“Qurtuluş 93”ün yamaqlı yolları sürücüləri təngə gətirib – Yığılan pullar hara sərf olunur?
Xəbərlər
7-05-2026, 17:02

“Qurtuluş 93”ün yamaqlı yolları sürücüləri təngə gətirib – Yığılan pullar hara sərf olunur?

Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən “Qurtuluş 93” yaşayış kompleksində yolların vəziyyəti sakinlərin narazılığına səbəb olub.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Whatsapp” ünvanına videomaterial göndərərək ərazidəki problemlə bağlı məlumat verib. Kadrlardan görünür ki, kompleksdaxili yollarda çoxsaylı çuxurlar yaranıb, bəzi hissələr isə qazıldıqdan sonra asfalt örtüyü ilə bərpa edilməyib. Yamaqlı və yararsız vəziyyətdə olan yollar sürücülərin hərəkətini çətinləşdirir.

Şikayətçinin sözlərinə görə, yolun bərbad vəziyyətdə olması avtomobillərin ehtiyat hissələrinə ziyan vurur və sürücülər üçün əlavə xərc yaradır. Görüntülərdən də aydın görünür ki, yol örtüyü ciddi şəkildə aşınıb, müxtəlif hissələrdə çökəklik və dərin çuxurlar əmələ gəlib.

Şikayətçinin iddiasına əsasən, yaşayış kompleksində 100-dən çox bina yerləşir və sakinlərdən aylıq olaraq mənzilin kvadratına uyğun 15-30 manat arası ödəniş yığılır. Buna baxmayaraq, kompleksin yol infrastrukturu və digər kommunal sahələrinin vəziyyətinin qənaətbəxş olmadığı bildirilir.

Sakinlər aidiyyəti qurumlardan yolların əsaslı şəkildə təmir olunmasını və problemin qısa müddətdə həllini tələb edirlər.


Hava Məlumatı
Bakı, Azərbaycan
04:04
☀️
25°C
Açıq
Bakı, Azərbaycan
63%
Rütubət
31.5 km/s
Külək
39.3 km
Görünüş
757
Təzyiq mmHg
UV 0
UV İndeks
31/25
Maks/Min °C
Hava Keyfiyyəti İndeksi (AQI)
Yaxşı Orta Pis Çox Pis
13
Yaxşı
5 Günlük Proqnoz
Bugün
🌤️
31°
25°
Çər
34°
25°
Cüm.ax
☁️
30°
26°
Cüm
30°
25°
Şnb
32°
25°