Günlərin uzanmasının daha bir səbəbi - Yer fırlanma sürətini dəyişir
Xəbərlər
2-06-2026, 09:55

Günlərin uzanmasının daha bir səbəbi - Yer fırlanma sürətini dəyişir

Son 3,6 milyon il ərzində Yer kürəsinin fırlanması xeyli yavaşlayıb. Ekomuhit.org “Yeni Sabah”a istinadən xəbər verir ki, bu nəticəyə Vyana Universiteti və İsveçrə Ali Texnologiya Mətəbinin (Sürix) alimləri gəliblər. Tədqiqat Earth and Planetary Science Letters (EPSL) jurnalında dərc edilib.

Alimlər milyonlarla il əvvəl okean dibində yaşayan təkhüceyrəli dəniz orqanizmlərinin fosilləşmiş qabıqlarını araşdırıblar. Çöküntülərin təbiətinə və dəniz səviyyəsinin dəyişkənliyinə əsaslanaraq, onlar uzaq keçmişdə günün uzunluğundakı dəyişiklikləri bərpa edə biliblər.

Nəticələr göstərib ki, son illərdə Yer kürəsinin fırlanmasının yavaşlama sürəti son milyonlarla il əvvəlkini xeyli üstələyib.

Tədqiqatçılar sürətlənmiş yavaşlamanı iqlim dəyişikliyinin yaratdığı proseslərlə əlaqələndirirlər. Qütb buz örtüklərinin sürətlə əriməsi ucbatından nəhəng su kütlələri okeana axır və ekvatora daha yaxın yenidən paylanır.

Bu, planetin ətalət momentini artırır. O, fiqurlu konkisürənin qollarını açaraq yavaşlaması kimidir. Yəni Yer bir az daha yavaş fırlanmağa başlayır.

Dəyişikliklər hələ də kiçik olsa da (gündə bir millisaniyə), geoloji miqyasda onlar çox sürətli hesab olunur. Uzunmüddətli perspektivdə fırlanmanın hətta bir qədər yavaşlaması belə iqlim sistemlərinə, okean cərəyanlarına və günün uzunluğuna təsir göstərə bilər.

Müqayisə üçün: orta hesabla Yer kürəsində günün uzunluğu 1 əsrdə təxminən 1,7 millisaniyə artır. Lakin son onilliklərdə bu proses xeyli sürətlənib.

Hava Məlumatı
Bakı, Azərbaycan
03:34
☀️
25°C
Açıq
Bakı, Azərbaycan
63%
Rütubət
31.8 km/s
Külək
39.3 km
Görünüş
757
Təzyiq mmHg
UV 0
UV İndeks
31/25
Maks/Min °C
Hava Keyfiyyəti İndeksi (AQI)
Yaxşı Orta Pis Çox Pis
13
Yaxşı
5 Günlük Proqnoz
Bugün
🌤️
31°
25°
Çər
34°
25°
Cüm.ax
☁️
30°
26°
Cüm
30°
25°
Şnb
32°
25°