Günəş tutulması misli görünməmiş tıxaca səbəb olacaq
Xəbərlər
10-06-2026, 12:20

Günəş tutulması misli görünməmiş tıxaca səbəb olacaq

Günəş və Ay tutulmaları insan həyatına heç bir ciddi təsür göstərmir. Bu maraqlı astronomik hadisələrin hansısa şər qüvvələrin əməli olduğuna inanılan dövr də çoxdan geridə qalıb.

Ekomuhit.org xəbər verir ki, avqustun 12-də tam Günəş tutulması baş verəcək. Bu hadisə Avropada yalnız İspaniyada yaxşı müşahidə ediləcək. çətinlik də elə bundadır.
İspaniya Astronomlar Federasiyasının rəhbəri Jaxin Alvaores bildirib ki, astronomiya həvəskarları artıq çoxdan planlarını qurublar. Bəziləri isə 3 il qabaqdan İspaniyanın mərkəzində otel rezerv edib.

Astronomu narahat edən isə əhalinin son anda kütləvi hərəkətidir: “əgər dəniz sahilinə istirahətə gələnlər son anda avtomobillə ölkənin mərkəzinə axın etsələr yollar dolacaq”.

Alim hesab edir ki, dövlət qurumları məsələni vaxtında ciddiyə almayıb. Buna görə də qabaqlayıcı tədbirlər görülməlidir. Kütləvi axın olduğu halda logistika işi iflic olacaq, yüklərin çatdırılmasında ləngimələr baş verəcək. Digər Avropa ölkələrindən Pireney yarımadasına şəxsi avtomobillə gələnlər də əlavə edilsə ölkədə indiyədək görünməyən həddə tıxaclar yaranacaq.

İqtisadçılar isə Günəş tutulmasının ölkəyə qısa müddətdə böyük gəlir gətirəcəyi qənaətindədirlər.

Hava Məlumatı
Bakı, Azərbaycan
00:07
☁️
22°C
Buludlu
Bakı, Azərbaycan
57%
Rütubət
22.1 km/s
Külək
40.5 km
Görünüş
754
Təzyiq mmHg
UV 0
UV İndeks
28/21
Maks/Min °C
Hava Keyfiyyəti İndeksi (AQI)
Yaxşı Orta Pis Çox Pis
55
Orta
5 Günlük Proqnoz
Bugün
☁️
28°
21°
Bzr
🌦️
30°
20°
Baz.er
🌧️
25°
20°
Çər.ax
☁️
30°
21°
Çər
🌤️
31°
20°