Azərbaycan Polisi 108 yaşını qeyd edir
Manşet
2-07-2026, 03:07

Azərbaycan Polisi 108 yaşını qeyd edir

Bu gün Azərbaycan Polisinin yaradılmasının 108-ci ildönümü qeyd olunur.

Ekomuhit.org xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il iyulun 2-də qəbul etdiyi qərarla ölkədə polis orqanlarının əsası qoyulub.

Həmin tarixdən etibarən polis xidməti dövlətçiliyin və hüquq-mühafizə sisteminin əsas sütunlarından birinə çevrilib.

Azərbaycan polisi asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, eləcə də ölkədə təhlükəsizliyin təmin olunması istiqamətində fəaliyyət göstərir.

Müstəqillik dövründə polis orqanlarının maddi-texniki bazası gücləndirilib, kadr hazırlığı təkmilləşdirilib və xidmət müasir tələblərə uyğun inkişaf etdirilib.

Qeyd edək ki, hər il iyulun 2-si Azərbaycanda Polis Günü kimi qeyd olunur. Bu münasibətlə daxili işlər orqanlarının əməkdaşları və veteranları peşə bayramlarını qeyd edirlər.

Hava Məlumatı
Bakı, Azərbaycan
04:04
☀️
25°C
Açıq
Bakı, Azərbaycan
63%
Rütubət
31.5 km/s
Külək
39.3 km
Görünüş
757
Təzyiq mmHg
UV 0
UV İndeks
31/25
Maks/Min °C
Hava Keyfiyyəti İndeksi (AQI)
Yaxşı Orta Pis Çox Pis
13
Yaxşı
5 Günlük Proqnoz
Bugün
🌤️
31°
25°
Çər
34°
25°
Cüm.ax
☁️
30°
26°
Cüm
30°
25°
Şnb
32°
25°