Qarabağda davam edən yol-nəqliyyat infrastrukturu layihələrinin SİYAHISI
Xəbərlər
19-05-2026, 12:21

Qarabağda davam edən yol-nəqliyyat infrastrukturu layihələrinin SİYAHISI

Qarabağda davam edən yol-nəqliyyat infrastrukturu layihələrinin siyahısı açıqlanıb.

ekomuhit.org xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov WUF13 çərçivəsində Azərbaycan pavilyonunda "Münaqişədən sonrakı şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı məlumat verib.

O qeyd edib ki, 77.6 kilometrlik Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolu, 33.8 km-lik Suqovuşan-Kəlbəcər-Ağdərə-Ağdam avtomobil yolu, 13.9 km-lik Əsgəran-Xocalı-Xankəndi avtomobil yolu, 22.1 km-lik Bərdə-Ağdam-Əsgəran avtomobil yolunun tikinti işləri davam edir:

"24.2 km-lik Tərtər-Ağdərə avtomobil yolu yenidən qurulur. Xankəndi şəhərində 19.6 km-lik daxili yolların tikintisinin I mərhələsi çərçivəsində işlər aparılır".

Hava Məlumatı
Bakı, Azərbaycan
04:04
☀️
25°C
Açıq
Bakı, Azərbaycan
63%
Rütubət
31.5 km/s
Külək
39.3 km
Görünüş
757
Təzyiq mmHg
UV 0
UV İndeks
31/25
Maks/Min °C
Hava Keyfiyyəti İndeksi (AQI)
Yaxşı Orta Pis Çox Pis
13
Yaxşı
5 Günlük Proqnoz
Bugün
🌤️
31°
25°
Çər
34°
25°
Cüm.ax
☁️
30°
26°
Cüm
30°
25°
Şnb
32°
25°