Prezident İrəvandakı sammitə onlayn qoşulacaq
Cəmiyyət
4-05-2026, 10:25

Prezident İrəvandakı sammitə onlayn qoşulacaq

Azərbaycan Prezidenti İlham Əliyev bu gün videoəlaqə vasitəsilə İrəvanda keçirilən "Avropa Siyasi Birliyi"nin VIII sammitinə qoşulacaq.

ekomuhit.org "Report"a istinadən xəbər verir ki, açılış sessiyasında Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının prezidenti Antoniu Koşta, Ukrayna Prezidenti Volodimir Zelenski və Kanadanın Baş naziri Mark Karninin çıxışları nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Prezidenti "Avropa Siyasi Birliyi"nin sammitlərində mütəmadi olaraq iştirak edir. Sonuncu dəfə İlham Əliyev Birliyin Tirana və Kopenhagendə keçirilmiş sammitlərinə qatılmışdı.

Xatırladaq ki, 2028-ci ildə "Avropa Siyasi Birliyi"nin sammiti Azərbaycanda keçiriləcək.

Hava Məlumatı
Bakı, Azərbaycan
05:04
🌤️
25°C
Əsasən açıq
Bakı, Azərbaycan
63%
Rütubət
30.8 km/s
Külək
39.4 km
Görünüş
757
Təzyiq mmHg
UV 0
UV İndeks
31/25
Maks/Min °C
Hava Keyfiyyəti İndeksi (AQI)
Yaxşı Orta Pis Çox Pis
42
Yaxşı
5 Günlük Proqnoz
Bugün
🌤️
31°
25°
Çər
34°
25°
Cüm.ax
☁️
30°
26°
Cüm
30°
25°
Şnb
32°
25°