Azərbaycan və İran Araz çayının su ehtiyatlarının bölüşdürülməsini razılaşdırıb
Xəbərlər
11-06-2026, 17:02

Azərbaycan və İran Araz çayının su ehtiyatlarının bölüşdürülməsini razılaşdırıb

Azərbaycan ilə İran Araz çayının su ehtiyatlarının iki ölkə arasında bölüşdürülməsi ilə bağlı iş rejimlərini hazırlayaraq təsdiq edib.

Ekomuhit.org bu barədə Dövlət Su Ehtiyatları Agentliyinə istinadən xəbər verir.

Bu barədə razılıq iyunun 8–11-də Araz çayının su və energetika ehtiyatlarından istifadə üzrə Azərbaycan ilə İran arasında daimi fəaliyyət göstərən Birgə Komissiyanın 55-ci iclasında əldə olunub.

İranda keçirilən iclas Birgə Komissiyanın Azərbaycan tərəfdən həmsədri, ADSEA tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev və İran tərəfdən həmsədri, bu ölkənin Energetika Nazirliyinin Sərhəd Çayları üzrə Baş İdarəsinin rəisi Fəriba Avəridənin rəhbərliyi ilə baş tutub.

Tədbirdə Regional Su Meliorasiya Xidmətinin, ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və "Azərenerji" ASC-nin nümayəndələri iştirak ediblər.

Bununla yanaşı, çaydan götürülən suyun monitorinqinin aparılması, suyun keyfiyyətinə nəzarət, çayda müasir tipli yeni suölçmə qurğularının quraşdırılması və digər qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.

Müzakirələrin yekunu olaraq tərəflər arasında görüləcək işləri əhatə edən yekun protokol imzalanıb.

Hava Məlumatı
Bakı, Azərbaycan
00:07
☁️
22°C
Buludlu
Bakı, Azərbaycan
57%
Rütubət
22.1 km/s
Külək
40.5 km
Görünüş
754
Təzyiq mmHg
UV 0
UV İndeks
28/21
Maks/Min °C
Hava Keyfiyyəti İndeksi (AQI)
Yaxşı Orta Pis Çox Pis
55
Orta
5 Günlük Proqnoz
Bugün
☁️
28°
21°
Bzr
🌦️
30°
20°
Baz.er
🌧️
25°
20°
Çər.ax
☁️
30°
21°
Çər
🌤️
31°
20°