Kəmaləddin Heydərov Naxçıvanda müşavirə keçirdi - Foto-Video
Xəbərlər / Manşet
1-05-2026, 18:22

Kəmaləddin Heydərov Naxçıvanda müşavirə keçirdi - Foto-Video

Aprelin 30-da fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyində xidməti müşavirə keçirilib.

ekomuhit.org xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası FHN-in fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub.

Müşavirədə nazir Kəmaləddin Heydərov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı sayəsində Naxçıvan Muxtar Respublikası FHN-in maddi-texniki bazasının günün tələbinə və texnologiyaların inkişafı dinamikasına uyğun olaraq daim yeniləndiyini, məhz bunun sayəsində baş verən fövqəladə hadisələrlə uğurla mübarizə aparıldığını diqqətə çatdırıb.

Struktur rəhbərlərinin məruzələrini dinləyən nazir Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin fəaliyyətinin daha da təkmilləşdirilməsi istiqamətində həlli vacib məsələlərə toxunub, müvafiq tapşırıqlarını verib.

Həmin gün fövqəladə hallar naziri Kəmaləddin Heydərov Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi üçün yeni alınmış 5 ədəd “MAZ” markalı yanğınsöndürən avtomobilə baxış keçirib, onların taktiki-texniki göstəriciləri ilə yerində tanış olub.




Hava Məlumatı
Bakı, Azərbaycan
03:34
☀️
25°C
Açıq
Bakı, Azərbaycan
63%
Rütubət
31.8 km/s
Külək
39.3 km
Görünüş
757
Təzyiq mmHg
UV 0
UV İndeks
31/25
Maks/Min °C
Hava Keyfiyyəti İndeksi (AQI)
Yaxşı Orta Pis Çox Pis
13
Yaxşı
5 Günlük Proqnoz
Bugün
🌤️
31°
25°
Çər
34°
25°
Cüm.ax
☁️
30°
26°
Cüm
30°
25°
Şnb
32°
25°