Yeniyetmələr onlara siqaret verməyən kişini daşqalaq etdi – Polis 4 nəfəri saxladı - VİDEO
Cəmiyyət
5-06-2026, 09:10

Yeniyetmələr onlara siqaret verməyən kişini daşqalaq etdi – Polis 4 nəfəri saxladı - VİDEO

Yeniyetmələr onlara siqaret verməyən kişini daşqalaq edib. 

 Beləki, Rusiyanın Buratiya Respublikasında baş verən hadisə bir binanın müşahidə kamerası tərəfindən anbaan qeydə alınıb.

Məlumata görə, 15-16 yaşlarında olan bir qrup yeniyetmə yoldan keçən bir şəxsdən siqaret istəyiblər, lakin kişi onlara siqaret verməkdən imtina edib. Bundan sonra tərəflər arasında başlayan mübahisə qısa müddətdə təqib və fiziki zorakılığa çevrilib. Yeniyetmələr qaçmağa çalışan kişini daş ataraq təqib ediblər. Hadisə zamanı yol kənarında dayanan bir neçə park edilmiş avtomobilə də ciddi ziyan dəyib.

Hücumda iştirak edən yeniyetmələrdən dördü artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Hazırda polis saxlanılan yeniyetmələr və onların valideynləri ilə dindirilmə və profilaktiki işlər aparır. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam edir.

Sözügedən hadisənin videosunu təqdim edirik:

Hava Məlumatı
Bakı, Azərbaycan
05:04
🌤️
25°C
Əsasən açıq
Bakı, Azərbaycan
63%
Rütubət
30.8 km/s
Külək
39.4 km
Görünüş
757
Təzyiq mmHg
UV 0
UV İndeks
31/25
Maks/Min °C
Hava Keyfiyyəti İndeksi (AQI)
Yaxşı Orta Pis Çox Pis
42
Yaxşı
5 Günlük Proqnoz
Bugün
🌤️
31°
25°
Çər
34°
25°
Cüm.ax
☁️
30°
26°
Cüm
30°
25°
Şnb
32°
25°