Yağış, şimşək və dolu gəlir - Bu rayonlar diqqətli olsun!
Xəbərlər
Dünən, 14:45

Yağış, şimşək və dolu gəlir - Bu rayonlar diqqətli olsun!

İyunun 13-də gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Ekomuhit.org-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. pizza mizza

Havanın temperaturu gecə 18-21° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların bir qədər intensivləşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 18-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 10-15° isti, gündüz 18-23°, bəzi yerlərdə 25-30° isti olacaq.

Hava Məlumatı
Bakı, Azərbaycan
00:07
☁️
22°C
Buludlu
Bakı, Azərbaycan
57%
Rütubət
22.1 km/s
Külək
40.5 km
Görünüş
754
Təzyiq mmHg
UV 0
UV İndeks
28/21
Maks/Min °C
Hava Keyfiyyəti İndeksi (AQI)
Yaxşı Orta Pis Çox Pis
55
Orta
5 Günlük Proqnoz
Bugün
☁️
28°
21°
Bzr
🌦️
30°
20°
Baz.er
🌧️
25°
20°
Çər.ax
☁️
30°
21°
Çər
🌤️
31°
20°