Maştağada "toxunulmaz" Faiqin Tikinti Özbaşınalığı - “yaşayış evi” adı altında tikilən obyektə icra başçısı nədən göz yumur?/VİDEO
Maştağada Qanunsuz Tikinti - Qanun Hamı Üçün Eyni Deyilmi? - Sabunçu rayonu Maştağa qəsəbəsində, icra nümayəndəliyinin yaxınlığında aparılan tikinti işləri ciddi suallar doğurur. Ən maraqlısı isə budur ki, şəhərsalma ilə bağlı rəsmi məlumat bazalarında həmin obyektə dair heç bir məlumata rast gəlinmir. Bəs bu tikinti hansı əsasla aparılır? Kim icazə verib? Hansı qurum nəzarət edir?
Əgər ortada rəsmi icazə yoxdursa, deməli burada ya qanun açıq şəkildə pozulur, ya da hansısa “toxunulmaz əl” prosesə himayədarlıq edir. Çünki adi vətəndaş həyətində bir daş qoyanda qarşısına çıxan qurumlar, görünür, iri tikinti məsələsində müəmmalı şəkildə susmağa üstünlük verir.
Bu gün Maştağada baş verən qanunsuz tikinti fəaliyyəti, sabah başqa ərazilərdə daha təhlükəli nəticələrə səbəb ola bilər. Çünki qanunsuz tikinti sadəcə beton və daş deyil — bu, insanların təhlükəsizliyinə, şəhərsalma normalarına və dövlət qanunlarına açıq hörmətsizlikdir.Ən acınacaqlısı isə odur ki, bəzi hallarda qanunsuz tikintilər illərlə göz görə-görə davam edir, sonda isə “qanuniləşdirilir”. Belə olan halda vətəndaşda haqlı sual yaranır: qanun sadəcə kasıblar üçünmü işləyir? Redaksiyamıza daxil olan məlumata görə, tikinti işlərini Faiq adlı sahibkar həyata keçirir.
Məlumatlara əsasən, uzun illərdir sahibkarlıqla məşğul olan Faiq adlı şəxs əvvəllər də yaxın ərazidə “yaşayış evi” adı altında tikinti aparıb, lakin sonradan obyektə çevirərək icarəyə verib. Əvvəllər “yaşayış evi” adı ilə tikilən obyekt sonradan topdan və pərakəndə satış məntəqəsinə çevrilib.İndi isə həmin şəxsin yaxınlıqdakı kiçik evləri alaraq onları mərhələli şəkildə kommersiya obyektinə çevirdiyi iddia olunur.İndi isə eyni ssenarinin yenidən təkrarlanacağı bildirilir. Patriot.az Qarşı tərəfin cavab haqqını tanıyırıq