Bulvar ərazisi yenə satılır: Ağacları kəsib obyektə çevirirlər - VİDEO
Problem / Manşet
13-05-2026, 14:43

Bulvar ərazisi yenə satılır: Ağacları kəsib obyektə çevirirlər - VİDEO

Sumqayıt şəhərində Bulvar ərazisində ağacların kəsildiyi və həmin ərazidə tikinti işlərinin aparıldığı iddia olunur.

ekomuhit.org Avtosfer.az-a istinadən xəbər verir ki, bununla bağlı sakinlər narazılıqlarını ifadə edərək məsələni ictimailəşdirməyi xahiş ediblər. İddialara görə, “Levent” yaşayış kompleksi ilə üzbəüz yerləşən ərazidə ağaclar qırılıb və yerində obyekt tikintisinə başlanılıb.

Sakinlərin sözlərinə görə, son günlər əraziyə xüsusi texnikalar cəlb olunub və müəyyən ağaclar ərazidən götürülüb. Onlar hesab edirlər ki, Bulvar ərazisində yaşıllıq sahələrinin azalması ekoloji baxımdan ciddi narahatlıq yaradır.

Vətəndaşlar aidiyyəti qurumların məsələni araşdırmasını, tikinti işlərinin qanunvericiliyin tələblərinə uyğun aparılıb-aparılmadığına aydınlıq gətirilməsini istəyirlər.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt Bulvarı ərazisində ağacların kəsilməsi və tikinti işləri ilə bağlı sosial şəbəkələrdə yayılan məlumat araşdırılıb. Məlum olub ki, ərazi iaşə obyektinin tikintisi üçün icarəyə verilib.

2025-ci ilin sentyabr ayında keçirilən yoxlama zamanı ağac və kolların kəsildiyi aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib olunaraq təqsirkar şəxs 10 min manat cərimə edilib. Təbiətə 4320 manat məbləğində ziyan dəydiyi müəyyən olunub.

Hava Məlumatı
Bakı, Azərbaycan
02:54
☀️
25°C
Açıq
Bakı, Azərbaycan
63%
Rütubət
31.8 km/s
Külək
39.3 km
Görünüş
757
Təzyiq mmHg
UV 0
UV İndeks
31/25
Maks/Min °C
Hava Keyfiyyəti İndeksi (AQI)
Yaxşı Orta Pis Çox Pis
62
Orta
5 Günlük Proqnoz
Bugün
🌤️
31°
25°
Çər
34°
25°
Cüm.ax
☁️
30°
26°
Cüm
30°
25°
Şnb
32°
25°