Su polisi vətəndaşın şikayətini araşdırır - FOTO
Cəmiyyət
15-07-2026, 10:40

Su polisi vətəndaşın şikayətini araşdırır - FOTO

Son zamanlar Şüvəlanın Xəzər dənizinə yaxın ərazisində - Mayak deyilən yerdə vətəndaşların səs-küy salmaları, ərazini çirkləndirmələri, suda batma halları artıb.

Ekomuhit.org xəbər verir ki, bu barədə vətəndaş R.Rzayev Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinə müraciət edib.

Vətəndaşın sözlərinə görə, bununla bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) sorğular verilib, nəticədə əraziyə lövhələr qoyulub. Lakin sonradan naməlum şəxslər tərəfindən sökülərək götürülüb. Sonradan isə təkrar olaraq həmin əraziyə lövhələr qoyulub.

Hazırda şikayətlə bağlı müvafiq orqanlara sorğular verilib, təhqiqat bölməsində araşdırma aparılır.

Qeyd edək ki, rəsmi qurumlar tərəfindən vətəndaşlara qadağan olunmuş ərazilərdə çimməmələri tövsiyə edilir.

Hava Məlumatı
Bakı, Azərbaycan
02:54
☀️
25°C
Açıq
Bakı, Azərbaycan
63%
Rütubət
31.8 km/s
Külək
39.3 km
Görünüş
757
Təzyiq mmHg
UV 0
UV İndeks
31/25
Maks/Min °C
Hava Keyfiyyəti İndeksi (AQI)
Yaxşı Orta Pis Çox Pis
62
Orta
5 Günlük Proqnoz
Bugün
🌤️
31°
25°
Çər
34°
25°
Cüm.ax
☁️
30°
26°
Cüm
30°
25°
Şnb
32°
25°