ekomuhit.org Vətəninfo.az-a istinadən xəbər verir ki, şikayətçi ictimai fəal Ramil Əliyev saytımıza müraciət edərək bildirib ki, hadisə dünən səhər saatlarında baş verib. Onun sözlərinə görə, restoranda sifariş etdikləri səhər yeməyi zamanı təqdim olunan pendirin içərisindən saç tükü çıxıb.
Şikayətçi qeyd edir ki, məsələ ilə bağlı restoran əməkdaşlarına iradını bildirsə də, qarşı tərəf bunu ciddi problem kimi qəbul etməyib və adi hal kimi qiymətləndirib.
Ramil Əliyev əlavə edib ki, baş verən hadisədən sonra onlar yeməkdən imtina edərək hesabı ödəyib restorandan ayrılıblar.