Paytaxtda mikromobillik zolaqlarının uzunluğu 66,6 kilometrə çatdırılıb
Xəbərlər
8-07-2026, 11:58

Paytaxtda mikromobillik zolaqlarının uzunluğu 66,6 kilometrə çatdırılıb

Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir. Məqsəd şəbəkənin davamlılığına nail olmaq və mikromobillik vasitələrindən istifadə edən hərəkət iştirakçılarının təhlükəsizliyini və rahatlığını təmin etməkdir. Kəsintisiz zolağın təşkili üçün mərhələli qaydada velosiped yolları əlaqələndirilir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Ekomuhit.org-a bildirilib ki, hazırda paytaxt ərazisində velosiped yollarının uzunluğu 66,6 kilometrə çatdırılıb.

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”na əsasən mikromobillik zolaqlarının uzunluğunun 100 km-ə çatdırılması planlaşdırılır.

Mikromobillik infrastrukturunun genişləndirilməsi istifadəçi sayının artmasına da müsbət təsir göstərir. Belə ki, cari ilin iyun ayında velosiped və skuterlər 468 min 751 dəfə sifariş edilib. Mikromobillik vasitələrinin sifarişində bu, rekord göstərici hesab olunur. Ötən ay velosiped və skuterdən istifadəçi sayı 238 min 351 nəfər, qət edilən məsafə isə 1 milyon 9 min 172 kilometr təşkil edib.

Hava Məlumatı
Bakı, Azərbaycan
04:04
☀️
25°C
Açıq
Bakı, Azərbaycan
63%
Rütubət
31.5 km/s
Külək
39.3 km
Görünüş
757
Təzyiq mmHg
UV 0
UV İndeks
31/25
Maks/Min °C
Hava Keyfiyyəti İndeksi (AQI)
Yaxşı Orta Pis Çox Pis
13
Yaxşı
5 Günlük Proqnoz
Bugün
🌤️
31°
25°
Çər
34°
25°
Cüm.ax
☁️
30°
26°
Cüm
30°
25°
Şnb
32°
25°