Bu dairədə işıqfor var, “zebra” yoxdur; piydalar çətinlik çəkir - FOTO
Xəbərlər
12-05-2026, 11:42

Bu dairədə işıqfor var, “zebra” yoxdur; piydalar çətinlik çəkir - FOTO

“20 Yanvar” dairəsində piyadaların hərəkəti ilə bağlı mövcud vəziyyət narazılığa səbəb olub. Ərazidə demək olar ki, bütün istiqamətlər üzrə svetoforların olmasına baxmayaraq, piyada keçidlərini göstərən “zebra” xətlərinin olmaması diqqət çəkir.

ekomuhit.org xəbər verir ki, bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev məlumat yayıb.

Onun sözlərinə görə, dairənin müxtəlif istiqamətlərində artıq təhlükəsizlik adacıqları formalaşdırılıb. Buna baxmayaraq, piyadaların təhlükəsiz və nizamlı şəkildə hərəkəti üçün zəruri olan “zebra” keçidlərinin təşkil edilmədiyi müşahidə olunur.

Şəkildə göstərilən istiqamətlər üzrə dairə boyunca zebra keçidlərinin çəkilməsi həm piyadaların rahat hərəkətinə şərait yaradar, həm də nizamsız keçidlərin qarşısını alar. Xüsusilə avtobus dayanacaqlarından düşərək yolun digər tərəfinə keçən vətəndaşlar üçün bu addımın vacib olduğu vurğulanıb.

Nəqliyyat eksperti hesab edir ki, piyada keçidlərinin təşkili ərazidə təhlükəsizliyin artırılmasına, nəqliyyat və piyada axınının daha nizamlı idarə olunmasına müsbət təsir göstərə bilər.


Hava Məlumatı
Bakı, Azərbaycan
05:04
🌤️
25°C
Əsasən açıq
Bakı, Azərbaycan
63%
Rütubət
30.8 km/s
Külək
39.4 km
Görünüş
757
Təzyiq mmHg
UV 0
UV İndeks
31/25
Maks/Min °C
Hava Keyfiyyəti İndeksi (AQI)
Yaxşı Orta Pis Çox Pis
42
Yaxşı
5 Günlük Proqnoz
Bugün
🌤️
31°
25°
Çər
34°
25°
Cüm.ax
☁️
30°
26°
Cüm
30°
25°
Şnb
32°
25°