Polislər sel tutmuş yollarda sürücülərə yardıma tələsdi - VİDEO
Xəbərlər
18-05-2026, 05:33

Polislər sel tutmuş yollarda sürücülərə yardıma tələsdi - VİDEO

Bakıda normadan artıq yağışlı hava şəraiti müşahidə olunub. Yağışlı hava Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) açılış gününə təsadüf etsə də, ictimai asayişin fasiləsiz qorunması təmin edilib.

ekomuhit.org qafqazinfo-ya istinadən xəbər verir ki, hava şəraiti səbəbindən əsas güc polislərin üzərinə düşüb.

Belə ki, yağıntı səbəbindən yaranan nəqliyyat sıxlığının aradan qaldırılması, tədbir iştirakçılarının təhlükəsiz və rahat hərəkəti üçün polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparıblar.

Yerüstü və yeraltı piyada keçidlərinə, giriş-çıxış istiqamətlərinə, eləcə də, nəqliyyat vasitələrinin parklanmasına nəzarət gücləndirilib. Tədbir iştirakçılarına istiqamətvermə, BOS ərazisinə buraxılış və hərəkətin tənzimlənməsi istiqamətində zəruri dəstək göstərilib.

İntensiv yağışın fəsadlarının qarşısının alınması məqsədilə koordinasiyalı fəaliyyət həyata keçirilib, suyun kənarlaşdırılması, təxliyə və xilasetmə tədbirlərinə dəstək üçün bütün mümkün vasitələrdən istifadə olunub.

Görülən qabaqlayıcı və operativ tədbirlər nəticəsində tədbir müddətində ictimai qayda, təhlükəsizlik və hərəkətin fasiləsizliyi təmin edilib.

Hava Məlumatı
Bakı, Azərbaycan
07:59
🌤️
27°C
Əsasən açıq
Bakı, Azərbaycan
55%
Rütubət
31.7 km/s
Külək
40.4 km
Görünüş
758
Təzyiq mmHg
UV 2
UV İndeks
31/25
Maks/Min °C
Hava Keyfiyyəti İndeksi (AQI)
Yaxşı Orta Pis Çox Pis
46
Yaxşı
5 Günlük Proqnoz
Bugün
🌤️
31°
25°
Çər
34°
25°
Cüm.ax
☁️
30°
25°
Cüm
30°
24°
Şnb
🌤️
32°
25°