Suraxanıda avtomobillər yoxlanıldı; 8 sürücüyə PROTOKOL TƏRTİB EDİLİB
Cəmiyyət
8-05-2026, 12:35

Suraxanıda avtomobillər yoxlanıldı; 8 sürücüyə PROTOKOL TƏRTİB EDİLİB

Bu gün Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən “Təmiz hava” aylığı çərçivəsində profilaktiki tədbir keçirilib.

ekomuhit.org xəbər verir ki, tədbirdə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da iştirak edib.

 Yoxlamalar zamanı 17 nəqliyyat vasitəsindən ixrac olunan zəhərli qazın miqdarı yoxlanılıb. Nəticədə cəmi 4 sürücünün qaydaları kobud şəkildə pozduğu aşkarlanıb. Onların barəsində inzibati qaydada cərimə tətbiq edilib. Zəhərli qazların miqdarı normadan bir az artıq olan sürücülərə isə xəbərdarlıq olunub.

Bakı şəhər DYP İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli nəqliyyat vasitələrini saz vəziyyətdə saxlayan sürücülərlə maarifləndirici söhbət aparıb və onlara təşəkkür edib. Qeyd olunub ki, ətraf mühitin qorunması hər kəsin borcudur, sürücülər isə idarə etdiyi nəqliyyat vasitəsindən ixrac olunan zərərli qazların miqdarının normalar çərçivəsində olmasına nəzarət etməli, avtomobili saz vəziyyətdə saxlamalıdır.

Sürücülərlə söhbət zamanı məlum olub ki, sürücülər avtomobillərinin sazlığına vaxtında qulluq və qaydalar çərçivəsində idarə etməklə nail olublar. Avtosfer.az

Hava Məlumatı
Bakı, Azərbaycan
04:04
☀️
25°C
Açıq
Bakı, Azərbaycan
63%
Rütubət
31.5 km/s
Külək
39.3 km
Görünüş
757
Təzyiq mmHg
UV 0
UV İndeks
31/25
Maks/Min °C
Hava Keyfiyyəti İndeksi (AQI)
Yaxşı Orta Pis Çox Pis
13
Yaxşı
5 Günlük Proqnoz
Bugün
🌤️
31°
25°
Çər
34°
25°
Cüm.ax
☁️
30°
26°
Cüm
30°
25°
Şnb
32°
25°