Əlverişsiz hava dalğası yaxınlaşır – Azərbaycanı nə gözləyir?
Ekologiya
24-06-2026, 12:00

Əlverişsiz hava dalğası yaxınlaşır – Azərbaycanı nə gözləyir?

Avropanı cənginə alan rekord istilər nəticəsində azı 18 nəfər həyatını itirib. Sinoptiklərin məlumatına görə, anomal isti hava dalğası İspaniya, İtaliya, Böyük Britaniya və digər Avropa ölkələrini əhatə edib.

Bəs Avropada müşahidə olunan rekord istilər Azərbaycana da təsir edə bilərmi?

Ekomuhit.org bildirir ki, Globalinfo.az-a danışan iqlimşünas Məhərrəm Mehdiyev deyib ki, bu suala konkret cavab vermək çox çətindir:

“Çünki havanın necə olacağını dəqiq proqnozlaşdırmaq mümkün deyil. Bununla belə, elmi müşahidələrə və iqlim meyillərinə əsaslanaraq müəyyən ehtimallar irəli sürmək olar. Məlumdur ki, son illərdə Azərbaycanda orta illik temperatur yüksəlməkdədir. Bu, iqlim dəyişikliyinin təsirlərindən biridir və artıq elmi araşdırmalarla da təsdiqlənir. Lakin yaxın perspektivdə Azərbaycanda Avropanın bəzi ölkələrində müşahidə olunan rekord səviyyədə istilərin hökm sürəcəyini qəti şəkildə söyləmək çətindir”.

İqlimşünasın qənaətinə görə, bu ilin iyun ayındakı hava şəraiti ötən ilin analoji dövrünə bənzəyəcək:

“Ayrı-ayrı günlərdə temperatur fərqləri və ya isti günlərin sayı dəyişə bilər, lakin ümumi mənzərə baxımından ciddi fərqlər gözlənilmir. Avropada son dövrlərdə qeydə alınan rekord istilər isə təkcə mövsümi dəyişikliklərlə izah edilmir. Burada qlobal iqlim dəyişikliyi ilə yanaşı, atmosfer prosesləri, yüksək təzyiq sistemləri və digər meteoroloji amillər də mühüm rol oynayır. Məhz bu səbəbdən bəzi Avropa ölkələrində temperatur rekord həddə yüksəlir. Azərbaycanda da istilərin tədricən artması ehtimalı var. Ancaq hazırkı məlumatlar əsasında Avropadakı kimi ekstremal temperatur göstəricilərinin mütləq şəkildə təkrarlanacağını demək doğru olmaz”.

Hava Məlumatı
Bakı, Azərbaycan
02:54
☀️
25°C
Açıq
Bakı, Azərbaycan
63%
Rütubət
31.8 km/s
Külək
39.3 km
Görünüş
757
Təzyiq mmHg
UV 0
UV İndeks
31/25
Maks/Min °C
Hava Keyfiyyəti İndeksi (AQI)
Yaxşı Orta Pis Çox Pis
62
Orta
5 Günlük Proqnoz
Bugün
🌤️
31°
25°
Çər
34°
25°
Cüm.ax
☁️
30°
26°
Cüm
30°
25°
Şnb
32°
25°