{titlepost}
Xəbərlər
Dünən, 12:30

Ekologiya postunda narkoman sürücü SAXLANILDI - VƏSİQƏSİ DƏ YOXDUR - VİDEO

Abşeron rayonunda sürücülük hüququ olmadan avtomobil idarə edən şəxsin narkotik vasitə qəbul etdiyi müəyyən edilib.

Məlumata görə, rayon sakini Fərid Muradov idarə etdiyi “BMW” markalı avtomobillə manevr qaydalarını pozduğu üçün Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılıb. Aparılan araşdırma zamanı onun sürücülük hüququnun olmadığı aşkarlanıb.

Polis əməkdaşları ilə ünsiyyət zamanı davranışları şübhə doğuran F.Muradov tibbi müayinəyə cəlb edilib. Müayinə nəticəsində onun narkotik vasitə qəbul etdiyi təsdiqlənib.

Barəsində inzibati protokollar tərtib edilərək məhkəməyə göndərilən Fərid Muradovun 15 gün müddətinə inzibati qaydada həbs olunması barədə qərar qəbul edilib.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşməməyə çağırıb və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan belə hallara qarşı daha ciddi tədbirlərin görüləcəyini bildirib.

[media=]