Açıqlanan son rəsmi məlumata görə, daimi yaşamaq üçün il ərzində xarici ölkələrə 2 min 298 nəfər Azərbaycan vətəndaşı köç edib.
MDB məkanına gedənlərin ümumi sayı 921 nəfər təşkil edib. Digər xarici ölkələrə köç edənlərin sayı isə 1 377 nəfər olub.
Rəsmi statistikanın açıqlandığı son bir il ərzində Azərbaycandan daimi yaşamaq üçün gedənlərin sayı ölkələr üzrə aşağıdakı kimi olub:
Rusiya – 707 nəfər
Türkiyə – 457 nəfər
ABŞ – 134 nəfər
Almaniya – 101 nəfər
Qazaxıstan – 79 nəfər
Gürcüstan – 75 nəfər
Özbəkistan – 60 nəfər
Böyük Britaniya – 52 nəfər
Türkmənistan – 41 nəfər
Polşa – 32 nəfər
İsrail – 26 nəfər
Latviya – 17 nəfər
Estoniya – 13 nəfər
Litva – 13 nəfər
Belarus – 12 nəfər
Qırğızıstan – 10 nəfər
Moldova – 6 nəfər
Ukrayna – 5 nəfər
Yunanıstan – 4 nəfər
Pakistan – 3 nəfər
Tacikistan – 1 nəfər
Digər xarici ölkələr – 450 nəfər