Bakıda bu ərazilərdə yeni dayanacaq pavilyonları quraşdırıldı – FOTOLAR
Xəbərlər
23-06-2026, 11:08

Bakıda bu ərazilərdə yeni dayanacaq pavilyonları quraşdırıldı – FOTOLAR

Paytaxtın müxtəlif ərazilərində sərnişinlərin uzun müddətdir üzləşdiyi dayanacaq problemi aradan qaldırılıb.

Ekomuhit.org xəbər verir ki, “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi tərəfindən aparılan monitorinqlər və araşdırmalar zamanı Bakı şəhərinin bir sıra ərazilərində avtobus dayanacaqlarında pavilyonların olmadığı müəyyən edilib.

Araşdırmalar zamanı Nizami rayonu, Bəkir Çobanzadə küçəsində yerləşən 109 nömrəli tam orta məktəbin yaxınlığında, Xətai rayonu, 8 Noyabr prospektində AFFA-nın inzibati binasının qarşı tərəfində, eləcə də Xəzər rayonu, Binə qəsəbəsi, Əli İsazadə küçəsində yerləşən 121 nömrəli məktəbin yaxınlığında sərnişinlərin dayanacaq pavilyonu olmadan ictimai nəqliyyatdan istifadə etdiyi məlum olub.

Bununla bağlı “Jurnalistika İnkişaf Mərkəzi” İctimai Birliyi tərəfindən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) rəsmi müraciət ünvanlanıb.

Müraciət əsasında agentlik tərəfindən qeyd olunan ərazilərdə araşdırmalar aparılıb. Araşdırmalar nəticəsində həmin nöqtələrdə dayanacaq pavilyonlarının quraşdırılması üçün zəruri şəraitin mövcud olduğu müəyyən edilib.

Nəticədə İctimai Birliyin təklifi nəzərə alınaraq sözügedən ərazilərdə yeni dayanacaq pavilyonları quraşdırılıb və sərnişinlərin istifadəsinə verilib.

Qeyd edək ki, dayanacaq pavilyonlarının quraşdırılması sərnişinlərin günəşli, yağışlı və küləkli hava şəraitində daha rahat gözləmə imkanına malik olmasına, eyni zamanda ictimai nəqliyyat infrastrukturunun əlçatanlığının və komfortunun artırılmasına xidmət edir.



Hava Məlumatı
Bakı, Azərbaycan
03:34
☀️
25°C
Açıq
Bakı, Azərbaycan
63%
Rütubət
31.8 km/s
Külək
39.3 km
Görünüş
757
Təzyiq mmHg
UV 0
UV İndeks
31/25
Maks/Min °C
Hava Keyfiyyəti İndeksi (AQI)
Yaxşı Orta Pis Çox Pis
13
Yaxşı
5 Günlük Proqnoz
Bugün
🌤️
31°
25°
Çər
34°
25°
Cüm.ax
☁️
30°
26°
Cüm
30°
25°
Şnb
32°
25°