Bu ərazilərdə çoxmərtəbəli binalar tikmək olmaz! - ŞOK XƏBƏRDARLIQ
Xəbərlər
15-05-2026, 18:02

Bu ərazilərdə çoxmərtəbəli binalar tikmək olmaz! - ŞOK XƏBƏRDARLIQ

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib ki, Bayıldakı sürüşmə zonasında fundamental işlər aparmaq lazımdır. O bildirib ki, hazırda əhali oradan köçürüldüyü üçün ciddi təhlükə yoxdur.

“Bibiheybət və Badamdarda bərkitmə işlərinin aparılması üçün təkliflər verilib. Bina tikintisində təhlükəsizlik məsələlərinə ciddi diqqət göstərilməlidir. Tikinti elə aparılmalıdır ki, gələcəkdə seysmik risk minimuma düşsün, güclü dağıntılar və insan tələfatı olmasın”, - deyə Qurban Yetirmişli vurğulayıb.

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin Torpaqşünaslıq və daşınmaz əmlakın kadastrı kafedrasının baş müəllimi, aqrar elmlər üzrə fəlsəfə doktoru Qismət Xanbabayev Musavat.com-a mövzunu şərh edib.

Onun sözlərinə əsasən, sürüşmə zonaları relyefin elə hissələrindədir ki, relyefin meyillilik bucağı 30-35-40 dərəcədən yüksək olur:

“Torpağın, süxurun tərkibindən asılı olaraq müxtəlif hidrogeoloji proseslər gedə bilər. Əgər torpağın süxurları bərkdirsə, sürüşmə prosesi nisbətən zəif olur. Əksinə, əgər yüngül mexaniki hissəciklərdən - qum, gildən ibarətdirsə, yeraltı suların axını ilə sürüşmə riski nisbətən yüksək olur. Abşeron yarımadası, xüsusilə Bakının Yasamal, Bayıl, Səbail, Qaradağ rayonları ərazisində çöküntü süxurları üstünlük təşkil etdiyi üçün sürüşmə ehtimalı daha çoxdur. Yasamal rayonundan başlayaraq Bakı buxtasına qədər yeraltı sular Xəzər dənizinə istiqamətlənib. Bu ərazilərdə genişmiqyaslı, çoxmərtəbəli tikintilərin aparılması məqsədəuyğun deyil”.

Mütəxəssis vurğulayıb ki, sürüşmə riski olan ərazilərdə fitomeliorativ tədbirlər görülməlidir:

“Sürüşmə riski olan ərazilərdə kökü dərinə işləyən bitki və ağac növləri əkilməlidir. Məsələn, küknarın, şamın kökü səthə yayılır. Kol bitkilərinin kökləri isə həm dərinə, həm də kənara şaxələnir, torpaqqoruyucu, suqoruyucu xüsusiyyətləri yüksək dərəcədədir. Sürüşmə riski olan ərazilərdə çoxmərtəbəli tikintilər aparılmamalıdır, ən yaxşı halda 5 mərtəbəli yaşayış binası tikmək olar. Amma onların ətrafında qoruyucu zolaqlar salınmalıdır. Həmçinin, örtülü dren şəbəkəsi qurulmalıdır. Drenlər yeraltı suların kənarlaşdırılması üçün əsas vasitələrdən biridir”.

Hava Məlumatı
Bakı, Azərbaycan
02:54
☀️
25°C
Açıq
Bakı, Azərbaycan
63%
Rütubət
31.8 km/s
Külək
39.3 km
Görünüş
757
Təzyiq mmHg
UV 0
UV İndeks
31/25
Maks/Min °C
Hava Keyfiyyəti İndeksi (AQI)
Yaxşı Orta Pis Çox Pis
62
Orta
5 Günlük Proqnoz
Bugün
🌤️
31°
25°
Çər
34°
25°
Cüm.ax
☁️
30°
26°
Cüm
30°
25°
Şnb
32°
25°