Xırdalan parkında təhlükəli vəziyyət: Naqillərin üzəri açıq qalıb - VİDEO
Xəbərlər
25-05-2026, 09:10

Xırdalan parkında təhlükəli vəziyyət: Naqillərin üzəri açıq qalıb - VİDEO

Xırdalan şəhərində yaşayan sakinlərdən biri parkda mövcud olan təhlükəli vəziyyətlə bağlı videogörüntü qeydə alaraq Avtosfer.az-ın qaynar xəttinə göndərib. Sakinin sözlərinə görə, parkın ərazisində elektrik naqilləri açıq vəziyyətdə qalıb. Həmin naqillərin bir hissəsi elektrik şitinin üzərində, digər hissəsi isə birbaşa ağacın gövdəsində açıq formada yerləşdirilib.

Düzdür, hazırda həmin naqillərdə elektrik cərəyanının olub-olmaması məlum deyil. Lakin buna baxmayaraq, açıq vəziyyətdə qalan naqillər sakinlərdə ciddi narahatlıq yaradır. Xüsusilə uşaqların sıx istifadə etdiyi park ərazisində belə mənzərənin təhlükəli olduğu bildirilir.

Sakinlər aidiyyəti qurumlardan problemin qısa zamanda aradan qaldırılmasını, naqillərin təhlükəsizlik standartlarına uyğun şəkildə izolyasiya olunmasını və park ərazisində nəzarətin gücləndirilməsini xahiş edirlər.

Hava Məlumatı
Bakı, Azərbaycan
06:51
🌤️
26°C
Əsasən açıq
Bakı, Azərbaycan
60%
Rütubət
31.2 km/s
Külək
39.8 km
Görünüş
758
Təzyiq mmHg
UV 1
UV İndeks
31/25
Maks/Min °C
Hava Keyfiyyəti İndeksi (AQI)
Yaxşı Orta Pis Çox Pis
50
Yaxşı
5 Günlük Proqnoz
Bugün
🌤️
31°
25°
Çər
34°
25°
Cüm.ax
☁️
30°
26°
Cüm
30°
25°
Şnb
32°
25°