Bu rayonlara dolu düşüb
Xəbərlər
24-05-2026, 12:33

Bu rayonlara dolu düşüb

Ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxıb, yağış yağıb, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterli olub.

Bu barədə ekomuhit.org-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Qaxda 47, Xaltanda (Quba) 16, Gədəbəydə 12, Naxçıvanda 9, Daşkəsəndə 8, Qusarda 5, Şahbuz, Kişçayda (Şəki) 4, Altıağacda 3, Gəncə, Tovuz, Naftalanda 2, Goranboy, Ağstafa, Şəmkir, Zaqatala, Balakən, Xaçmaz, Şabran, Ordubad, Şahdağda 1 mm-dək qeydə alınıb.

Mayın 23-də saat 18:45-18:50 radələrində Ağstafa rayonuna, saat 21:02 radələrində Şəmkir rayonu Daşbulaq kəndinə, saat 21:27 radələrində isə Gədəbəy rayonunun Qoşabulaq, Pərizamanlı, Samanlıq kəndlərinə xırda dənəli dolu düşüb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 26, Naxçıvan MR-da 29, Aran rayonlarında 28, dağlıq rayonlarda isə 17 dərəcəyədək isti qeydə alınıb.

Hava Məlumatı
Bakı, Azərbaycan
02:54
☀️
25°C
Açıq
Bakı, Azərbaycan
63%
Rütubət
31.8 km/s
Külək
39.3 km
Görünüş
757
Təzyiq mmHg
UV 0
UV İndeks
31/25
Maks/Min °C
Hava Keyfiyyəti İndeksi (AQI)
Yaxşı Orta Pis Çox Pis
62
Orta
5 Günlük Proqnoz
Bugün
🌤️
31°
25°
Çər
34°
25°
Cüm.ax
☁️
30°
26°
Cüm
30°
25°
Şnb
32°
25°