Qurban Yetirmişli Bayıldakı sürüşmə zonasından danışıb
Cəmiyyət
15-05-2026, 13:34

Qurban Yetirmişli Bayıldakı sürüşmə zonasından danışıb

Teleqüllədən bir az aşağıdakı sürüşmə ərazilərində əhali köçürülsə də, fundamental işlər aparılmalıdır.

ekomuhit.org xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Badamdar–Bibiheybət tərəfdə bərkitmə işləri üçün tədqiqat aparılması ilə bağlı tapşırıq verilib. Tədqiqatlardan sonra bərkitmə işləri də aparılacaq.

Qurban Yetirmişli həmçinin qeyd edib ki, bina tikintisində təhlükəsizlik məsələlərinə ciddi diqqət göstərilməlidir:

"Kahramanmaraşa getdik, orada işlədik. Düşünürəm ki, bu zəlzələ bütün dünyaya bir dərsdir. O mənada ki, tikinti aparanda elə aparmalısan ki, gələcəkdə seysmik risk minimuma ensin, güclü dağıntılar və insan tələfatı olmasın”.

Hava Məlumatı
Bakı, Azərbaycan
02:54
☀️
25°C
Açıq
Bakı, Azərbaycan
63%
Rütubət
31.8 km/s
Külək
39.3 km
Görünüş
757
Təzyiq mmHg
UV 0
UV İndeks
31/25
Maks/Min °C
Hava Keyfiyyəti İndeksi (AQI)
Yaxşı Orta Pis Çox Pis
62
Orta
5 Günlük Proqnoz
Bugün
🌤️
31°
25°
Çər
34°
25°
Cüm.ax
☁️
30°
26°
Cüm
30°
25°
Şnb
32°
25°