DİN əməkdaşları silah -sursat ələ keçirdi, 80 nəfər saxlanıldı /RƏSMİ
Manşet
4-05-2026, 12:01

DİN əməkdaşları silah -sursat ələ keçirdi, 80 nəfər saxlanıldı /RƏSMİ

Azərbaycanda cəmi 48 saat ərzində görün nələr baş verib... Həftəsonu Azərbaycan polisi cinayətkar aləmin yuxusuna haram qatıb.

ekomuhit.org Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən daxil olan son məlumatlar göstərir ki, mayın 2-si və 3-də ölkə ərazisində asayişin qorunması istiqamətdə əməliyyat dalğası həyata keçirilib. Polis əməkdaşlarının peşəkarlığı sayəsində cəmi 2 gün ərzində 80 yeni cinayət faktının isti izlərlə qarşısı alınıb. İllərlə bağlı qalan və açılmayan 15 cinayət işinin düyünü məhz bu həftəsonu çözülüb. Qanun qarşısında cavab verməkdən qaçan, axtarışda olan tam 80 nəfər saxlanılaraq dəmir barmaqlıqlar arasına göndərilib. Onların arasında borca görə gizlənən 49 "qaçaq" da var.

Vətəndaşların etibarından sui-istifadə edib pulunu mənimsəyən dələduzlar üçün də yolun sonu görünüb. Belə ki, həyata keçirilən nöqtəvi əməliyyatlarla 13 dələduz istintaqa təhvil verilib. Digər tərəfdən, "ağ ölüm" tacirlərinə “sığal” çəkilib - 7 kiloqram 300 qram narkotik vasitə dövriyyədən çıxarılıb, 31 fakt üzrə cinayət işi başlanıb.

Paytaxt və bölgələrdə keçirilən profilaktik tədbirlər zamanı əsl kiçik cəbbəxana aşkarlanıb. Cəmi 2 gündə 7 avtomat, 2 tüfəng və xeyli sayda patronun küçələrdə gəzdirilməsinin qarşısı alınıb.

Hava Məlumatı
Bakı, Azərbaycan
03:34
☀️
25°C
Açıq
Bakı, Azərbaycan
63%
Rütubət
31.8 km/s
Külək
39.3 km
Görünüş
757
Təzyiq mmHg
UV 0
UV İndeks
31/25
Maks/Min °C
Hava Keyfiyyəti İndeksi (AQI)
Yaxşı Orta Pis Çox Pis
13
Yaxşı
5 Günlük Proqnoz
Bugün
🌤️
31°
25°
Çər
34°
25°
Cüm.ax
☁️
30°
26°
Cüm
30°
25°
Şnb
32°
25°