Türkiyəyə gedənlər üçün ŞAD XƏBƏR
Xəbərlər
1-05-2026, 19:06

Türkiyəyə gedənlər üçün ŞAD XƏBƏR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cari ilin 31 dekabrınadək yerləşmə (yaşayış) vergisinin mövcud olan 2 faizdən 1 faizə salınması haqqında sərəncam imzalayıb.

ekomuhit.org xəbər verir ki, müvafiq sənəd 1 may cümə günü hökumətin rəsmi mətbuat orqanı sayılan "Resmi Gazete"də yayımlanıb və elan edildiyi andan etibarən qüvvəyə minib.

İctimaiyyət arasında "turist vergisi" adlandırılan yaşayış rüsumu Türkiyə ərazisində 2023-cü ilin 1 yanvar tarixindən etibarən tətbiq olunur. Bu vəsait mehmanxana, motel, kempinq və digər müvəqqəti yaşayış obyektlərində tutulur. Vergi rəsmi qaydada obyekt sahibi tərəfindən ödənilsə də, reallıqda həmin məbləğ turun dəyərində və ya müştərinin yekun çekində öz əksini tapır. Pansionat, yataqxana və düşərgələrdə qalan tələbələr, o cümlədən Türkiyədə diplomatik statusla fəaliyyət göstərən nümayəndəliklərin və beynəlxalq qurumların akkreditasiyadan keçmiş işçiləri bu ödənişdən azad ediliblər.

Hava Məlumatı
Bakı, Azərbaycan
04:04
☀️
25°C
Açıq
Bakı, Azərbaycan
63%
Rütubət
31.5 km/s
Külək
39.3 km
Görünüş
757
Təzyiq mmHg
UV 0
UV İndeks
31/25
Maks/Min °C
Hava Keyfiyyəti İndeksi (AQI)
Yaxşı Orta Pis Çox Pis
13
Yaxşı
5 Günlük Proqnoz
Bugün
🌤️
31°
25°
Çər
34°
25°
Cüm.ax
☁️
30°
26°
Cüm
30°
25°
Şnb
32°
25°