DYP cərimələrində “35% endirim” tələsi – Vətəndaşlara XƏBƏRDARLIQ
Xəbərlər
10-05-2026, 13:56

DYP cərimələrində “35% endirim” tələsi – Vətəndaşlara XƏBƏRDARLIQ

DYP cərimələrini 35 faiz endirimlə ödə... Qarşınıza çıxan belə paylaşımlara aldanmayın.

Onlayn platformalarda yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cərimələrin guya endirimlə ödənilməsi ilə bağlı müxtəlif paylaşımlar yayılır.

Həmin səhifələri idarə edən şəxslər bildirirlər ki, yol hərəkəti qaydalarını pozmağa görə gələn cərimlərin məbləğində guya endirim etmək mümkündür.

Apardığımız müşahidələr göstərir ki, belə saxta paylaşımlara inanların sayı az deyil. Bəzi hallarda vətəndaşlar göstərilən kart hesablarına pul köçürsələr də, cərimələr təbii ki, silinmir. Buna baxmayaraq, yenidən həmin dələduzların kartına köçürmə edənlər olur.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, qeyd olunan internet səhifələrinin rəsmi ödəniş sistemləri ilə heç bir əlaqəsi yoxdur.

İnformasiya təhlükəsizliyi üzrə mütəxəssislər də vətəndaşları diqqətli olmağa çağırır. Bildirilir ki, bu kimi halların məqsədi vətəndaşları aldadaraq maddi və şəxsi məlumatlarını ələ keçirməkdir.

Hava Məlumatı
Bakı, Azərbaycan
03:34
☀️
25°C
Açıq
Bakı, Azərbaycan
63%
Rütubət
31.8 km/s
Külək
39.3 km
Görünüş
757
Təzyiq mmHg
UV 0
UV İndeks
31/25
Maks/Min °C
Hava Keyfiyyəti İndeksi (AQI)
Yaxşı Orta Pis Çox Pis
13
Yaxşı
5 Günlük Proqnoz
Bugün
🌤️
31°
25°
Çər
34°
25°
Cüm.ax
☁️
30°
26°
Cüm
30°
25°
Şnb
32°
25°