Bakıda bəzi evlər SÖKÜLƏCƏK - qərar verildi
Xəbərlər
14-05-2026, 13:55

Bakıda bəzi evlər SÖKÜLƏCƏK - qərar verildi

"Bakının Xətai rayonu ərazisində su kollektorunun üzərində tikilmiş 22 ev müəyyən edilib".

ekomuhit.org "Report"a istinadən xəbər verir ki, bunu Xətai rayon prokuroru Sərdar İmanov deyib.

Onun sözlərinə görə, araşdırma zamanı məlum olub ki, həmin evlər vaxtilə su idarəsinin də razılığı ilə tikilib:

"Lakin o evlərinin tikildiyi ərazidən magistral su xətti keçir. Bu səbəbdən NZS qəsəbəsindəki 22 evin sökülməsi və kompensasiya verilməsi təmin ediləcək. Hazırda sakinlərin razılığı ilə evlərin köçürülməsi istiqamətində iş gedir. Keşlə və NZS qəsəbələrində müasir kollektor çəkilir ki, gələcəkdə problem olmasın. Bəziləri orada qanunsuz torpaq zəbt edərək ev tikib və illərdir ki, orada yaşayırlar. Biz də tərəfdarı deyilik ki, 20 il əvvəl tikilmiş evlər sökülsün. Ona görə də həmin evlərin hissə-hissə rəsmiləşdirilməsi həyata keçirilir".

Hava Məlumatı
Bakı, Azərbaycan
03:34
☀️
25°C
Açıq
Bakı, Azərbaycan
63%
Rütubət
31.8 km/s
Külək
39.3 km
Görünüş
757
Təzyiq mmHg
UV 0
UV İndeks
31/25
Maks/Min °C
Hava Keyfiyyəti İndeksi (AQI)
Yaxşı Orta Pis Çox Pis
13
Yaxşı
5 Günlük Proqnoz
Bugün
🌤️
31°
25°
Çər
34°
25°
Cüm.ax
☁️
30°
26°
Cüm
30°
25°
Şnb
32°
25°