Azərbaycanda 79 nəfər zəhərləndi, 5 nəfər ÖLDÜ
Xəbərlər
4-05-2026, 10:44

Azərbaycanda 79 nəfər zəhərləndi, 5 nəfər ÖLDÜ

2026-cı ilin aprel ayında KTM-in Toksikologiya şöbəsinə ümumilikdə 79 nəfər müxtəlif mənşəli zəhərlənmə səbəbilə hospitalizasiya olunub.

ekomuhit.org xəbər verir ki, vaxtında aparılan düzgün müalicə tədbirləri nəticəsində 74 pasiyentin vəziyyəti stabilləşdirilib və onlar qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıblar.

Pasiyentlərdən 31 nəfər dərman preparatlarından, 5 nəfər siçan dərmanından (rodentisid), 19 nəfər sirkə turşusundan, 1 nəfər yandırıcı məhluldan, 3 nəfər yeyici məhlullardan, 3 nəfər həşərat dərmanından, 3 nəfər ilan sancmasından, 6 nəfər allergik reaksiyalardan, 2 nəfər spirtli içkidən, 3 nəfər anafilaktik şokdan, 3 nəfər isə fosfor üzvi birləşmədən zəhərlənmə səbəbilə müalicəyə cəlb olunub.

Tibbi personal tərəfindən bütün pasiyentlərə ixtisaslaşmış toksikoloji yardım, həmçinin intensiv terapiya və detoksikasiya tədbirləri tətbiq olunub.

Aparılan intensiv müalicə tədbirlərinə baxmayaraq, təəssüf ki, 5 nəfərin (1 qadın və 4 kişi) həyatını xilas etmək mümkün olmayıb.

Ölüm hallarının əsas səbəbləri spitli içki, fosfor üzvi birləşmə və sirkə turşusu ilə zəhərlənmə nəticəsində yaranmış toksik vəziyyət olub.

Hava Məlumatı
Bakı, Azərbaycan
03:34
☀️
25°C
Açıq
Bakı, Azərbaycan
63%
Rütubət
31.8 km/s
Külək
39.3 km
Görünüş
757
Təzyiq mmHg
UV 0
UV İndeks
31/25
Maks/Min °C
Hava Keyfiyyəti İndeksi (AQI)
Yaxşı Orta Pis Çox Pis
13
Yaxşı
5 Günlük Proqnoz
Bugün
🌤️
31°
25°
Çər
34°
25°
Cüm.ax
☁️
30°
26°
Cüm
30°
25°
Şnb
32°
25°