Prezident Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılması haqqında fərman imzaladı
Xəbərlər
14-05-2026, 17:13

Prezident Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılması haqqında fərman imzaladı

Prezident İlham Əliyev tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında fərman imzalayıb.

ekomuhit.org xəbər verir ki, fərmana əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb.

Agentlik tullantıların idarə edilməsi (tullantıların əmələ gəlməsi, yığılması, çeşidlənməsi, daşınması, yerləşdirilməsi, emalı, istifadəsi, utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması) və tullantı haqlarının toplanması sahəsində dövlət nəzarətini, tənzimləməni və əlaqələndirməni həyata keçirən, nazirliyin strukturuna daxil olan qurumdur.

Nazirlər Kabineti aşağıdakılara dair təkliflərini hazırlayıb dövlət başçısına təqdim etməlidir:

- iki ay müddətində Agentliyin əsasnaməsi və strukturunun layihələri, habelə işçilərinin say həddinə dair;

- dörd ay müddətində qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, "Tullantılar haqqında" qanunun və tullantıların idarə edilməsi ilə bağlı digər normativ hüquqi aktların təkmilləşdirilməsinə dair;

- beş ay müddətində "2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası" layihəsi ilə əlaqələndirməklə "Bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2027–2030-cu illər üçün Milli Strategiya" layihəsinə dair;

Bundan başqa, hökumət Agentliyin maddi-texniki təminatı məsələlərinin həlli və saxlanılma xərclərinin maliyyələşdirilməsi, inzibati bina ilə təmin edilməsi üçün iki ay müddətində zəruri tədbirlər görməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Hava Məlumatı
Bakı, Azərbaycan
02:54
☀️
25°C
Açıq
Bakı, Azərbaycan
63%
Rütubət
31.8 km/s
Külək
39.3 km
Görünüş
757
Təzyiq mmHg
UV 0
UV İndeks
31/25
Maks/Min °C
Hava Keyfiyyəti İndeksi (AQI)
Yaxşı Orta Pis Çox Pis
62
Orta
5 Günlük Proqnoz
Bugün
🌤️
31°
25°
Çər
34°
25°
Cüm.ax
☁️
30°
26°
Cüm
30°
25°
Şnb
32°
25°