Genişmiqyaslı Dabaq xəstəliyi yayıldı - Karantin elan olundu
Xəbərlər
8-05-2026, 11:35

Genişmiqyaslı Dabaq xəstəliyi yayıldı - Karantin elan olundu

Türkiyənin Aydın vilayətində heyvanlar arasında yayılan dabaq xəstəliyi səbəbindən genişmiqyaslı karantin tədbirləri tətbiq olunub. Yerli medianın yaydığı məlumata görə, Yenipazar rayonunun Hacıköseler məhəlləsində xəstəliyin aşkarlanmasından sonra ətraf ərazilərdə də ciddi məhdudiyyətlər qüvvəyə minib.

ekomuhit.org xəbər verir ki, Yenipazar və Çine rayonlarında ümumilikdə 17 məhəllə karantin zonasına daxil edilib.

Karantin tətbiq olunan ərazilərdə heyvanların alqı-satqısı, eləcə də giriş-çıxışı tamamilə dayandırılıb. Səlahiyyətli qurumlar xəstəliyin daha geniş ərazilərə yayılmasının qarşısını almaq üçün nəzarət tədbirlərini gücləndirib.

Bildirilib ki, hazırda rayon kənd və meşə təsərrüfatı idarələrinin əməkdaşları ərazilərdə monitorinqlər aparır, dezinfeksiya və profilaktik tədbirləri davam etdirirlər. Türkiyə mediası qeyd edib ki, vəziyyət nəzarətdə saxlanılsa da, bölgədə heyvandarlıqla məşğul olan sakinlər arasında narahatlıq artıb. (Metbuat.az)

Hava Məlumatı
Bakı, Azərbaycan
03:34
☀️
25°C
Açıq
Bakı, Azərbaycan
63%
Rütubət
31.8 km/s
Külək
39.3 km
Görünüş
757
Təzyiq mmHg
UV 0
UV İndeks
31/25
Maks/Min °C
Hava Keyfiyyəti İndeksi (AQI)
Yaxşı Orta Pis Çox Pis
13
Yaxşı
5 Günlük Proqnoz
Bugün
🌤️
31°
25°
Çər
34°
25°
Cüm.ax
☁️
30°
26°
Cüm
30°
25°
Şnb
32°
25°