"Peyvəndi yoxdur, dünyanı qorxuya salan virus- detallar
Xəbərlər
8-05-2026, 10:47

"Peyvəndi yoxdur, dünyanı qorxuya salan virus- detallar

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son günlər "MV Hondius" laynerində baş verən hantavirus silsiləsi ilə bağlı dəhşətli faktları açıqlayıb.

ekomuhit.org xəbər verir ki, təşkilatın rəsmisi Anais Leqand gəmidə olan 149 nəfərdən 101-də yoluxmanın artıq rəsmən təsdiqləndiyini bildirib.

ÜST hazırda vətəndaşları laynerdə olan bütün ölkələrlə təcili əlaqə saxlayaraq vəziyyəti nəzarətə götürməyə çalışır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu ölümcül virusun ilkin mərhələdə müəyyən edilməsi demək olar ki, qeyri-mümkündür. Xəstəliyin simptomları adi qrip kimi-yüksək hərarət, bədən ağrıları, halsızlıq və ürəkbulanma ilə başlayır.

Lakin qısa müddət sonra xəstənin vəziyyəti kəskin pisləşir, ağciyər və böyrək çatışmazlığı yaranır.

Məlumata görə, xüsusilə "Andes" ştamında ölüm göstəricisi 40 faizə çatır ki, bu da onu dünyanın ən təhlükəli viruslarından birinə çevirir. Ən qorxulu məqam isə bu virusa qarşı hələlik heç bir peyvəndin və spesifik müalicə üsulunun mövcud olmamasıdır.

Həkimlər qeyd edirlər ki, virus COVID-19 qədər sürətlə yayılmasa da, yoluxma üçün çox yaxın təmas tələb olunur. Hazırda layner karantinə alınıb və beynəlxalq səhiyyə qurumları virusun quruya sızmaması üçün fövqəladə tədbirlər həyata keçirir.Musavat.com

Hava Məlumatı
Bakı, Azərbaycan
08:43
☀️
28°C
Açıq
Bakı, Azərbaycan
51%
Rütubət
32.3 km/s
Külək
40.7 km
Görünüş
758
Təzyiq mmHg
UV 3
UV İndeks
31/25
Maks/Min °C
Hava Keyfiyyəti İndeksi (AQI)
Yaxşı Orta Pis Çox Pis
38
Yaxşı
5 Günlük Proqnoz
Bugün
🌤️
31°
25°
Çər
34°
25°
Cüm.ax
☁️
30°
25°
Cüm
30°
24°
Şnb
🌤️
32°
25°