Bu cür davranış təkcə yolların və şəhər mühitinin çirklənməsinə səbəb olmur, həm də digər hərəkət iştirakçıları üçün narahatlıq yaradır və cəmiyyətin yol mədəniyyətinə mənfi təsir göstərir".

Ekspert əlavə olaraq qeyd edib ki, sürücülər və sərnişinlər nəqliyyat vasitələrində yaranan tullantıları xüsusi zibil qutularında atmalı, ətraf mühitin qorunmasına və təmizliyin təmin edilməsinə məsuliyyətlə yanaşmalıdırlar.

Hava Məlumatı
Bakı, Azərbaycan
01:46
☀️
25°C
Açıq
Bakı, Azərbaycan
63%
Rütubət
31.9 km/s
Külək
39.1 km
Görünüş
757
Təzyiq mmHg
UV 0
UV İndeks
31/25
Maks/Min °C
Hava Keyfiyyəti İndeksi (AQI)
Yaxşı Orta Pis Çox Pis
43
Yaxşı
5 Günlük Proqnoz
Bugün
🌤️
31°
25°
Çər
34°
25°
Cüm.ax
☁️
30°
26°
Cüm
30°
25°
Şnb
32°
25°